28/05/2026
"Dünənin bəyannaməsi, bu günün qüruru, sabahın təminatı" mövzusunda tədbir keçirilib
Mayın 26-da İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələrinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə "Dünənin bəyannaməsi, bu günün qüruru, sabahın təminatı" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları, həmçinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisləri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir qədəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Orxan Ağayev, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Samir Zülfiyev və Şirin Qədirov bu günün tarixi haqqında ətraflı çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 28 May Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilib və bununla da Şərqdə ilk demokratik, dünyəvi və parlamentli respublika yaradılıb. Bu tarixi hadisə xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin nəticəsi kimi yadda qalıb. Hər il 28 May ölkəmizdə Müstəqillik Günü kimi qeyd olunur və milli dövlətçiliyimizin təməl günü kimi böyük əhəmiyyət daşıyır.
Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində Heydər Əliyev mühüm rol oynayıb. O, ölkəyə rəhbərlik etdiyi dövrdə siyasi sabitliyin təmin olunması, dövlətçiliyin gücləndirilməsi və Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Onun uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan davamlı inkişaf yoluna qədəm qoyub və dövlət müstəqilliyimiz daha da möhkəmlənib.
Yaşasın Müstəqil Azərbaycan!