Goranboy rayon üzrə gənclər və idman sektoru

Goranboy rayon üzrə gənclər və idman sektoru Goranboy rayon gənclər və idman sektorunun rəsmi Facebook səhifəsi.

🚴🏻‍♀️🚴🏻 3 iyun - Dünya Velosiped Günüdür!
03/06/2026

🚴🏻‍♀️🚴🏻 3 iyun - Dünya Velosiped Günüdür!

Goranboy rayonunda "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə "Kiçik Əllər, Böyük Arzular” adlı bayram ...
01/06/2026

Goranboy rayonunda "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə "Kiçik Əllər, Böyük Arzular” adlı bayram tədbiri keçirildi

Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid övladları, ictimai fəallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir çərçivəsində uşaqların hazırladığı musiqi və rəqs nömrələri nümayiş etdirildi, onların əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Eyni zamanda müxtəlif bədii səhnələr, şeirlər və idmançıların təqdim etdiyi idman nümunələri iştirakçılar tərəfindən maraqla izlənildi. Bayram tədbiri uşaqlara xoş ovqat bəxş edərək, iştirakçılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı.

01/06/2026

🇦🇿 "Goranboy 2026 - Gənclər Paytaxtı" layihəsi çərçivəsində “Müstəqilliyimiz Əbədidir!” adlı tədbirdən maraqlı anlar...


Bu gün Uşaqların BeynəlxalqMüdafiəsi Günüdür! 🎉🎈
01/06/2026

Bu gün Uşaqların Beynəlxalq
Müdafiəsi Günüdür! 🎉🎈

Goranboy rayonunda Sərbəst güləş idman növü üzrə turnir keçirildi.✅ 31 may 2026-cı il tarixdə, Gəncə-Daşkəsən Regional G...
31/05/2026

Goranboy rayonunda Sərbəst güləş idman növü üzrə turnir keçirildi.

✅ 31 may 2026-cı il tarixdə, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı və Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə Sərbəst güləş idman növü üzrə Goranboy rayon turniri keçirildi.

➡️ Yarış Goranboy rayonu Qaraçinar kənd tam orta ümumtəhsil məktəbin idman zalında təşkil olundu.

🤼‍♂️ Turnirdə Goranboy UGİM-in güləş bölməsindən 63 idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə apardı.

🏆 Yarışın sonunda hər çəki dərəcəsi üzrə I, II, III yerləri tutmuş idmançılar müvafiq diplomlarla mükafatlandırıldılar.








30/05/2026
28 May - Müstəqillik Gününüz Mübarək! 🇦🇿
28/05/2026

28 May - Müstəqillik Gününüz Mübarək! 🇦🇿

Qurban bayramınız mübarək!
26/05/2026

Qurban bayramınız mübarək!

Goranboy rayonunda Velosiped idman növü üzrə turnir keçirildi.✅ 26 may 2026-cı il tarixdə Gəncə-Daşkəsən Regional Gənclə...
26/05/2026

Goranboy rayonunda Velosiped idman növü üzrə turnir keçirildi.

✅ 26 may 2026-cı il tarixdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin birgə təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "28 May - Müstəqillik Günü" və "Dünya Velosiped Günü" münasibəti ilə Velosiped idman növü üzrə Goranboy rayon turniri keçirildi.

➡️ Yarış Goranboy şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin qarşısından Heydər Əliyev Parkı istiqamətində 3 km. məsafəyə təşkil olundu.

🚲 Yarışa Goranboy UGİŞM-in velosiped bölməsindən 40-a yaxın idmançı qatıldı.

🏆 Turnirdə I, II, III yerləri tutmuş idmançılar təşkilat komitəsinin diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.








Futbol üzrə II Goranboy çempionatına start verildi.✅ 25 may 2026-cı il tarixdə Goranboy Gənclər Evində Gəncə-Daşkəsən Re...
26/05/2026

Futbol üzrə II Goranboy çempionatına start verildi.

✅ 25 may 2026-cı il tarixdə Goranboy Gənclər Evində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasına həsr olunmuş şəhər, qəsəbə və kənd komandalarından ibarət komandalar arasında futbol idman növü üzrə II Goranboy çempionatına start verildi. Yarışa qatılmış komandaların nümayəndələri ilə təşkilat komitəsinin görüşü keçirildi. Hakimlər tərəfindən qaydalar iştirakçıların diqqətinə çatdırıldı. Komandaların kapitanları püşk çəkərək qruplar müəyyənləşdirildi. Çempionatın iyul ayının sonunadək davam edəcəyi planlaşdırılır.

➡️ Yarışda iştirak edəcək komandalara uğurlar arzu edirik.






Address

Goranboy Rayon Vuqar Bayramov Küç, Gənclər Parkı, Gənclər Mərkəzinin Inzibati Binası
Geran'boy
AZ2200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994702383456

Alerts

Be the first to know and let us send you an email when Goranboy rayon üzrə gənclər və idman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Goranboy rayon üzrə gənclər və idman sektoru:

Share