Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi

Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Public & Government Service, S. Civəzadə . 19, Geran'boy.

07/04/2021
07/04/2021

❗️AİLƏ QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ NƏZDİNDƏ İCTİMAİ ŞURANIN BƏYANATI

Ermənistan Respublikası Azərbaycanın Qarabağ iqtisadi zonasının dağlıq hissəsini və onun ətrafında olan 7 inzibati ərazini 1990-1994-cü illərdə işğal etmiş, 800 000 nəfərə qədər azərbaycanlını və erməni olmayan digər xalqların nümayəndələrini həmin ərazilərdən deportasiya etmiş, mülki əhaliyə qarşı soyqırım, insanlıq əleyhinə və hərbi cinayətlər törətmişdir. 30 ilə yaxın bir müddətdə Ermənistan işğal edilmiş ərazilərin bu dövlətin silahlı birləşmələri tərəfindən dərhal boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə etinasızlıq göstərmiş, qətnamələrin tələblərini yerinə yetirməmişdir.

Ermənistan Respublikasının silahlı birləşmələri və işğal altında olan ərazilərdə yaradılmış qondarma idarəetmə qurumu 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı ərazilərdə hərbi cinayətlərini davam etdirmiş, Azərbaycan xalqına məxsus olan bütün mədəni, dini, tarixi və hətta coğrafi abidələr tamamilə məhv edilmişdir. 80-dən artıq məscid və kilsələr dağıdılmış, məscidlərdə donuz və mal-qara saxlanılmışdır. Təmas xəttinə yaxın ərazilərdə yaşayan azərbaycan əhalisi su mənbələrindən məhrum edilmiş, meşələr qırılmış, təbii sərvətlər talan olunmuşdur. İşğal altında olan ərazilərdəki bütün şəhər, kənd və qəsəbələr və infrastruktur tam dağıdılmış və sökülərək daşınmışdır.

Ermənistan işğalçı qüvvələrinin törətdiyi ən böyük hərbi cinayətlərdən biri də işğal altında olan ərazilərdə milyonlarla piyada və tank əleyhinə minaların yerləşdirilməsidir. 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə istifadə etmədiyi bütün sahələr minalanmışdır.

Ermənistanın növbəti silahlı təxribatına cavab olaraq başlanmış və Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük Vətən Müharibəsindən sonra işğalın dəhşətləri daha qabarıq üzə çıxmaqdadır. Hazırda 10 000 kv. kilometrdən artıq ərazidə ciddi mina təhlükəsi vardır. 10 noyabr tarixindən keçən dövr ərazində ərazilərdə 100 nəfərə qədər insan mina qurbanı olmuş, onlardan 20 nəfərdən çoxu mina partlaması nəticəsində həyatlarını itirmişdir. Həlak olanların və zərər çəkənlərin əksəriyyəti mülki insanlar, o cümlədən qadın və uşaqlardır.

Hazırda Azərbaycan dövləti ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərini həyata keçirir. Bununla belə Ermənistan Respublikası beynəlxalq humanitar hüququn prinsiplərini kobud surətdə pozmaqla minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən qətiyyətlə imtina edir və bununla həm də 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın şərtlərini pozmaqda davam edir. Ottava Konvensiyası da daxil olmaqla bütün beynəlxalq normalara etinasızlıq göstərən Ermənistan beləliklə Azərbaycana qarşı müharibəni minalar vasitəsi ilə davam etdirməkdədir. Üçtərəfli razılaşma əsasında erməni silahlı birləşmələrinə əraziləri tərk etmək üçün verilən vaxt və əlavə vaxt müddətində Ermənistan tərk edəcəyi ərazilərə xüsusi texniki vasitələrdən istifadə etməklə on minlərlə yeni minalar basdırmış və daha sonra böyük yanğın və dağıntılar törədərək əraziləri tərk etmişdir.

Biz, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən İctimai Şura üzvləri və ixtisaslaşmış QHT rəhbərləri olaraq 4 aprel Beynəlxalq Mina Təhlükəsizliyi günü dünya ictimaiyyətinə, beynəlxalq insan hüquqlarını müdafiə edən təşkilatlara müraciət edərək Ermənistanın qeyri-humanist və beynəlxalq humanitar hüququn prinsiplərini pozan hərəkətini-minalanmış sahələrin xəritəsini Azərbaycan tərəfinə təqdim etməməsini pisləməyə çağırır, Ermənistanın bu hərəkətini insanlıq əlehinə növbəti cinayət kimi qiymətləndirməyə səsləyirik.

Bəyanat 04 aprel 2021-ci il tarixində AQUPDK nəzdində İctimai Şura tərəfindən qəbul olunmuşdur.

06/03/2021

“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə martın 6-da “Siyasi dialoqda qadınların rolu” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

http://scfwca.gov.az/post/2331/siyasi-dialoqda-qadinlarin-rolu-movzusunda-gorus-kecirilib

Tədbirdə 31 siyasi partiyanı (Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Ümid Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, AĞ Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vəhdət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Gələcək Azərbaycan Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Kommunist Partiyası, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası, Milli Həmrəylik Partiyası, Yeni Zaman Partiyası, Ədalət Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müsavat Partiyası, Azərbaycan Xalq Partiyası) təmsil edən 50-dən çox qadın iştirak edib.

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən qadınları Prezident İlham Əliyevin adından 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və ölkə rəhbərliyinin siyasi dialoqun təşviqində qadınların daha fəal roluna ümid bəslədiyini bildirib.

Dövlətin, həmçinin ictimai təfəkkürün inkişafında qadınların rolu kontekstində tarixə ekskurs edən şöbə müdiri tarixi ənənələrin parlaq davamçısı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünya siyasi arenasında öz sözünü deyən müasir dünyamızın ən nüfuzlu qadınları sırasında öncül yer tutduğunu vurğulayıb, onun müstəqil Azərbaycanın aparıcı qadın qüvvəsinin siması olmaqla, qadın hərəkatını canlandırdığını, bu istiqamətdə məzmun etibarilə yeni, müasir mərhələ açdığını qeyd edib. Azərbaycanın beynəlxalq təşəbbüsləri və uğurları kontekstində Mehriban xanım Əliyevanın rəhbərliyi və bilavasitə iştirakı ilə həyata keçirilən humanitar xarakterli, habelə multikulturalizm, mədəniyyətlərarası dialoq, tolerantlıq və bu kimi digər inteqrativ məzmunlu qlobal layihələrin dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığı diqqətə çatdırılıb.

Sonra Administrasiya rəsmisi Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşdırılan sistemli islahatlar, həmçinin siyasi dialoq mühitinin təşviqi istiqamətində görülmüş işlər haqqında məlumat verib. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam və etibarlı münasibətlərin qorunmasında qadınların əvəzolunmaz rolunun, vətəndaş cəmiyyəti institutlarının daha fəal mövqe tutmalarının vacibliyini qeyd edib.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadınlar siyasi həmrəylik uğrunda”, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Fatma Yıldırım “Qadınların demokratik parlament ənənələrinin inkişafında rolu və siyasi dialoqa töhfələri”, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri “Müsavat Partiyasının üzvü) Novella Cəfərova “Vətən müharibəsi və insan hüquqları”, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova “Siyasi proseslərdə qadınların iştirakı”, Hüquq müdafiəçisi İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin rəhbəri (Müsavat Partiyasının üzvü) Səidə Qocamanlı “Qadınların qərar qəbuletmədə rolu”, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü (Azəri-Türk Qadınlar Birliyinin sədri) Tənzilə Rüstəmxanlı “Vətən müharibəsində qəhrəman qadınlar”, Azərbaycan Ümid Partiyası sədrinin müavini Tamilla Qulami “Qadınlar barış və dialoq təbliğatçılarıdırlar”, Azərbaycan Milli İstiqlal Partiyasının fəalı Ceyran Ənsər “Siyasi dialoq mədəniyyətinin inkişafı”, Ana Vətən Partiyası sədrinin müavini Günay Ağamalı “Siyasi dialoqun zərurəti: mövcud vəziyyət və perspektivlər”, Milli Cəbhə Partiyasının fəalı Almaz Məmmədova “Təhsildən kənar qalan qadınlar: mövcud problemlər və çıxış yolları” və iştirakı” və Gələcək Azərbaycan Partiyası Qadınlarla iş üzrə sədrinin müavini Tovuz Soltanova “İctimai sektorda qadınların fəaliyyəti və inkişaf yolu” mövzuları üzrə məruzələrlə çıxış ediblər.

Sonda Administrasiya rəsmisi ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutmuş qadınların bundan sonra da dövlətin inkişafında və cəmiyyətdə yaşanan həmrəylik mühitinin qorunmasında öz bilik və bacarıqlarının əsirgəməyəcəklərində əminliyini bildirib.

04/03/2021

Qadınlarımız bütün imkanları, qüvvə və bacarıqları ilə kişilərlə bərabər, çiyin-çiyinə çalışırlar. Azərbaycanda qadına həmişə hörmət olub, hər zaman Ana adı uca tutulub. AZƏRTAC xəbər verir ki, bunu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin...

03/03/2021

📌“Uşaqların doğulanadək cins seçiminə YOX deyək!” adlı təqdimat hazırlanıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında oğlan uşağına verilən üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması məqsədilə mütəmadi olaraq həyata keçirilən tədbirlərinin davamı olaraq “Uşaqların doğulanadək cins seçiminə YOX deyək!” adlı təqdimat hazırlanıb.

Qeyd edək ki, material Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 71 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası istiqamətində hazırlanıb.

⬇⬇⬇
http://www.scfwca.gov.az/post/2322/usaqlarin-dogulanadek-cins-secimine-yox-deyek-adli-teqdimat-hazirlanib

23/02/2021

İntihar hadisəsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatı

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində gənc qızın çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı yayılan məlumatlardan dərhal sonra Dövlət Komitəsi aidiyyəti qurumlarla əlaqə saxlamışdır və öz səlahiyyətləri çərçivəsində məsələni diqqətdə saxlayır.

Qeyd olunan hadisə Hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilmiş və qeyd edilmişdir ki, aparılan İlkin İstintaq araşdırmalarından sonra ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Dövlət Komitəsi son vaxtlar müxtəlif səbəblərdən ölkəmizdə intihar hallarının artmasından dərin narahatlığını ifadə edərək, vətəndaşlardan ağır nəticələr verə biləcək hallarla rastlaşdıqda, yaxud zorakılığa məruz qalmış şəxslərlə bağlı hər hansı bir məlumat əldə etdikdə dərhal 7 gün 24 saat fəaliyyət göstərən (860) QAYNAR XƏTTƏ müraciət etmələrini xahiş edir.

19/02/2021

📌BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinə ilk dəfə azərbaycanlı sədr müavini seçilib.

Ölkənin beynəlxalq hüquq üzrə eksperti, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) 78-ci sessiyasında sədr müavini vəzifəsinə seçilib.

CEDAW Komitəsi “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə” Konvensiyanın 17-ci maddəsinə müvafiq olaraq yaradılmışdır. Komitə Konvensiyanın əhatə etdiyi məsələlər üzrə 23 ekspertdən ibarətdir. Komitə üzvləri qadın hüquqlarının müdafiəsi, bərabər imkanların təmin edilməsi istiqamətində ölkələrin hesabatlarının hazırlanmasında iştirak edir, yaradılan işçi qruplarda təmsil olunurlar.

Azərbaycan ilk dəfə olaraq, 2018-ci ildə CEDAW Komitəsinə üzv seçilib. 15 fevral 2021-ci il tarixindən isə ölkənin beynəlxalq hüquq üzrə eksperti Elgün Səfərov Komitənin sədr müavini vəzifəsini icra edəcək.

Elgün Səfərov 18 ilə yaxındır ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq, qadın və uşaq hüquqlarının müdafiəsi və digər sahələr üzrə BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edir. O, ATƏT-in insan alveri və məişət zorakılığı hallarının qarşısının alınması, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması və digər sahələrdə ölkə adından məruzələr edib.

Ekspert uzun illər ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Avropa Şurasının Gender bərabərliyi Komissiyasının (2007-2018-ci illər) fəaliyyətində iştirak edərək, öz töhfəsini verib. E.Səfərov Bakı Dövlət Universitetində və Dövlət Gömrük Akademiyasında beynəlxalq hüquq, ailə hüququ, beynəlxalq humanitar huquq və digər fənnləri tədris edib. Ekspertin ingilis, rus və azərbaycan dillərində 50-dən çox elmi araşdırma və tədqiqatları çap edilib.

Address

S. Civəzadə . 19
Geran'boy

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi:

Share