Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook hesabı.

02/06/2026

Samuxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən “Xoşbəxt olsun uşaqlar” adlı tədbirdən görüntülər

Xalq artisti Şahnaz Haşımovanı doğum günü münasibətilə təbrik edir, cansağlığı və yaradıcılıq fəaliyyətində yeni uğurlar...
02/06/2026

Xalq artisti Şahnaz Haşımovanı doğum günü münasibətilə təbrik edir, cansağlığı və yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayırıq.

Goranboyda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gora...
01/06/2026

Goranboyda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Goranboy Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon üzrə mədəniyyət müəssisələri və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid övladları, ictimai fəallar və rayon sakinləri iştirak ediblər.

Bayram proqramı çərçivəsində uşaqların ifasında musiqi və rəqs nömrələri təqdim olunub, onların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Həmçinin bədii səhnələr, şeir nümunələri və idmançıların çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir uşaqlara xoş anlar yaşadıb, bayram əhval-ruhiyyəsinin yüksəlməsinə töhfə verib.

Samuxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə-Daş...
01/06/2026

Samuxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbi və Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, şəhid övladları və məktəblilər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra uşaqlara həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin bədii hissəsində xalq çalğı alətləri orkestrinin, rəqs kollektivlərinin, fortepiano ifaçılarının, qanun və violin ifaçılarından ibarət ansamblın, qarmonçalanlar ansamblının çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Həmçinin məktəbin balaca xanəndələrinin ifasında “Heyratı” ritmik muğamı səsləndirilib.

Konsert proqramı məktəbin müəllimi İslam Əlizadənin ifasında səsləndirilən “Xoşbəxt olsun uşaqlar” mahnısı ilə yekunlaşıb. Mahnının sonunda bütün uşaqlar səhnəyə dəvət olunublar.

Sonda şəhid övladlarına və tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

“Dünya uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi və kitab sərgisi keçirilib1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü m...
01/06/2026

“Dünya uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi və kitab sərgisi keçirilib

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 nömrəli kitabxana filialı və Gəncə Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin, Mədəniyyət İşləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin dəstəyi ilə “Dünya uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi və kitab sərgisi keçirilib.

Tədbirdə çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıblar.

Müsabiqə zamanı iştirakçı uşaqlar öz yaradıcılıq bacarıqlarını nümayiş etdirərək çəkdikləri rəsmlərdə dünyanı necə görmək istədiklərini ifadə ediblər.

Sonda iştirakçılara təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

Tədbirin sonunda iştirakçılar təşkil olunmuş kitab sərgisi ilə tanış olaraq nümayiş etdirilən nəşrlərə maraq göstəriblər.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilibGəncə-Daşkəsən Regional Mədəniyyət ...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, 4 nömrəli Uşaq Musiqi Məktəbi və 2 nömrəli Uşaq Musiqi Məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Tədbirlərdə uşaqların hüquqlarının qorunmasının əhəmiyyəti, onların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyümələrinin vacibliyi barədə məlumat verilib. Müxtəlif musiqi nömrələri, şeirlər, rəqs kompozisiyaları və əyləncəli proqramlar təqdim olunub.
Bayram tədbirlərində məktəblərin şagirdləri öz istedad və bacarıqlarını nümayiş etdirərək maraqlı çıxışlarla iştirakçılara xoş ovqat bəxş ediblər. Səsləndirilən musiqi nömrələri və təqdim olunan bədii kompozisiyalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Keçirilən tədbirlərin məqsədi uşaqların yaradıcılıq potensialının inkişafına dəstək göstərmək, onların asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək və bayram əhval-ruhiyyəsini bölüşmək olub

“Qayğıya ehtiyacı olan uşaqlar birgünlük muzey idarəçiləri oldular” adlı tədbir keçirilib1 İyun – Uşaqların Beynəlxalq M...
01/06/2026

“Qayğıya ehtiyacı olan uşaqlar birgünlük muzey idarəçiləri oldular” adlı tədbir keçirilib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi və Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə xüsusi sosial-mədəni tədbir keçirilib. "Qayğıya ehtiyacı olan uşaqlar birgünlük muzey idarəçiləri oldular" adlı tədbir çərçivəsində iştirakçılar muzeyin direktoru, fond müdiri, elmi işçisi, bələdçisi və mühafizə polisi kimi vəzifələri bir günlük icra edərək muzeyin fəaliyyəti ilə yaxından tanış olublar. Uşaqlar onlara həvalə olunan tapşırıqları maraq və məsuliyyətlə yerinə yetirərək müxtəlif sahələr üzrə bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin məqsədi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasına dəstək göstərmək, onların özünəinam hissinin formalaşmasına və gələcək peşələrə marağının artırılmasına töhfə vermək, həmçinin asudə vaxtlarının səmərəli təşkilini təmin etmək olub.

Tədbirin sonunda iştirakçılar üçün çay süfrəsi təşkil edilib, onlara hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Sosial əhəmiyyət daşıyan tədbir uşaqlarda xoş təəssüratlar yaradaraq onların cəmiyyət həyatında fəal iştirakının təşviqinə xidmət edib.

01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

🎭Regionlarda mədəni qastrol proqramı – iyun 2026Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçıl...
29/05/2026

🎭Regionlarda mədəni qastrol proqramı – iyun 2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.

Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biridir.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

📍İyun ayında qastrol proqramı Xızı, Balakən, Ağdam, Ağcabədi, Qəbələ və Şəki rayonlarını əhatə edir.

🎶İyun ayı üzrə konsertlərin proqramı:

📍10 iyun – Xızı rayonu
📌Heydər Əliyev Mərkəzi | 🕑14:00
🎼M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

📍12 iyun – Balakən rayonu
📌Mədəniyyət Mərkəzi | 🕕18:00
🎼M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı

📍20 iyun – Ağdam şəhəri
📌Ağdam Muğam Mərkəzi | 🕕18:00
🎼Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri

📍21 iyun – Ağcabədi rayonu
📌 Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzi | 🕒15:00
🎼Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri

📍22 iyun – Qəbələ rayonu
📌Mədəniyyət Mərkəzi | 🕕18:00
🎼M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

📍24 iyun – Şəki şəhəri
📌Heydər Əliyev Mərkəzi | 🕔 17:00
🎼M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri

28 May – Müstəqillik Gününə həsr olunmuş Yaşa Azərbaycan adlı konsert proqramı keçirilibMayın 26-da Gəncə-Daşkəsən Regio...
27/05/2026

28 May – Müstəqillik Gününə həsr olunmuş Yaşa Azərbaycan adlı konsert proqramı keçirilib

Mayın 26-da Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi, Nizami Gəncəvi Muzeyi, Günəş ŞİM uşaqlardan ibarət rəqs qrupu və Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Yaşa Azərbaycan" adlı konsert proqramı keçirilib.

Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqların ifasında vətənpərvərlik ruhlu musiqi və rəqs nömrələri təqdim edilib. Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd olunub ki, tədbirin keçirilməsində məqsəd uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasına dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək, həmçinin milli-mənəvi dəyərlərin təbliğinə töhfə verməkdir.

Address

Əttarlar Kūçəsi
G***a
AZ2000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994222662948

Alerts

Be the first to know and let us send you an email when Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi:

Share