12/06/2026
Bu gün məktəbimizdə qruplar üzrə təşkil olunmuş cari tədris ili üzrə yekun ümumi valideyn iclasları keçirilib. İclaslarda məktəbin direktoru, qrup rəhbərləri və fənn müəllimləri iştirak ediblər.
İclaslar zamanı valideynlərə şagirdlərin təlim nailiyyətləri, davamiyyəti, davranışı və ümumi inkişaf vəziyyəti barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı yay tətili ərəfəsində şagirdlərin vaxtlarını səmərəli planlaşdırmaları, mütaliəyə, özünüinkişafa və sağlam həyat tərzinə daha çox diqqət ayırmaları ilə bağlı valideynlərə müvafiq tövsiyələr verilib.
İclaslarda iştirak edən, övladlarının təhsil və inkişafı ilə mütəmadi maraqlanan, məktəb kollektivinə dəstək göstərən hər bir valideynə təşəkkürümüzü bildiririk!