Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu

Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi

02/06/2026

ICESCO ilə mədəni irs sahəsində süni intellektin tətbiqi imkanları müzakirə olunub

Respublikası Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə -nun Rabat şəhərində yerləşən Süni İntellekt və Proqnozlaşdırma Mərkəzi (Center of Foresight and Artificial Intelligence) arasında onlayn görüş keçirilib.

Görüşdə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, rəis müavini Ayaz Müseyibov, ICESCO-nun Süni İntellekt və Proqnozlaşdırma Mərkəzinin direktoru Kais Hammami, eləcə də hər iki qurumun aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Görüşdə tərəflər arasında əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” çərçivəsində mədəni irsin qorunması, idarə olunması və təbliğində innovativ texnologiyaların, o cümlədən süni intellekt həllərinin tətbiqi imkanları nəzərdən keçirilib.

Tərəflər mədəni irs nümunələrinin rəqəmsallaşdırılması, yeni texnologiyalar vasitəsilə qorunması və idarə olunması, eləcə də “gələcəyin arxeologiyası” kimi innovativ yanaşmalar üzrə fikir mübadiləsi aparıblar.

Həmçinin birgə layihələrin həyata keçirilməsi, təlim proqramlarının təşkili və ekspert mübadiləsinin aparılması imkanları müzakirə olunub. Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə həyata keçirilən maarifləndirici tədbirlər davam edir.Azərbay...
02/06/2026

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə həyata keçirilən maarifləndirici tədbirlər davam edir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası çərçivəsində bir sıra ümumtəhsil müəssisələrində “Mədəni irsimizi tanıyaq və tanıdaq” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər Göygöl rayonu U. Quliyev adına Toğanalı kənd tam orta ümumi təhsil məktəbində, Gəncə şəhəri 35 saylı tam orta ümumi təhsil məktəbində (Hacıkənd qəsəbəsi), Gəncə şəhəri M. Mehdizadə adına 4 saylı xarici dil təmayüllü məktəb – lisey, Gəncə şəhəri 38 saylı N. Hüseynov adına tam orta ümumi təhsil məktəbində və Goranboy rayonu Səmədabad kənd tam orta məktəbində təşkil olunub.
Maarifləndirici görüşlər zamanı şagirdlərə Azərbaycanın zəngin tarixi-mədəni irsi, bu irsin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən tarix və memarlıq abidələri, onların ölkəmizin mədəni həyatındakı rolu haqqında ətraflı məlumatlar təqdim edilib.
Bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd məktəblilərin tarixi-mədəni irsimiz haqqında biliklərini artırmaq, onlarda milli irsə hörmət hissini gücləndirmək və mədəni irsin təbliğində fəal iştiraklarını təşviq etməkdir.

01/06/2026

Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti "Qoruqlar rubrikasını təqdim edir.

Rubrikanın ilk buraxılışı Milli Tarix-Bədii Qoruğuna həsr olunub.

Dünyanın ən qədim qayaüstü təsvirlərinin yer aldığı tarixi məkanlardan biri olan bu ərazi -nun Ümumdünya İrs Siyahısına daxil olan Azərbaycan mədəni irs xəzinəsinin nadir incilərindəndir.

01/06/2026
01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ...
28/05/2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə 26 may tarixində “28 May – Müstəqilliyə aparan yol” mövzusunda onlayn konfrans təşkil olunub.
Qoruğun ekskursiyaçısı Hüsniyyə Rəhimovanın moderatorluğu ilə baş tutan konfransda Qarabağ Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə, Gəncə Dövlət Universitetinin müəllimləri Vüsal Hicran və Bəxtiyar Məhərrəmov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, milli dövlətçilik ənənələri, istiqlal ideyalarının formalaşması və 28 Mayın Azərbaycan tarixində mühüm rolu haqqında ətraflı məlumat verilib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak ediblər.

Address

G***a

Website

Alerts

Be the first to know and let us send you an email when Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share