Goranboy Rayon İcra Hakimiyyəti

Goranboy Rayon İcra Hakimiyyəti Goranboy

04/06/2026

Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib - FOTOLAR

04/06/2026

Goranboy rayonunda “Sağlamlıq Klinikası”nın fəaliyyətə başlamasının 1 illiyi ilə bağlı tədbir keçirildi

04/06/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi Goranboy Rayon İcra Hakimiyyəti başçısı...
04/06/2026

Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi

Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi, Şura üzvləri, xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və yerli bələdiyyələrin, bir qrup ictimai fəalların birgə iştirakı ilə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.
İclasda, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının icrası vəziyyəti, “Şəhərsalma və Memarlıq İli” və “Goranboy 2026-Gənclər Paytaxtı” ilə bağlı silsilə ümumrayon tədbirlərinin davam etdirilməsi, cari ilin ötən dövrü ərzində rayonun sosial-iqtisadi və ictimai-siyasi inkişafı sahəsində görülmüş işlər, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı sahəsində mövcud vəziyyət, rayonda taxıl biçini mövsümünə hazırlıq, biçin prosesinin mütəşəkkil təşkili, kombayn və digər texnikaların hazır vəziyyətə gətirilməsi, məhsul itkisinin qarşısının alınması və yanğın təhlükəsizliyi tədbirləri, baramaçılıq sahəsində cari mövsümdə həyata keçirilən işlər, rayon ərazisində dövlət mülkiyyətinə aid yay otlaq sahələrindən səmərəli və təyinatı üzrə istifadə edilməsi, şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlərin xüsusi diqqət mərkəzində saxlanılması, vətəndaş müraciətlərinin təhlili, erkən evlilik və qohum nikahları, qanunsuz tikintilərə qarşı mübarizə və bələdiyyələrlə işin qarşılıqlı təşkili barədə məsələlər müzakirə olundu.

"Azərbaycan" qəzetində "Goranboyda tütünçülükdən yaxşı qazanc əldə edilir" başlıqlı məqalə dərc edildi.İqtisadi əhəmiyyə...
04/06/2026

"Azərbaycan" qəzetində "Goranboyda tütünçülükdən yaxşı qazanc əldə edilir" başlıqlı məqalə dərc edildi.

İqtisadi əhəmiyyətinə görə ikinci texniki bitki sayılan tütün hələ keçən əsrin 70-ci illərində respublikamızda kənd təsərrüfatının əsas sahələrindən biri idi. Amma 90-cı illərin əvvəllərində digər sahələr kimi, tütünçülük də tənəzzülə uğradı.
Yalnız 2016-cı ildə dövlət başçısının təşəbbüsü və dəstəyi ilə bu sahə yenidən dirçəlməyə başladı. Onun inkişafına nail olmaq üçün dövlət tərəfindən məqsədyönlü tədbirlər görüldü. Hazırda bu gəlirli sahəyə maraq getdikcə artır.
Tütünçülük üçün əlverişli mühitə malik olan rayonlardan biri də Goranboydur. Hər il rayonda bu gəlirli sahənin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir. Zeyvə, Yenikənd, Şəfəq, Qarbucaq, Todan və Qaraçanaq kəndlərində tütün əkən fermerlər qazanclarından razıdırlar. Təkcə keçən il rayon üzrə hər hektardan 1,5 ton olmaqla ümumilikdə 14,7 ton tütün təhvil verilmişdir ki, bu da yaxşı gəlir deməkdir.
Goranboyda tütünçülüyü inkişaf etdirmək, onun istehsalını artırmaq və tütünçülüklə məşğul olan insanların gəlir əldə etmə imkanlarını genişləndirmək üçün əlverişli şərait yaradılmışdır. Aşağı Ağcakənd qəsəbəsi ərazisində 2,45 hektar sahədə tütün toxumu üçün 13 istixana qurulmuşdur. Hazırda burada 40 nəfərə yaxın insan daimi işlə təmin edilmişdir. Əkin sahələri müasir suvarma sistemləri ilə təchiz olunmuşdur ki, bu da su ehtiyatlarından səmərəli istifadəni və məhsuldarlığın artımını təmin edir.

Sabir ƏLİYEV,

"Azərbaycan"

https://azerbaijan-news.az/az/posts/detail/goranboyda-tutunculukden-yaxsi-qazanc-elde-edilir-1780523115/392805

Goranboyda baramaçılığın inkişafı istiqamətində görülən işlər nəzarətdə saxlanılırGoranboy Rayon İcra Hakimiyyətinin baş...
04/06/2026

Goranboyda baramaçılığın inkişafı istiqamətində görülən işlər nəzarətdə saxlanılır

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birlikdə Xanqərvənd kəndində kümçülük təsərrüfatlarında barama istehsalının gedişi ilə yerində tanış oldu.
Rayon rəhbəri ipəkqurdlarının bəslənməsi və saxlanılması vəziyyəti ilə maraqlanaraq mövcud şəraitlə yaxından tanış oldu. İcra başçısı qeyd etdi ki, rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər kənd yerlərində məşğulluğun artırılmasına, əhalinin gəlir imkanlarının genişlənməsinə və kənd təsərrüfatının ənənəvi sahələrinin daha da inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Goranboy rayon İcra Hakimiyyətində vətəndaşlar qəbul edildi, müraciətləri dinlənildiAzərbaycan Respublikası Prezidenti c...
03/06/2026

Goranboy rayon İcra Hakimiyyətində vətəndaşlar qəbul edildi, müraciətləri dinlənildi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi, onların problem və müraciətləri dinlənildi. Qəbul zamanı, vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, İcra Başçısı tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparıldı və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədəmüvafiq hesab edildi.

İcra başçısının səyyar qəbulu zamanı edilən müraciət həllini tapdıAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliy...
03/06/2026

İcra başçısının səyyar qəbulu zamanı edilən müraciət həllini tapdı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Goranboy Rayon İcra Hakimyyətinin başçısı tərəfindən rayon İcra Hakimiyyətində və rayonun bütün yaşayış məntəqlərində səyyar qəbullar keçirilir. Qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir, araşdırılır və həlli istiqamətində qanuna müvafiq əməli tədbirlər görülür.
Goranboy Rayon İcra Hakimiyyəti başçısının Səmədabad kəndində keçirilən səyyar qəbulunda kənd sakini İbrahimov Nürəddin Şubay oğlu müraciət edərək 80 ha pay torpaq sahəsinin suvarılması üçün Şəmkir Maşın kanalından ayrılan su arxının lil və kol-kosdan təmizlənməsini xahiş etmişdir.
Müraciət əsasında Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyəsi ilə rayon Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən su arxı lil və kol-kosdan təmizlənmişdir.

Goranboyda kümçülük təsərrüfatına baxış keçirildi   Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyət...
03/06/2026

Goranboyda kümçülük təsərrüfatına baxış keçirildi

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birlikdə Tap Qaraqoyunlu kəndində kümçülük təsərrüfatında barama istehsalının gedişi ilə yerində tanış oldu.
Rayon rəhbəri ipəkqurdlarının bəslənməsi və saxlanılması vəziyyəti ilə maraqlanaraq mövcud şəraitlə yaxından tanış oldu. İcra başçısı qeyd etdi ki, rayonda baramaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər məşğulluğun artırılması və kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

02/06/2026

Goranboyda qəzalı binanın söküntüsü davam etdirilir, layihələndirmə işləri yekunlaşmaq üzrədir

Address

Geran'boy
AZ2200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994222451053

Alerts

Be the first to know and let us send you an email when Goranboy Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Goranboy Rayon İcra Hakimiyyəti:

Share