GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyi

GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyi Gənclərin Sosial və Fərdi İnkişaf, Karyera Platforması

🎈 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə şəhərində “Heydər babanın nəvələriyik” adlı tədbir keç...
01/06/2026

🎈 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə şəhərində “Heydər babanın nəvələriyik” adlı tədbir keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən natiqlər uşaqları bayram münasibətilə təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin uşaqlara göstərdiyi xüsusi diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini vurğulayıblar.

🎭 Tədbir çərçivəsində balacalar şeirlər səsləndirib, musiqi nömrələri ilə çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər. Bayram ab-havasını daha da rəngarəng edən proqramda uşaqların sevimli nağıl qəhrəmanları da iştirak edib, əyləncəli oyunlar və rəqslərlə onlara yaddaqalan anlar yaşadıblar.

🌟 Qeyd edək ki, tədbirin əsas məqsədi uşaqların bayram sevincini bölüşməklə yanaşı, onlarda milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik hissinin formalaşmasına töhfə vermək olub.


🚀 Gəncədə “Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində keçirilən “Komanda işi və liderlik” mövzusunda 2 günlük təli...
31/05/2026

🚀 Gəncədə “Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində keçirilən “Komanda işi və liderlik” mövzusunda 2 günlük təlim proqramı uğurla yekunlaşıb.

Təlimin ikinci günündə iştirakçılar komanda ruhunun formalaşdırılması, əməkdaşlığın gücləndirilməsi və effektiv ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş maraqlı komanda oyunları və interaktiv fəaliyyətlərdə iştirak ediblər.

🎯 Qeyd edək ki, təlimlər silsiləsinin əsas məqsədi iştirakçılarda komanda işi və liderlik bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək olmaq olub.

🇦🇿 28 May – Müstəqillik Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyin...
28/05/2026

🇦🇿 28 May – Müstəqillik Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının, Kəlbəcər rayon 8 nömrəli tam orta məktəbin və İsrafil Məmmədov Ev Muzeyinin birgə təşkilatçılığı ilə “Tariximizdən güc alan müstəqillik” mövzusunda ədəbi-bədii gecə keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

🎙️ Çıxışlar zamanı 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, xalqımızın zəngin dövlətçilik ənənələri və müstəqilliyimizin tarixi əhəmiyyəti haqqında iştirakçılara ətraflı məlumat verilib.

🎶 Tədbirin bədii hissəsində Gəncə şəhəri Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin gənclərin ifasında musiqi nömrələri təqdim olunub, həmçinin Kəlbəcər rayon 8 nömrəli tam orta məktəbin və Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

✨ Gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın və dövlətçilik ənənələrinə hörmət hissinin gücləndirilməsi məqsədilə keçirilən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿
28/05/2026

Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿

🚀 Gəncədə “Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində “Komanda işi və liderlik” mövzusunda 2 günlük təlim proqramı...
26/05/2026

🚀 Gəncədə “Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində “Komanda işi və liderlik” mövzusunda 2 günlük təlim proqramının ilk günü uğurla baş tutub.

🎯 Təlim zamanı iştirakçılar komanda ilə effektiv əməkdaşlıq, liderlik bacarıqlarının inkişafı, qərarvermə, ünsiyyət və motivasiya kimi mövzular üzrə nəzəri və praktiki biliklər əldə ediblər. İnteraktiv tapşırıqlar və komanda oyunları vasitəsilə gənclər öz potensiallarını daha yaxından kəşf etmək imkanı qazanıblar.

🌟 “CareerLAB” şəbəkəsi Gəncədə! 🤩“Gələcəyin Peşəkarları: Gənclərin karyera və iş imkanları” mövzusunda keçiriləcək panel...
21/05/2026

🌟 “CareerLAB” şəbəkəsi Gəncədə! 🤩

“Gələcəyin Peşəkarları: Gənclərin karyera və iş imkanları” mövzusunda keçiriləcək panel müzakirəsində iştirakçılar əmək bazarının tələbləri, uğurlu karyera planlaması, şəxsi inkişaf və gənclər üçün mövcud iş imkanları barədə faydalı məlumatlar əldə edəcəklər. 💼✨

📅 Tarix: 22 may
⏰ Saat: 11:00
📍 Məkan: Azərbaycan Texnologiya Universiteti

💡 Karyera yolunda yeni imkanları kəşf etmək, peşəkarlarla bir araya gəlmək və gələcəyinizi daha düzgün planlamaq üçün bu fürsəti qaçırmayın!

📢 Gəncədə “Zirvə yolçuları” panel müzakirəsi uğurla baş tutub!Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən reg...
20/05/2026

📢 Gəncədə “Zirvə yolçuları” panel müzakirəsi uğurla baş tutub!

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyi və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlam Gənclik” layihəsi çərçivəsində “Zirvə yolçuları” adlı panel müzakirəsi keçirilib. 🚀

Panel müzakirəsinin açılışında Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının müdiri Mirvari Cəfərova, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova çıxış edərək gənclərin inkişafına göstərilən diqqət və qayğının, onların sağlam düşüncəli, məqsədyönlü və fəal fərd kimi formalaşmasının vacibliyini vurğulayıblar.

Panel GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin koordinatoru Alagöz Quliyevanın moderatorluğu ilə davam edib.

Panel müzakirəsində alpinistlər Mahir Hüseynov, Ramil Vəliyev və Turan Əhmədov tərəfindən zirvəyə gedən yolda qarşıya çıxan çətinliklər, dözümlülük, motivasiya, liderlik keyfiyyətləri, məqsədə inam və şəxsi inkişaf mövzularında maraqlı və motivasiyaedici çıxışlar təqdim olunub, həmçinin şəxsi təcrübələri iştirakçılarla bölüşülüb 🏔️.

Tədbir iştirakçıların sualları, fikir mübadiləsi və interaktiv müzakirələrlə davam edib. ✨

Qeyd edək ki, “Sağlam Gənclik” layihəsinin əsas məqsədi gənclərin sağlam həyat tərzi, şəxsi inkişaf, motivasiya və sosial fəallıq istiqamətində maarifləndirilməsi, onların öz potensiallarını daha düzgün şəkildə formalaşdırmalarına dəstək olmaqdır.

🏛️ 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Gəncədə gənclər üçün infotur təşkil olunub!Gənclərin İnkişaf və Karyer...
18/05/2026

🏛️ 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Gəncədə gənclər üçün infotur təşkil olunub!

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyi və Kainat Travel Agency-nin birgə təşkilatçılığı ilə həyata keçirilən infotur çərçivəsində iştirakçılar Gəncə şəhərinin tarixi-mədəni məkanları ilə yaxından tanış olublar.

✨ İnfotur zamanı gənclərə şəhərin zəngin tarixi, qədim abidələri və mədəni irsi haqqında ətraflı məlumat təqdim olunub.

🚀 “Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində gənclər üçün “Komanda işi və liderlik” mövzusunda 2 günlük təlim təş...
17/05/2026

🚀 “Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində gənclər üçün “Komanda işi və liderlik” mövzusunda 2 günlük təlim təşkil olunacaq.

💡 Təlim proqramı çərçivəsində iştirakçılar:

🔹 Komanda işinin əsas prinsipləri və effektiv əməkdaşlıq bacarıqları,
🔹 Effektiv ünsiyyət və komandadaxili münasibətlərin idarə olunması,
🔹 Tənqidi düşünmə və qərarvermə bacarıqları,
🔹 Çətin situasiyalarda düzgün yanaşma və problem həll etmə üsulları barədə biliklər əldə edəcəklər.

🎯 Təlim çərçivəsində iştirakçıları həmçinin komanda ruhunu gücləndirən, əməkdaşlıq və liderlik bacarıqlarını inkişaf etdirən simulyasiya xarakterli oyunlar və praktiki tapşırıqlar gözləyir.

👩‍🏫 Qeyd edək ki, təlim karyera məsləhətçisi Lalə Ocaqquliyeva tərəfindən həyata keçiriləcək.

📅 Tarix: 19-20 may 2026-cı il
🕒 Saat: 10:30
📍 Məkan: Gəncə şəhər Heydər Əliyev Mərkəzi

📌 Təlimdə iştirak ödənişsizdir. Təlim proqramını tam şəkildə başa vuran iştirakçılara onlayn sertifikat təqdim olunacaq.

✨ Komanda işi və liderlik bacarıqlarınızı inkişaf etdirmək, yeni bilik və təcrübələr qazanmaq üçün sizi bu təlimdə iştirak etməyə dəvət edirik.

Qeydiyyat və ətraflı məlumat üçün link: https://forms.gle/7ExSBDqydyKpHAck6

🎯 Gəncədə “Peşəkar Kadr” layihəsi çərçivəsində gənclərlə “Gənclik və videosənət” mövzusunda görüş keçirilib.📹 Görüş zama...
16/05/2026

🎯 Gəncədə “Peşəkar Kadr” layihəsi çərçivəsində gənclərlə “Gənclik və videosənət” mövzusunda görüş keçirilib.

📹 Görüş zamanı iştirakçılar video çəkilişin əsas qaydaları, düzgün kadr quruluşu, işıqdan effektiv istifadə, kompozisiya prinsipləri və yaradıcı vizual düşünmə bacarıqları barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, görüş video çəkiliş üzrə mütəxəssis Fuad İsmayılov tərəfindən həyata keçirilib.

Address

G***a
AZ2000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994508660220

Alerts

Be the first to know and let us send you an email when GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyi:

Share