04/06/2026
🌿 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Gəncə Gənclər Evinin tərəfdaşlığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi irsinə həsr olunmuş “Məclisi-Üns” adlı tədbir keçiriləcək.
📖 Tədbir çərçivəsində iştirakçılar Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun Azərbaycan və dünya ədəbiyyatındakı müstəsna yeri, eləcə də əsərlərində əks olunan humanizm, ədalət və mənəvi dəyərlərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
✨ Görüş zamanı dahi mütəfəkkirin yaradıcılığı ətrafında fikir mübadiləsi aparılacaq, onun zəngin irsinin gənc nəslin formalaşmasında və milli-mənəvi dəyərlərin təbliğində rolu vurğulanacaq.
💬 Tədbirin əsas məqsədi gənclərdə klassik ədəbiyyata marağın artırılması, Nizami Gəncəvi irsinin təbliği və milli-mədəni dəyərlərimizin gələcək nəsillərə çatdırılmasına töhfə verməkdir.
📅 Tarix: 05 iyun 2026
📍 Məkan: Gəncə şəhəri