Füzuli RİH_Vətən müharibəsi iştirakçıları və şəhid ailələri

Füzuli RİH_Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Füzuli RİH_Vətən müharibəsi iştirakçıları və şəhid ailələri, Government Organization, Az, Horadiz.

Füzuli Rayon İcra Hakimiyyəti, Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru.

Şöbə müdirinin müavini-sektor müdiri: Misirli Hafiz

Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyəti 33 ildən sonra nəşinin qalıqları tapılaraq dəf...
17/05/2026

Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyəti 33 ildən sonra nəşinin qalıqları tapılaraq dəfn olunan, Birinci Qarabağ Müharibəsinin şəhidi Ələddin Həziyevin yas mərasimində iştirak ediblər.

Bakı şəhəri, Pirallahı rayonunda keçirilən yas mərasimində iştirak edən rəsmilər mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verib, ruhuna dualar oxuyaraq ehtiramlarını bildiriblər.

Bu gün Füzuli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov, RİH nümayəndələri və rayon ictimaiyyəti 3...
17/05/2026

Bu gün Füzuli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov, RİH nümayəndələri və rayon ictimaiyyəti 33 ildən sonra nəşinin qalıqları tapılaraq dəfn olunan, Birinci Qarabağ Müharibəsinin şəhidi Zaur Sadıqovun yas mərasimində iştirak ediblər.

Sumqayıt şəhərində keçirilən yas mərasimində iştirak edən rəsmilər mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verib, ruhuna dualar oxuyaraq ehtiramlarını bildiriblər.

İcra başçısı Birinci Qarabağ Müharibəsinin şəhidi Rafiq Cəfərovun yas mərasimində iştirak etdi.Bu gün Füzuli Rayon İcra ...
17/05/2026

İcra başçısı Birinci Qarabağ Müharibəsinin şəhidi Rafiq Cəfərovun yas mərasimində iştirak etdi.

Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli Rayon Polis Şöbəsinin rəisi Zaur Abbasov, RİH nümayəndələri və rayon ictimaiyyəti 33 ildən sonra nəşinin qalıqları tapılaraq dəfn olunan, Birinci Qarabağ Müharibəsinin şəhidi Rafiq Cəfərovun yas mərasimində iştirak ediblər.

Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsində keçirilən yas mərasimində iştirak edən rəsmilər mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verib, ruhuna dualar oxuyaraq ehtiramlarını bildiriblər. Yas mərasimi adət-ənənəyə uyğun olaraq təşkil olunmuşdur.

Şəhid Ələddin Həziyevin nəşi 33 ildən sonra doğma Füzulidə dəfn edildi1993-cü il iyulun 23-də Füzuli rayonu Cuvarlı kənd...
15/05/2026

Şəhid Ələddin Həziyevin nəşi 33 ildən sonra doğma Füzulidə dəfn edildi

1993-cü il iyulun 23-də Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşən və 33 ildən sonra qalıqları tapılaraq eyniləşdirilən şəhid Ələddin Həziyevin nəşi mayın 15-də doğulduğu Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında torpağa tapşırıldı.

Həziyev Ələddin Həzi oğlu 29 mart 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olmuşdur. 1980-ci ildə kənd məktəbinin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbi uğurla başa vurmuşdur.

Həqiqi hərbi xidmətini Bakı şəhəri, Abşeron rayonu, Müşfiqabad qəsəbəsində keçən Ələddin Həziyev Vətənə olan bağlılığı və doğma torpaqların müdafiəsi arzusu ilə komandanlıqdan onu Füzuli rayonuna göndərmələrini xahiş etmişdir. Bundan sonra o, 848 saylı hərbi hissənin tərkibində döyüşlərə qatılmışdır.

Ələddin Həziyev Birinci Qarabağ müharibəsi dövründə bir çox hərbi əməliyyatlarda iştirak etmiş, erməni silahlı birləşmələrinin azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərmişdir. Onun son döyüşü Cuvarlı kəndinin müdafiəsi zamanı olmuş və 23 iyul 1993-cü ildə itkin düşmüşdür. Subay olan Ələddin Həziyev ömrünün ən gənc çağlarında Vətən uğrunda canından keçərək qəhrəmanlıq salnaməsinə adını yazdırmışdır.

Şəhidin dəfn mərasimində böyük izdiham yaşanmışdır. Dəfn mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının sədri Nazimə Şamiyeva, Milli Məclisinin deputatı Vüqar Bayramov, Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərasimdə şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad edilmiş, onun keçdiyi şərəfli döyüş yolundan bəhs olunmuşdur. Dəfn mərasiminin sonunda Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin tabutu üzərindən götürülərək böyük ehtiramla ailəsinə təqdim edilmişdir. Şəhidimizin xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılmış, ardından ruhuna dualar oxunmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı vurğulanmışdır.

Füzuli Rayon İcra Hakimiyyəti olaraq şəhidimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Şəhid Zaur Sadıqovun nəşi 33 ildən sonra doğma Füzulidə dəfn edildi.1993-cü il iyulun 23-də Füzuli rayonu Cuvarlı kəndi ...
15/05/2026

Şəhid Zaur Sadıqovun nəşi 33 ildən sonra doğma Füzulidə dəfn edildi.

1993-cü il iyulun 23-də Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşən və 33 ildən sonra qalıqları aşkarlanaraq eyniləşdirilən şəhid Zaur İmamqulu oğlu Sadıqovun nəşi mayın 15-də doğulduğu Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında torpağa tapşırıldı.

Sadıqov Zaur İmamqulu oğlu 1973-cü il noyabrın 2-də Füzuli rayonunun İşıqlı kəndində anadan olmuşdur. O, 1980-ci ildə İşıqlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbi bitirmişdir.

Birinci Qarabağ müharibəsi başlayandan sonra Zaur Sadıqov səfərbərlik xətti ilə ordu sıralarına qoşulmuş, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. O, erməni silahlı birləşmələrinin azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə hücumlarının qarşısının alınması istiqamətində keçirilən bir çox hərbi əməliyyatlarda böyük şücaət göstərmişdir.

1993-cü il iyulun 23-də Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdür. Uzun illərdən sonra aparılan araşdırmalar və eyniləşdirmə prosesi nəticəsində şəhidimizin qalıqları müəyyən edilərək ailəsinə təhvil verilmişdir.

Subay olan şəhid Zaur Sadıqovun dəfn mərasimində böyük izdiham yaşanmışdır. Dəfn mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının sədri Nazimə Şamiyeva, Milli Məclisin deputatı Vüqar Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Şəhidin ruhuna dualar oxunmuş, tabutu üzərinə bükülmüş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilmişdir. Mərasim iştirakçıları şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad etmiş, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını bildirmişlər.

Mərasimin sonunda şəhidimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılmışdır.

Füzuli Rayon İcra Hakimiyyəti olaraq şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Şəhid Rafiq Cəfərovun nəşi 33 ildən sonra doğma Füzulidə torpağa tapşırıldı.1993-cü il iyul ayının 23-də Füzuli rayonu C...
15/05/2026

Şəhid Rafiq Cəfərovun nəşi 33 ildən sonra doğma Füzulidə torpağa tapşırıldı.

1993-cü il iyul ayının 23-də Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşən və 33 ildən sonra nəşi aşkarlanaraq eyniləşdirilən şəhid Rafiq Cəfərovun nəşi mayın 15-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunub.

Şəhid Cəfərov Rafiq Şirvan oğlu 13 may 1973-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olmuşdur. 1980-ci ildə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbi uğurla başa vurmuşdur.
1991-ci ildə həqiqi hərbi xidmətə çağırılan Rafiq Cəfərov xidmətini Kəlbəcər rayonu istiqamətində davam etdirmiş, sonradan isə Birinci Qarabağ müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Yaxınlarının bildirdiyinə görə, o, könüllü olaraq səfərbərlik xətti ilə ordu sıralarına yazılmış, torpaqlarımızın müdafiəsi uğrunda bir çox döyüş əməliyyatlarında iştirak etmiş, erməni silahlı birləşmələrinin azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərmişdir.
Rafiq Cəfərov 23 iyul 1993-cü il tarixində Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdür. Uzun illərdən sonra aparılan axtarış və eyniləşdirmə tədbirləri nəticəsində şəhidimizin nəşi tapılaraq doğma torpağına gətirilmişdir.

Şəhidin dəfn mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, YAP rayon təşkilatının sədri Nazimə Şamiyeva, Milli Məclisin deputatı Vüqar Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də rayon ictimaiyyəti iştirak etmişdir.
Mərasimdə şəhidimizin keçdiyi şərəfli həyat yolundan və Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışılıb, onun əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb. Şəhidin tabutu üzərinə bükülmüş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim olunub.

Dəfn mərasimi zamanı şəhidimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılıb.

Füzuli Rayon İcra Hakimiyyəti olaraq şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsi daim uca tutulacaqdır.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayon ictimaiyyəti ilə birlikdə şəhid Qorxmaz Rəhimovun atası Tiflis...
03/05/2026

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayon ictimaiyyəti ilə birlikdə şəhid Qorxmaz Rəhimovun atası Tiflis Rəhimovun yas mərasimində iştirak edərək ailəsinə başsağlığı vermişdir.

Füzuli rayonunun İkinci Zobucuq qəsəbəsində keçirilən mərasimdə mərhumun əziz xatirəsi ehtiramla yad olunmuş, ruhuna dualar oxunmuşdur. Eyni zamanda, ailəyə dövlət tərəfindən daim göstərilən diqqət və qayğı bir daha vurğulanmışdır.

Qeyd edək ki, Füzuli rayonunda artıq 12 ildir yas mərasimləri israfçılıqdan uzaq, sadə və milli-mənəvi dəyərlərə uyğun şəkildə təşkil olunur.

Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayon ictimaiyyətinin nümayəndələri şəhid Qorxmaz Rəhimovu...
01/05/2026

Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayon ictimaiyyətinin nümayəndələri şəhid Qorxmaz Rəhimovun atası Tiflis Rəhimovun dəfn mərasimində iştirak etmiş, mərhumun ailəsinə dərin hüznlə başsağlığı vermişlər.

Şəhid ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya, həmçinin şəhidlərimizin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını ifadə etmişdir.
Allah rəhmət eləsin.

30/04/2026
Bu gün Füzuli rayonunda 44 günlük Vətən müharibəsinin qazisi Üzeyir Qənbərovun toy mərasimi böyük coşqu ilə qeyd olunub....
26/04/2026

Bu gün Füzuli rayonunda 44 günlük Vətən müharibəsinin qazisi Üzeyir Qənbərovun toy mərasimi böyük coşqu ilə qeyd olunub.

“Banu” şadlıq sarayında keçirilən mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Alı Alıyev gənc ailəyə ən səmimi arzularını çatdıraraq onlara möhkəm can sağlığı, uzunömürlü ailə səadəti və firavan həyat arzulayıb. O qeyd edib ki, bu gün Azərbaycanın qazandığı tarixi Zəfər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman ordumuzun rəşadəti və qazilərimizin, şəhidlərimizin misilsiz şücaəti sayəsində mümkün olub.
Alı Alıyev vurğulayıb ki, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim uca tutulur, onların ailələri və qazilər dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunur. Bu şanlı qələbədə xüsusi payı olan qazilərimizin cəmiyyətdə böyük hörmətə layiq olduqları bildirilib.

Qazinin ailə üzvləri isə belə əlamətdar gündə onları tək qoymadığı üçün rayon rəhbərliyinə təşəkkürlərini ifadə edərək göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər. Onlar həmçinin ölkə rəhbərliyinə – Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırıblar.

Address

Az
Horadiz

Alerts

Be the first to know and let us send you an email when Füzuli RİH_Vətən müharibəsi iştirakçıları və şəhid ailələri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Füzuli RİH_Vətən müharibəsi iştirakçıları və şəhid ailələri:

Share