29/06/2022
Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətində Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub
Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. Eyni zamanda bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və effektiv idarəetmə strukturunun yaradılması məqsədilə böyük işlər görülüb. Eldəniz Xudiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” kəlamını xatırlatdı və hər bir dövlət qulluqçusunun öz gündəlik fəaliyyətində bu prinsipi rəhbər tutmalı olduğunu vurğuladı.
Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Cavadxan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini İradə Ataini və “Dövlət qulluğunda fərqlənməyə görə” Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Natəvan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Natiq Binnətovu təbrik etdi və onlara uğurlar arzuladı. Öz növbəsində İradə Ataini və Natiq Binnətovu əməyinə verilən böyük qiymətə görə dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi və bundan sonrakı fəaliyyətində böyük etimadı doğrultmağa çalışacağını qeyd etdi.