26/05/2026
26 may 2026-cı il tarixdə Goranboy Heydər Əliyev Mərkəzində Mərkəz, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filial əməkdaşlarının birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Günü münasibətilə “Müstəqillik tariximizin qızıl səhifəsi” mövzusunda konfrans keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, Şərqdə ilk demokratik respublika kimi dünya tarixində tutduğu mövqedən, dövlətçilik ənənələrinin formalaşmasındakı rolundan geniş bəhs etdilər. Bildirildi ki, 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi xalqımızın azadlığı və müstəqillik arzularının gerçəkləşməsinin təcəssümü olub. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq milli dövlətçilik tariximizə mühüm və silinməz izlər buraxıb. Tədbirin sonunda kitab sərgisinə baxış keçirildi.