15/09/2026
Tədris ilinin ilk dərsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan olunmuş “Şəhərsalma və Memarlıq İli" nə həsr olunmuşdur.
İlk dərs saatlarında şagirdlərə Azərbaycanın qədim memarlıq irsi, müasir şəhərsalma siyasəti, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan misilsiz bərpa-quruculuq işləri, "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri haqqında ətraflı məlumat verildi.
Məqsədimiz şagirdlərimizdə milli memarlığımıza hörmət, Vətənə sevgi və gələcəyin qurucusu olmaq məsuliyyətini aşılamaqdır.
Yeni tədris ilində bütün müəllim və şagird kollektivimizə uğurlar arzulayırıq!