Goranboy RMX Müharibə iştirakçıları ilə koordinasiya bölməsi

Goranboy RMX Müharibə iştirakçıları ilə koordinasiya bölməsi 01.07.2022

27/11/2024
06.11.2024-cü il tarixdə 44 günlük vətən müharibəsi şəhidi Zeynalov Elşən Zaman oğlunun anası,Zeynalova Könül Vahid qızı...
06/11/2024

06.11.2024-cü il tarixdə 44 günlük vətən müharibəsi şəhidi Zeynalov Elşən Zaman oğlunun anası,Zeynalova Könül Vahid qızı Goranboy Goranboy RMX-nın həkim briqadası tərəfindən yaşadığı evdə müayinə edilmişdir.

01/04/2024
12/03/2024

15 mindən çox müharibə iştirakçısı və şəhid ailəsi üzvünə tibbi xidmət göstərilib

Vətən müharibəsi zamanı xəsarət almış şəxslərin və şəhid olmuş vətəndaşlarımızın birinci dərəcəli qohumlarının ehtiyac olduğu təqdirdə tibbi xidmətlərdən vaxtında yararlanması, müvafiq dövlət qurumları ilə birlikdə qeyd olunan əhali qrupuna əlaqəli şəkildə və çevik xidmətin göstərilməsi, həmçinin qurumlar arasında əlaqələndirilmənin dinamikasını təmin etmək məqsədilə TƏBİB-də Həssas əhali qrupları ilə iş departamentinin Müharibə iştirakçıları ilə iş şöbəsi fəaliyyət göstərir.

Fəaliyyətin tamlığı və operativliyinin təmin edilməsi məqsədilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində müharibə iştirakçıları və şəhid ailələri ilə iş üzrə 162 nəfər koordinator çalışır.

Koordinatorların əsas vəzifəsi tibb müəssisəsinə müraciət edən müharibə iştirakçıları və şəhid ailə üzvlərinin müraciət istiqamətinə uyğun olaraq növbəsiz şəkildə qeydiyyata alınması, ixtisaslı həkim müayinəsinə aparılması, həkim təyinatı əsasında instrumental və laborator müayinələrdən növbəsiz keçirilməsinin təmin edilməsi, alınacaq tibbi xidmətin dövlət tibb müəssisələrində olmadığı halda müqaviləli özəl tibb müəssisələrinə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində göndərişlə təmin olunmasına dəstək göstərilməsi, şəhid ailələri və əlilliyi olan müharibə iştirakçılarının dərman təminatının aparılması üçün “YAŞAT” fonduna təqdim olunacaq sənədlərin hazırlanmasına dəstək göstərilməsindən ibarətdir.

Həmçinin koordinatorlar tərəfindən müəyyən vaxt intervalı gözlənilməklə Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə mütəmadi zənglər olunması, bu zənglərə əsasən tibbi xidmətə ehtiyacı olanların vaxtında müayinə və müalicə prosedurlarına cəlb olunması təmin edilib.

Belə ki, koordinatorlar tərəfindən 2023-cü il ərzində Vətən müharibəsində xəsarət alanlara 83 515, şəhid ailələrinə 12 955 zəng olunub.

Həmçinin 2023-cü il ərzində tibb müəssisələrində ümumilikdə 12 661 Vətən müharibəsi iştirakçısına 441 431, 3 867 şəhid ailə si üzvünə 50 527 tibbi xidmət göstərilib. Əlavə olaraq 148 nəfər vətəndaşın müraciəti TƏBİB tərəfindən icra edilib.

TƏBİB-in “815”, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı Mərkəzindən daxil olmuş 1 827 müraciət və TƏBİB-in vətəndaş qəbuluna müraciət etmiş 54 vətəndaşın müraciəti araşdırılaraq cavablandırılıb.

Əlavə olaraq, TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən psixoloqlar tərəfindən 1 223 Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvünə mütəmadi psixoloji dəstək göstərilib, digər qurumlardan daxil olan 1 727 müraciət şöbənin əməkdaşları tərəfindən araşdırılaraq cavablandırılıb.

“YAŞAT” fondu tərəfindən Hepatit B, C, onkoloji xəstəliklərdən əziyyət çəkən şəhid ailəsi üzvü olan vətəndaşların dərman vasitələrilə təmin olunmaları üçün 109 vətəndaş müraciəti araşdırılıb və müvafiq qaydada yönləndirilib.

23/02/2024

12.02.2024-cü il tarixdə Goranboy rayonu Rəhimli kənd sakini,1-ci Qarabağ müharibəsi veteranı  Böyükkişiyev Zaman Bəhrəm...
12/02/2024

12.02.2024-cü il tarixdə Goranboy rayonu Rəhimli kənd sakini,1-ci Qarabağ müharibəsi veteranı Böyükkişiyev Zaman Bəhrəm oğlu Goranboy RMX-nın həkim briqadası tərəfindən yaşadığı evdə müayinə edilmişdir.

19 sentyabr 2023-cü il lokal antiterror əməliyyati zamani şəhid olmuş,Tovuz rayon sakini Hüseynov Şikar Hüseyn oğlunun G...
04/01/2024

19 sentyabr 2023-cü il lokal antiterror əməliyyati zamani şəhid olmuş,Tovuz rayon sakini Hüseynov Şikar Hüseyn oğlunun Goranboy rayon mərkəzi xəstəxanasında övladı dünyaya gəlmişdir.Allahdan arzumuz odur ki,dövlətinə,millətinə ailəsinə layiqli övlad olaraq səsi hər zaman yüksəklərdən gəlsin.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının müharibə iştirakçıları iş üzrə mütəxəssisləri Vəliyev Ənvər İsgəndər oğlu, Məmmədl...
30/12/2023

Goranboy Rayon Mərkəzi Xəstəxanasının müharibə iştirakçıları iş üzrə mütəxəssisləri Vəliyev Ənvər İsgəndər oğlu, Məmmədli Ülfət Nizami oğlu, Səfərov Yadigar Osman oğlu və Şirinov Həsən Qədəmşah oğlu Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif edilmişdir. Medalları Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru cənab Rauf Yəhyayev, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Goranboy rayon filialının sədri Orxan Əliyev və həmin birliyin sədr müavini İlham Əliyev təqdim etmisdir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in yaradılmasından 5 il ötür!
20/12/2023

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in yaradılmasından 5 il ötür!

TƏBİB-in içraçı direktoru Vuqar Qurbanovun müvafiq əmri ilə Goranboy RMX-nın müharibə iştirakaçıları ilə iş üzrə mütəxəs...
16/11/2023

TƏBİB-in içraçı direktoru Vuqar Qurbanovun müvafiq əmri ilə Goranboy RMX-nın müharibə iştirakaçıları ilə iş üzrə mütəxəssisləri TƏBİB-in tabeliyində olan tibb müəssisələrində şəhid ailələri,müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə tibbi xidmətin əlçatanlığını yüksəltmək üçün göstərdiyi nümünəvi fəaliyyətə görə TƏŞƏKKÜRNAMƏ ilə təltif edilmişdir. Goranboy RMX-nın baş həkimi Arzu Teymurov aidiyyəti əməkdaşlara təşəkkürnamələri təqdim etmişdir.

28/09/2023

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib
Bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan qərar verib. Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları fəaliyyətini dayandırır. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir.
Bildirilib ki, Qarabağın erməni əhalisi, o cümlədən kənarda yaşayanlar gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Şəhidlərimizi ehtiramla anırıq!
26/09/2023

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Şəhidlərimizi ehtiramla anırıq!

Address

Geran'boy

Alerts

Be the first to know and let us send you an email when Goranboy RMX Müharibə iştirakçıları ilə koordinasiya bölməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Goranboy RMX Müharibə iştirakçıları ilə koordinasiya bölməsi:

Share