Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Gəncə Regional İdarəsi

  • Home
  • Azerbaijan
  • Ganja
  • Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Gəncə Regional İdarəsi

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Gəncə Regional İdarəsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi

ICESCO ilə mədəni irs sahəsində süni intellektin tətbiqi imkanları müzakirə olunub   Respublikası   Nazirliyi yanında Mə...
03/06/2026

ICESCO ilə mədəni irs sahəsində süni intellektin tətbiqi imkanları müzakirə olunub

Respublikası Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə -nun Rabat şəhərində yerləşən Süni İntellekt və Proqnozlaşdırma Mərkəzi (Center of Foresight and Artificial Intelligence) arasında onlayn görüş keçirilib.

Görüşdə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, rəis müavini Ayaz Müseyibov, ICESCO-nun Süni İntellekt və Proqnozlaşdırma Mərkəzinin direktoru Kais Hammami, eləcə də hər iki qurumun aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Görüşdə tərəflər arasında əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” çərçivəsində mədəni irsin qorunması, idarə olunması və təbliğində innovativ texnologiyaların, o cümlədən süni intellekt həllərinin tətbiqi imkanları nəzərdən keçirilib.

Tərəflər mədəni irs nümunələrinin rəqəmsallaşdırılması, yeni texnologiyalar vasitəsilə qorunması və idarə olunması, eləcə də “gələcəyin arxeologiyası” kimi innovativ yanaşmalar üzrə fikir mübadiləsi aparıblar.

Həmçinin birgə layihələrin həyata keçirilməsi, təlim proqramlarının təşkili və ekspert mübadiləsinin aparılması imkanları müzakirə olunub. Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

02/06/2026
02/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günüdür

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Qurban bayramınız mübarək!
26/05/2026

Qurban bayramınız mübarək!

26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Address

Həsən Əliyev Küçəsi, 106A
G***a

Alerts

Be the first to know and let us send you an email when Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Gəncə Regional İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Gəncə Regional İdarəsi:

Share