Yeni Azerbaycan Partiyasi Imişli rayon təşkilati

Yeni Azerbaycan Partiyasi Imişli rayon təşkilati 03 iyul 1993-cü ildə təsis konfransı olmuşdur.
Üzvlərin sayı: 8538 nəfər

01/06/2026
Müstəqillik Günümüz mübarək!Dünyada xalqların sayı yüzlərlədir. Ancaq onların heç də hamısına özlərinin milli dövlətləri...
28/05/2026

Müstəqillik Günümüz mübarək!
Dünyada xalqların sayı yüzlərlədir. Ancaq onların heç də hamısına özlərinin milli dövlətlərini qurmaq nəsib olmayıb. Azərbaycan xalqı isə nə xoşbəxtdir ki, onun müstəqil dövləti var. Hazırda ay-ulduzlu bayrağımız Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların iqamətgahları önündə əzəmətlə dalğalanaraq bizlərə sonsuz qürur hissi yaşadır.
Azərbaycan xalqı əsrlər boyu azad yaşamaq, öz dövlətinə sahib olmaq arzusunda olub. Tarix boyu çətinliklərdən, müharibələrdən, işğallardan keçsək də, xalqımızın müstəqillik arzusu heç vaxt sönmədi.
Müstəqillik – qayğısı heç vaxt bitməyən, insana, xalqa, dövlətə habelə bəşəriyyətə gərəkli müqəddəs istəkdir.
2020-ci ilə qədər bizlər parçalanmış yurdumuzun bir guşəsində qurduğumuz müstəqil ölkəmizin bütöv müstəqilliyinin qeyd olunmasını nə vaxt edəcəyimizi arzularımızda ifadə edirdik. Çox şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər ordumuz 44 gün üstəgəl 23 saat müddətində xəyallarımızda bütöv müstəqilliklə bağlı arzularımızı həqiqətə çevirdi.
Bu gün Azərbaycan dünya xəritəsində müstəqil, güclü və söz sahibi olan bir dövlətdir. Öz sərhədlərini qoruyan ordusu, inkişaf edən iqtisadiyyatı, zəngin mədəniyyəti və yenilməz ruhu ilə Azərbaycan bölgədə və dünyada öz layiqli yerini tutur. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti və bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli addımları sayəsində mümkün olmuşdur.
Biz — bu gün müstəqil Azərbaycanın vətəndaşları olaraq böyük bir məsuliyyət daşıyırıq. Müstəqillik bizə əmanətdir. Bu əmanəti qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha güclü şəkildə təhvil vermək bizim müqəddəs borcumuzdur.
28 may Müstəqillik günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, cansağlığı və işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri

İmişlidə 28 May - Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib     Mayın 26-da İmişli rayonunun Heydər Əliyev Mə...
27/05/2026

İmişlidə 28 May - Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib

Mayın 26-da İmişli rayonunun Heydər Əliyev Mərkəzində 28 May - Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib. Dəyirmi masada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Ulu Öndərin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev iştirakçıları salamlayaraq, 28 May – Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb və bu əlamətdar günün Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublika kimi tarixə düşüb. Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinə baxmayaraq, dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. Çıxışında Xalq Cümhuriyyətinin süqutundan, Azərbaycanın sovet işğalına məruz qalmasından və xalqımızın müstəqillik arzularının daim yaşadılmasından bəhs edib. Qeyd edib ki, XX əsrin sonunda tarixi ədalət bərpa edilərək Azərbaycan yenidən dövlət müstəqilliyini əldə edib. Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu, onun uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edildiyini və dövlətçilik ənənələrinin möhkəmləndirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın dövlət müstəqilliyi daha da güclənir, ölkəmizin beynəlxalq nüfuzu artır.
Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, müstəqilliyin elan olunmasından daha vacib olan müstəqilliyin qorunmasıdır. Məhz müdrik Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq müstəqilliyimizin qorunub saxlanılması, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirilməsi Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir.
Digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixindəki rolundan bəhs edərək, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıblar.

Hörmətli siyasi həmfikirlər!Qurban bayramı xalqımızın milli-mənəvi dəyərlərini, humanizm və paylaşmaq ənənələrini özündə...
27/05/2026

Hörmətli siyasi həmfikirlər!
Qurban bayramı xalqımızın milli-mənəvi dəyərlərini, humanizm və paylaşmaq ənənələrini özündə yaşadan müqəddəs bayramlardan biridir. Bu əziz gün insanları mərhəmətə, birlik və həmrəyliyə səsləyir, cəmiyyətimizdə qarşılıqlı qayğı və xeyirxahlıq hisslərini daha da gücləndirir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli birlik yolu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, xalqımız sabitlik, inkişaf və həmrəylik şəraitində yaşayır.
Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, ailələrinizə möhkəm can sağlığı, ruzi-bərəkət və əmin-amanlıq arzulayıram. Müqəddəs Qurban bayramının hər evə sevinc, hər ocağa nur gətirməsini, etdiyiniz duaların, kəsdiyiniz qurbanların Uca Allah dərgahında qəbul olunmasını diləyirəm.
Qurban bayramınız mübarək!

Hörmətlə,
Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “N.Nərimanov” ərazi partiya təşkilatında görüş keçirilib.Görüşdə YAP...
21/05/2026

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “N.Nərimanov” ərazi partiya təşkilatında görüş keçirilib.

Görüşdə YAP İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev, məsləhətçi Sahibə Alışanova, İmişli şəhəri N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Yusif Hüseynov, müəllimlər və partiya fəalları iştirak ediblər.
Görüşdə çıxış edən YAP İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ideyaları əsasında formalaşaraq bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə kimi çıxış edir. O qeyd edib ki, N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey partiya sıralarında üzvlərinin çoxluğu, fəallığı və ictimai proseslərdə aktiv iştirakı ilə seçilir. Elnur Tağıyev müəllimlərin üzərinə düşən mühüm missiyadan danışaraq vurğulayıb ki, Ulu Öndərin ideyalarının, dövlətçilik ənənələrinin və Prezident İlham Əliyevin uğurlu siyasətinin gənc nəslə çatdırılmasında müəllimlərin rolu əvəzsizdir.
Daha sonra çıxış edən məktəb-liseyin direktoru Yusif Hüseynov Yeni Azərbaycan Partiyasının fəaliyyəti, ölkə rəhbərinin həyata keçirdiyi uğurlu siyasət və YAP-ın cəmiyyətdəki güclü mövqeyindən bəhs edib. O bildirib ki, ölkəmizdə əldə olunan inkişaf və sabitlik Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir və bu prosesdə Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi mühüm rol oynayır.
Görüşün sonunda Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuş bir qrup şəxsə partiya biletləri təqdim edilib.

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “N.Gəncəvi” ərazi partiya təşkilatında görüş keçirilib.Görüşdə YAP İ...
20/05/2026

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “N.Gəncəvi” ərazi partiya təşkilatında görüş keçirilib.
Görüşdə YAP İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev, məsləhətçi Sahibə Alışanova, İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nərminə Quliyeva, müəllimlər və partiya fəalları iştirak edib. Görüşdə çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və bu gün Prezident cənab İlham Əliyevin sədrliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi uğurlar və nailiyyətlər dərin siyasi uzaqgörənlik, möhkəm ideoloji təməl və xalqın milli iradəsinə əsaslanan praqmatik inkişaf strategiyasının nəticəsidir. Həmçinin, Azərbaycanın regional və qlobal əhəmiyyəti daha da artmasından, ölkəmizin Avrasiya geosiyasi məkanında açar dövlətlərdən birinə çevrilməsindən, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsindən və bu forumun mahiyyətindən geniş söhbət açılıb.
Görüşün sonunda partiyaya üzv olmuş bir qrup şəxsə partiya biletləri təqdim edilib.

İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib     ...
10/05/2026

İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

Bu gün İmişli rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təşkil edilib. Konsertdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Konsertdə tanınmış incəsənət nümayəndələri tərəfindən Heydər Əliyev və müstəqil Azərbaycana həsr olunmuş vətənpərvər ruhlu musiqilər ifa olunub, çıxışlar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Bayram ovqatı yaradan bədii proqram rayon sakinlərində yüksək əhval-ruhiyyə bəxş edib. Tədbir boyunca milli birlik, dövlətçilik ənənələri və vətənə sevgi hissləri xüsusi vurğulanıb, iştirakçılar musiqi nömrələri və səhnə çıxışlarını böyük coşqu ilə izləyərək xoş təəssüratlarla ayrılıblar.

İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü böyük ehtiramla yad edilib    Mayın 10-u müasi...
10/05/2026

İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü böyük ehtiramla yad edilib
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə İmişli Rayon İcra Hakimiyyəti və YAP İmişli Rayon Təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə kollektivləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə iştirakçılar İmişli şəhərində yerləşən Heydər Əliyev adına istirahət parkında ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edərək önünə güllər düzüb, Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra İmişli Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının və məktəblilərin əl işlərindən ibarət açıq havada təşkil olunmuş rəsm sərgisi ilə tanış olunub, onların ifasında vətənpərvərlik ruhlu musiqi nömrələri səsləndirilib. Ardınca tədbirin rəsmi hissəsi Ulu Öndərin adını daşıyan Mərkəzdə davam edib.
Tədbir Ulu Öndərin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Burada əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Giriş nitqi ilə çıxış edən icra başçısı qonaqları salamlayaraq, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan danışıb. Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, bu gün Azərbaycanın gücü, sabitliyi, xalqın rifahı — bunların hamısı Heydər Əliyevin uzaqgörən siyasətinin canlı sübutudur. Bu gün biz daha güclü, daha inamlı, daha sabit bir ölkədə yaşayırıqsa, bunun təməlində onun qoyduğu möhkəm əsaslar dayanır. Heydər Əliyev təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də Azərbaycanın səsini ucaldan lider idi. Digər çıxış edənlər Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik siyasətinin bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulayıb.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında və Yeni Azərbaycan Partiyasının fəaliyyətində fərqlənən bir qrup partiya fəalına Fəxri fərman, yeni üzv qəbul olunmuş bir sıra gəncə isə partiya biletləri təqdim olunub.
Bununla yanaşı, gün ərzində rayon ərazisində quraşdırılmış böyük elektron bilbordlarda Heydər Əliyevin doğum gününə həsr olunmuş fotolar nümayiş etdirilib.

“Heydər Əliyev: dünən, bu gün, sabah”Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı və İmişli Regional “ASAN xid...
06/05/2026

“Heydər Əliyev: dünən, bu gün, sabah”
Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı və İmişli Regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: dünən, bu gün, sabah” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin İmişli Regional “ASAN xidmət” mərkəzində ucaldılmış büstü önünə tər gül dəstələri düzülərək, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram ifadə olunub.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Ümummilli Liderin zəngin və mənalı həyat yolu, dövlətçilik fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Heydər Əliyevin ideyaları, dövlətçilik fəlsəfəsi və xalqına olan sonsuz məhəbbəti zamanla məhdudlaşmır, o, yalnız dünənin deyil, bu günün və sabahın da yol göstəricisidir. Bildirilib ki, Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək müstəqil dövlətçiliyimizin möhkəm təməlini qoymuş, milli birliyi və gələcəyə inamı formalaşdırmışdır. Onun siyasi irsi bu gün də ölkəmizin inkişaf strategiyasının əsas dayağı kimi çıxış edir.
Çıxış edən İmişli Regional “ASAN xidmət” mərkəzinin direktor müavini Seymur Abbasov isə “ASAN xidmət”in vətəndaş məmnunluğuna əsaslanan fəaliyyət modeli və bu modelin beynəlxalq səviyyədə tətbiqi barədə məlumat verib. Vurğulanıb ki, “ASAN xidmət” Azərbaycanın uğurlu dövlət idarəetmə nümunələrindən biri kimi dünya miqyasında böyük maraq doğurur.
Digər çıxış edənlər “ASAN xidmət” çərçivəsində həyata keçirilən layihələr, könüllülük fəaliyyəti və gənclərin ictimai həyatda rolu barədə fikirlər səsləndiriblər.
Sonda İmişli rayonunun ictimai-siyasi həyatında, eləcə də YAP-ın fəaliyyətində fəal iştirak edən bir qrup gənc fəxri fərmanla təltif olunub.

İmişlidə Zərifə Əliyevanın 103-cü ildönümü ilə bağlı tədbir keçirilib     Bu gün İmişli rayonunun Heydər Əliyev Mərkəzin...
28/04/2026

İmişlidə Zərifə Əliyevanın 103-cü ildönümü ilə bağlı tədbir keçirilib
Bu gün İmişli rayonunun Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.
Sonra Zərifə xanım Əliyevanın mənalı ömür yolu, zəngin elmi irsi və çoxşaxəli fəaliyyəti ilə bağlı çıxışlar dinlənilib. Çıxışlarda qeyd olunub ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik özünəməxsus dəst-xətti olan novator alim kimi böyük iz qoymuşdur. O, elmi-pedaqoji fəaliyyətində yalnız çoxşaxəli tədqiqatlar aparmaqla kifayətlənməmiş, eyni zamanda yüksəkixtisaslı gənc kadrların hazırlanmasına və oftalmoloq-həkimlərin ixtisaslarının artırılmasına xüsusi diqqət yetirmişdir. Bildirilib ki, Zərifə xanım Əliyeva yüksək insani keyfiyyətləri özündə birləşdirən qayğıkeş ana, peşəkar həkim və dünya şöhrətli alim kimi cəmiyyətdə böyük nüfuz qazanmışdır. Onun zəngin həyat yolu və elmi fəaliyyəti yeni nəsil üçün örnək olmaqla yanaşı, Azərbaycan tibb elminin və səhiyyəsinin inkişafında mühüm rol oynamışdır. Çıxış edənlər akademikin oftalmologiya sahəsinin formalaşması və inkişafındakı xidmətlərini xüsusi vurğulamış, onun ömrünün sonuna qədər həm ailəsinə, həm də tələbələrinə yol göstərən, elmin inkişafına töhfə verən əbədi bir mayak kimi yadda qaldığını qeyd ediblər.
Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir daha dərin ehtiramla yad edilib, onun Azərbaycan tibb elminin inkişafına verdiyi misilsiz töhfələrin heç zaman unudulmayacağı vurğulanıb.

Address

İmişli şəhər
Imishly

Telephone

+994505017111

Alerts

Be the first to know and let us send you an email when Yeni Azerbaycan Partiyasi Imişli rayon təşkilati posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yeni Azerbaycan Partiyasi Imişli rayon təşkilati:

Share