Goranboy Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbi

Goranboy Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbi Şahmat, Yunan Roma Güləşi, Futbol, Ağır Atletika məşqləri

Məktəbimizin yetirməsi Həsrət Cəfərov lV dəfə Avropa çempionu oldu. Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempi...
22/04/2026

Məktəbimizin yetirməsi Həsrət Cəfərov lV dəfə Avropa çempionu oldu.

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşçimiz🥇Həsrət Cəfərov (67 kq) qızıl medal qazanıb.
Təbrik edirik!✊🏻😊

Goranboy rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin təlimatçısı İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avro...
22/04/2026

Goranboy rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin təlimatçısı İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb. 71 kq çəki dərəcəsində yarışan İsa birdən qaldırma hərəkətində gostərdiyi 147 kq nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Təkanla qaldırma hərəkətində 180 kq çəkinin öhdəsindən gələn Rüstəmov bu dəfə 4-cü olub.Təlimatçımız toplamda 327 kq göstərici ilə yarışı 4-cü yerdə bitirib.

Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi
Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru

21/04/2026
Məktəbimizin yetirməsi gənc futbolçu (qapıçı) U-17 millisinə dəvət alıb!✅️ UGİŞM-nin baş məşqçisi Ceyhun Əhmədovun yetir...
20/04/2026

Məktəbimizin yetirməsi gənc futbolçu (qapıçı) U-17 millisinə dəvət alıb!

✅️ UGİŞM-nin baş məşqçisi Ceyhun Əhmədovun yetirməsi futbol idman növü üzrə dəfələrlə uğur əldə etmiş perspektivli qapıçı Qarayev Qüdrət Yalçın oğlu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət alıb.

⚽Aprelin 20-dən 23-dək Bakıda təlim-məşq toplanışı keçirəcək idmançımız, ertəsi gün Qazaxıstana yollanacaq. Komanda mayın 1-dək Çimkənd şəhərində təşkil olunacaq UEFA-nın İnkişaf Turnirində iştirak edəcək.

➡️ İdmançımızı təbrik edirik və idman nailiytləri arzulayırıq.

AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində f...
17/04/2026

AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində futbol futzal idman növü üzrə "Məktəbli Kuboku" turniri keçirilir. Goranboy rayon mərhələsindı 5-ci sinif oğlanlardan ibarət komanda turniri birinci yerdə başa vuraraq növbəti mərhələyə keçmişdir. Daxili birinciliklər başa çatdıqdan sonra hər üç qrup üzrə çempion komandalar rayonları bölgə yarışlarında - Regional finallarda təmsil edəcəklər.

Nəzərinizə çatdıraq ki qalib komanda Uşaq-gənclər idman-şahmat məktəbinin Futbol üzrə məşqçi-müəllim Sərxan Məmmədovun yetirmələridir.

Qeyd edək ki, "Məktəbli Kuboku" turnirinin təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir. Layihə çərçivəsində ölkənin bütün bölgələrində məktəblər arasında yarışlar keçiriləcək, qaliblər respublika birinciliyində qüvvələrini sınayacaqlar.

15/04/2026
Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.Kursda məktəbimiz...
10/04/2026

Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.

Kursda məktəbimizin futbol üzrə baş məşqçi-müəllimi Ceyhun Əhmədoda iştirak etmişdir.

AVF-nin “2-ci dərəcə” məşqçi kursu 6-10 aprel tarixlərində Bakıda keçirilib. Təlimlər Beynəlxalq Voleybol Federasiyasının (FIVB) məşqçi-müəllimi, professor Cengiz Akarçeşme tərəfindən aparılıb. Kursda AVF-nin “1-ci dərəcə” mərhələsini uğurla başa vurmuş 16 nəfər iştirak edib.
Kursun yekununda iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçənlər AVF-nin “2-ci dərəcə” məşqçi sertifikatını alacaqlar.
Qeyd edək ki, “2-ci dərəcə” məşqçi sertifikatı əldə edən məşqçi-müəllimlər yerli çempionatlarda fəaliyyət göstərə biləcək, eyni zamanda AVF-nin “3-cü dərəcə” məşqçi kursunda iştirak hüququ qazanacaqlar. Hər üç dərəcəni tamamlayan mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak edə biləcəklər.

UGİŞM-nin şahmat bölməsinin Süleymanov Seyidəli tərəfindən tədris olunan İlkin Hazırlıq qrupunun idmançı-şagirdləri Şahm...
07/04/2026

UGİŞM-nin şahmat bölməsinin Süleymanov Seyidəli tərəfindən tədris olunan İlkin Hazırlıq qrupunun idmançı-şagirdləri Şahmat binası ilə tanış olmuş daha sonra şahmat dərsi tədris olunmuşdur.

UGİŞM-də Şahmat dərsinin yoxlanılması tədris prosesinin keyfiyyətinin qiymətləndirilməsi, müəllimin fəaliyyətinin təhlil...
06/04/2026

UGİŞM-də Şahmat dərsinin yoxlanılması tədris prosesinin keyfiyyətinin qiymətləndirilməsi, müəllimin fəaliyyətinin təhlili və şagirdlərin bilik səviyyəsinin müəyyən edilməsi məqsədilə həyata keçirilir.
Yoxlama zamanı ilk növbədə dərsin planlaşdırılması və təşkilinə diqqət yetirilir. Müəllimin dərs planının mövcudluğu, mövzunun məqsəd və vəzifələrinin düzgün müəyyənləşdirilməsi, dərsin mərhələlərinin ardıcıllığı və vaxt bölgüsü qiymətləndirilir.
Dərsin gedişində müəllimin izah etmə bacarığı, mövzunu şagirdlərə aydın və maraqlı şəkildə çatdırması, interaktiv üsullardan istifadə etməsi və şagirdləri fəal iştiraka cəlb etməsi əsas meyarlardan sayılır. Eyni zamanda, şahmat taxtası üzərində mövqelərin düzgün izahı, taktiki və strateji anlayışların aydın təqdimatı da diqqət mərkəzində olur.

Xanqərvənd tam orta məktəbində məşqi-müəllim Günel Kərimova tərəfindən TMQ-1 və İHQ-1 qruplarında tədris olunan şahmat məşqinin yoxlama nəticəsində dərsin güclü və zəif tərəfləri müəyyən edilir, tədrisin daha effektiv təşkili üçün müəllimə metodiki tövsiyələr verilir. Bu isə ümumilikdə şahmat dərslərinin keyfiyyətinin artırılmasına və şagirdlərin daha yüksək nəticələr əldə etməsinə xidməmüəyyən.

UGİŞM-nin Quşçular kənd tam orta məktəbin idman zalında məşqçi-müəllim Namazov Elcan tərəfindən tədris olunan Futbol böl...
06/04/2026

UGİŞM-nin Quşçular kənd tam orta məktəbin idman zalında məşqçi-müəllim Namazov Elcan tərəfindən tədris olunan Futbol bölməsinin fəaliyyətinin yoxlanılması məqsədilə müvafiq qaydalara uyğun olaraq monitorinq aparılmışdır. Yoxlama zamanı məşq prosesinin təşkili, məşqçi-müəllimin fəaliyyət planı, idmançıların davamiyyəti, fiziki hazırlıq səviyyəsi və tədris proqramına uyğunluq məsələləri ətraflı şəkildə araşdırılmışdır.
Müəyyən edilmişdir ki, futbol bölməsində məşqlər əsasən təsdiq olunmuş cədvələ uyğun keçirilir. Məşqçi tərəfindən idmançıların fiziki və texniki hazırlığının inkişafı istiqamətində müvafiq məşqlər təşkil olunur.
Yoxlama zamanı həmçinin idman inventarlarının vəziyyəti, məşq meydançasının uyğunluğu və təhlükəsizlik qaydalarına əməl olunması da nəzərdən keçirilmişdir. Ümumilikdə şərait qənaətbəxş hesab edilmişdir.

Yunan-Roma güləşi üzrə əməkdar məşqçi Bayram Bayramovun və idman ustası Qənbərov Orxanın birgə rəhbərliyi altında aparıl...
06/04/2026

Yunan-Roma güləşi üzrə əməkdar məşqçi Bayram Bayramovun və idman ustası Qənbərov Orxanın birgə rəhbərliyi altında aparılan məşq prosesinin keyfiyyət göstəricilərinin yoxlanılması, metodiki təminatının qiymətləndirilməsi və monitorinqi həyata keçirildi.

UGİŞM-nin Dəliməmmədli şəhər tam orta məktəbin idman zalında məşqçi-müəllim Məmmədov Sərxan tərəfindən tədris olunan Fut...
03/04/2026

UGİŞM-nin Dəliməmmədli şəhər tam orta məktəbin idman zalında məşqçi-müəllim Məmmədov Sərxan tərəfindən tədris olunan Futbol bölməsinin fəaliyyətinin yoxlanılması məqsədilə müvafiq qaydalara uyğun olaraq monitorinq aparılmışdır. Yoxlama zamanı məşq prosesinin təşkili, məşqçi-müəllimin fəaliyyət planı, idmançıların davamiyyəti, fiziki hazırlıq səviyyəsi və tədris proqramına uyğunluq məsələləri ətraflı şəkildə araşdırılmışdır.
Müəyyən edilmişdir ki, futbol bölməsində məşqlər əsasən təsdiq olunmuş cədvələ uyğun keçirilir. Məşqçi tərəfindən idmançıların fiziki və texniki hazırlığının inkişafı istiqamətində müvafiq məşqlər təşkil olunur.
Yoxlama zamanı həmçinin idman inventarlarının vəziyyəti, məşq meydançasının uyğunluğu və təhlükəsizlik qaydalarına əməl olunması da nəzərdən keçirilmişdir. Ümumilikdə şərait qənaətbəxş hesab edilmişdir.

Address

Goranboy
Geran'boy
2022

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Goranboy Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Goranboy Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbi:

Share