Goranboy rayon Mədəniyyət Mərkəzi

Goranboy rayon Mədəniyyət Mərkəzi Goranboy rayon Mədəniyyət Mərkəzi

Qurban bayramınız mübarək!
27/05/2026

Qurban bayramınız mübarək!

Goranboy Rayon İcra Hakimiyyətinin, Goranboy rayon Mədəniyyət müəssisələrinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman ...
25/05/2026

Goranboy Rayon İcra Hakimiyyətinin, Goranboy rayon Mədəniyyət müəssisələrinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Gənclər Evinin birgə təşkilatçılığı ilə Goranboy Rayon Mədəniyyət Mərkəzində möhtəşəm tədbir keçirilib. Ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli”nə həsr edilən və “Goranboy – 2026-cı il Gənclər Paytaxtı” layihəsi çərçivəsində təşkil olunan tədbir “Müstəqilliyimiz əbədidir” rəmzi adı altında baş tutub.

Tədbirdə rayon rəhbərliyi, mədəniyyət və gənclər sahəsinin nümayəndələri, fəal gənclər və çoxsaylı sakinlər iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə qeyd olunub ki, müstəqil Azərbaycanın memarı, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti bu gün də Goranboyda həm müasir şəhərsalma inkişafında, həm də gənclər siyasətində uğurla davam etdirilir.

Çıxışlarda vurğulanıb ki, Goranboyun 2026-cı il üçün Gənclər Paytaxtı seçilməsi rayonun regionda artan nüfuzunun və gənclərə göstərilən yüksək diqqət və qayğının göstəricisidir.

Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin xor kollektivinin ifasında müstəqillik və vətənpərvərlik mövzusunda kütləvi mahnılar səsləndirilib. Milli geyimdə çıxış edən gənclərin rəqs nömrələri, həmçinin solist və musiqiçilərin peşəkar ifaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Goranboy gənclərinin enerjisini və rayonun mədəni inkişafını nümayiş etdirən möhtəşəm gecə xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.



Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaraçinar...
22/05/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaraçinar kənd Mədəniyyət Evi,Qaraçinar kənd Kitabxana filialı və Şəfəq kənd Kitabxana filialının birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Səməd Vurğunun 120 illik yubileyi ilə bağlı"Vurğunun söz dünyası"adlı tədbir keçirildi.
Tədbirdə şairin zəngin yaradıcılığı və Azərbaycan ədəbiyyatına bəxş etdiyi dəyər bir daha yada salındı.

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəfə...
20/05/2026

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəfəq kənd Mədəniyyət Evinin təşkilatçılığı ilə mədəniyyət və yaradıcılıq yönümlü SMART təlim təşkil olunub.

Təlimin məqsədi şagirdlərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması, onların mədəniyyətə və incəsənətə marağının artırılması, aktyorluq, səhnə bacarığı və digər istedadlarının inkişafına dəstək göstərilməsi olub.

Təlimçi Nəzrin Allahyarova çıxışı zamanı şagirdlərə özlərinə inanmağı, istedadlarını gizlətməməyi, mədəniyyət və incəsənət sahəsinə maraq göstərməyi tövsiyə edib. O, xüsusilə aktyorluq, səhnə mədəniyyəti və yaradıcı düşüncənin gənclərin inkişafında mühüm rol oynadığını vurğulayıb.



Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yeni yol...
19/05/2026

Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yeni yol kənd Diyarşünaslıq evində 15.05.2026- cı il tarixdə Qarabağ Azərbaycandı mövzusunda "Qarabağın poeziya şahzadəsi Xurşidbanu Natəvan" adlı tədbir keçirildi.Keçirilən tədbirə məktəblilər dəvət olunmuşdur. Xurşidbanu Natəvan Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahim Xəlil xanın nəvəsidir.1832-ci ildə Şuşada anadan olan ailənin yeganə qızı və Qarabağ xanlığının sonuncu vərəsəsi olduğu üçün onu saraydan tək icad adı ilə çağırırdılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur olmuşdur.Xurşudbanu Natəvan Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdır.


18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon mədəniyyət m...
18/05/2026

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon mədəniyyət müəssisələri və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinə maarifləndirici ekskursiya təşkil olunub.
“Açıq qapı” günü çərçivəsində keçirilən ziyarətdə rayonun mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ekskursiyanın əsas məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsini, ölkəmizin elm, təhsil və mədəniyyət sahələrinin inkişafı naminə göstərdiyi misilsiz xidmətləri gənc nəslə daha yaxından tanıtmaq olub.
Tədbir iştirakçıları mərkəzdə Ulu Öndərin uşaqlıq və gənclik illərini, SSRİ və müstəqillik dövründə ölkəyə rəhbərlik etdiyi illəri əks etdirən nadir fotoşəkillər, tarixi sənədlər və eksponatlarla tanış olublar. Ekskursiya zamanı bələdçi tərəfindən Heydər Əliyevin Goranboy rayonuna səfərləri, rayona göstərdiyi diqqət və qayğı, eləcə də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslər barədə ətraflı məlumat verilib.
Tədbirdə vurğulanıb ki, muzeylər yalnız tarixi irsi qoruyan məkanlar deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına xidmət edən mühüm mənəviyyat ocaqlarıdır. Heydər Əliyev irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması hər bir mədəniyyət işçisinin mənəvi məsuliyyətidir.
Sonda iştirakçılar Heydər Əliyev Mərkəzinin xatirə guşələrində xatirə şəkilləri çəkdirib, tədbirin yüksək təşkilindən məmnunluqlarını ifadə ediblər. Ekskursiya xoş təəssüratlarla başa çatıb.



Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzi Məşədiqaralar kənd Sənətkarlıq Evinin, Məşə...
16/05/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzi Məşədiqaralar kənd Sənətkarlıq Evinin, Məşədiqaralar kənd kitabxana filialının, Goranboy rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi və Gənclər evinin birgə təşkilatçılığı ilə "Erkən nikaha YOX deyək!" "Erkən nikah-uşaqlığın qəfəsidir!" və "15 -may Beynəlxalq ailə günüdür" adlı tədbir təşkil edildi.
Tədbir Məşədiqaralar kənd Sənətkarlıq Evində keçirildi.
Tədbirdə Məşədiqaralar kənd Sənətkarlıq Evinin kollektivi,Məşədiqaralar kənd Kitabxanasının kollektivi,Boluslu İƏDÜ nümayəndəliyin kollektivi,Boluslu Bələdiyyəsinin kollektivi,Boluslu kənd Mədəniyyət Evi və Eyvazlılar kənd Klub kollektivi,Goranboy rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Goranboy rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi,Goranboy rayon Polis Şöbəsinin əməkdaşı,Goranboy rayon Gənclər Evinin kollektivi,bir qrup məktəbli və valideynlər iştirak etdilər.
Tədbirdə çıxışçılar öz çıxışlarında erkən nikahın ölkəmizdə yaratdığı fəsadları və cəmiyyətə vurduğu mənfi təsirləri diqqətə çatdırdılar.
Çıxış edənlər tədbir iştirakçılarına Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən nikaha daxil olan qadınlar üçün minumum yaş həddi,valideyinlik hüquqları və onların məsuliyyəti barədə ətraflı məlumat verdilər.
Tədbirin keçirilməsində məqsəd qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrədilməsi və əhali arasında erkən nikahla bağlı maarifləndirmə işinin aparılması olub.
Tədbirin sonunda mövzu ilə bağlı vidioçarx izlənildi və tədbir istirakçılarına buroşürlər paylandı.


Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qazanbul...
15/05/2026

Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qazanbulaq qəsəbə Mədəniyyət evinin əməkdaşları və bir qrup məktəblilərlı birgə "18 May Beynəlxalq muzeylər günü"ilə əlaqədar Şəki şəhərinə səyahət etdik. Ziyarət tariximizin və mənəvi irsimizin qorunmasının vacibliyini vurğulamaq, gənc nəslə muzeylərimizin və tarixi yerlərimizin əhəmiyyətini təbliğ etmək məqsədilə təşkil olundu. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin ev Muzeyini ziyarət etdik. Tədbir zamanı şagirdlərimiz həm bu məkanlarla tanış oldular, həm də milli irsimizi gələcək nəsillərə ötürmək və qorumaq mövzusunda muzeyin direktoru tərəfindən ətraflı məlumatlar aldılar.Gənclərimizin tarixə və mədəniyyətə olan marağını artırmaq, bu muzeylərin tarixi və mənəvi dəyərini anlamaq məqsədilə keçirilən bu ziyarət çox faydalı və yadda qalan oldu.

GORANBOY ŞƏHƏR UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİNİN CAHİD RƏQS ANSAMBLI BÖYÜK QAFQAZ 2026 RƏQS MÜSABİQƏSİNDƏ 1 YERƏ LAİQ GÖRÜLÜB.BU...
15/05/2026

GORANBOY ŞƏHƏR UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİNİN CAHİD RƏQS ANSAMBLI BÖYÜK QAFQAZ 2026 RƏQS MÜSABİQƏSİNDƏ 1 YERƏ LAİQ GÖRÜLÜB.BU MÜNASİBƏT İLƏ GƏNCƏ-DAŞKƏSƏN REGİONAL MƏDƏNİYYƏT İDARƏSİNİN GORANBOY MƏDƏNİYYƏT MƏRKƏZİNİN BAŞ MƏSLƏHƏTÇİSİ İSAX MÜƏLLİM MƏMMƏDOV TƏRƏFİNDƏN FƏXRİ FƏRMANLARLA TƏLTİF EDİLİBLƏR.


Goranboyda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı ümumrayon tədbir keçirildiÜmummilli Lider Heydər Əl...
10/05/2026

Goranboyda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı ümumrayon tədbir keçirildi

Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, ictimai fəallar, hüquq mühafizə orqanlarının, təşkilat, idarə, müəssisə, xidmət sahələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edildi.
Daha sonra Heydər Əliyev mərkəzi ziyarət edilərək, Ulu Öndərin mənalı ömür yoluna və çoxşaxəli dövlət idarəçilik fəaliyyətinə həsr olunmuş xüsusi videoçarx izlənildi, fotostendlərə baxış keçirildi

Address

Goranboy Rayon Heydər Əliyev Prospekti 3
Geran'boy

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994706546414

Website

Alerts

Be the first to know and let us send you an email when Goranboy rayon Mədəniyyət Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Goranboy rayon Mədəniyyət Mərkəzi:

Share