Dahilərdən Dahi Cümlələr

Dahilərdən Dahi Cümlələr Səhifəni yaratmağımızda məqsədimiz sizlərlə məna dolu sözləri paylaşmaqdır...
Səhifəyə üzv ola bilərsiniz...17/01/2012 də yaradılılb...

Səhifəni yaratmağımızda məqsədimiz sizlərlə məna dolu sözləri paylaşmaqdır...
Hərgün profilinizə dahilərin kəlamlarının düşməsini istəyirsinizsə, səhifəyə üzv ola bilərsiniz...17/01/2012 də yaradılılb...

27/09/2025
Yaxşılıq...Əziyyət...Nəticə...
04/08/2023

Yaxşılıq...
Əziyyət...
Nəticə...

İbrətamiz!...✍️ oxuyaq.Alimlərdən biri tələbəsi ilə səyahət edərkən tarlanın yanındakı ağaclardan birinin altında köhnə ...
30/03/2023

İbrətamiz!...✍️ oxuyaq.

Alimlərdən biri tələbəsi ilə səyahət edərkən tarlanın yanındakı ağaclardan birinin altında köhnə bir cüt ayaqqabı görürlər.
Bilinirdi ki, yaxınlıqdakı ərazidə işləyən birinin ayaqqabısı idi.
Tələbə deyir:
-Ustad, bu ayaqqabını gizlədək, sahibi gəlib ayaqqabını tapa bilməyəndə onun vəziyyətini izləyək, nə deyirsiz?
Müəllim:
-Sevincimizi başqalarının kədəri üzərində qurmaq düzgün deyil. Gəl belə edək.Sən varlı ailənin övladısan, bu ayaqqabıya bir az pul qoy, sahibi gəlib görəndə sevincini seyr edək.
Tələbə bu təklifi daha ağlabatan görür və kişinin ayaqqabısına bir az pul qoyur.
Müəllimi ilə birlikdə ağacın arxasında gizlənirlər ki, görünməsinlər. Bir azdan ayaqqabının sahibi gəlir. Paltarını dəyişir, ayaqqabılarını geyinəndə içində nəsə olduğunu hiss edir və baxıb görür ki, puldur. Bir az ətrafa baxır, heç kimi görməyərək, diz üstə oturub, əllərini açaraq:
-"Ya Rəbbim, bilirsən, arvadım xəstədir, uşaqlarım acdır, verdiyin bu nemətə şükürlər olsun” deyərək göz yaşlarına boğulur və uzun müddət ağlayır.
Bunu görən Alim və tələbəsi də göz yaşlarını saxlaya bilmirlər.
Alim tələbəsinə üz tutub deyir:
-"Bu etdiyimiz, birinci təklifdən daha yaxşı deyilmi, indi daha xoşbəxt deyilsən?”
-Bəli Ustad, mən daha xoşbəxtəm. Əvvəllər başa düşmədiyim bu cümlənin mənasını indi anlayıram: İnfaq (maddi yardım) edərkən, aldığından daha çox sevinirsən”.
Müəllimi dedi:
-Mənim oğlum, doğru-düzgün olanı da əfv etmək-sədəqədir. Qardaşının yoxluğunda onun üçün dua etmək-sədəqədir. Səhv olanda üzr istəməyi bacarmaq-sədəqədir. İnsanların qəlbinə sevinc bəxş etmək də sədəqədir. Qoy sevincimizi başqalarının kədəri üzərində deyil, xoşbəxtliyi üzərində quraq.

Mənbə:Küçə Ədəbiyyatı səhifəsi.

İllər sonra öyrəndim ki! Qışqırıb çağırmağa ehtiyac yoxdur. Səsini eşitmək istəyənə bir pıçıltı yetər...
09/08/2022

İllər sonra öyrəndim ki!
Qışqırıb çağırmağa ehtiyac yoxdur.
Səsini eşitmək istəyənə bir pıçıltı yetər...

Dahi yazıçı Kafka həyatının son dövründə Berlinə köçür, Dora Diamant adlı, 19-20 yaşlı qadınla bir yerdə yaşayır. Bir gü...
27/06/2022

Dahi yazıçı Kafka həyatının son dövründə Berlinə köçür, Dora Diamant adlı, 19-20 yaşlı qadınla bir yerdə yaşayır. Bir gün parkda gəzərkən, balaca bir qız uşağının ağladığını görən Kafka onun niyə ağladığını aydınlaşdırır.
Məlum olur ki, uşaq kuklasın itirib. Bu zaman özündən bir hekayə uyduran Kafka, qıza təsəlli olsun deyə, deyir: "Kuklan səfərə çıxıb". -"Hardan bilirsən?" deyə qız soruşur.
-"Çünki mənə məktub yazdı".
-"Məktub səndədir?"
- "Yox, yadımdan çıxıb evdə qoymuşam amma sabah mütləq gətirəcəm".
Evə geri dönən Kafka məktubu yazmağa başlayır. Doranın dediklərinə görə, Kafka bütün əsərləri kimi, bu balaca qız üçün yazdığı məktuba da eyni cddiyətlə yanaşır. Kafka yalan yazmalıdır, amma elə yalan ki balaca qız inansın.
Sabahısı yenidən parka gedən Kafka, məktubu qıza göstərir, və onu qız üçün oxumağa başlayır. "Kuklan getdiyi üçün çox məyusdur, amma eyni insanlarla yaşamaqdan bezdiyi üçün səfərə çıxıb. Dünyanı görmək, yeni dostlar qazanmaq istəyir. Balaca qızı sevmədiyi üçün yox, sadəcə çevrəsini dəyişdirmək üçün gedib. Buna görə bir müddət ayrı qalmağa məcburdular. Amma hər gün məktub yazıb, nələr etdiyini xəbər verəcək."
Və beləcə, 20-ci sərin ən böyük yazıçılarından biri, düz üç həftə heç tanımadığı, bilmədiyi, kuklasın itirən qız uşağı üçün məktublar yazmağa başlayır. Həyatının sonuna gəldiyi üçün, son dərəcə dəyərli vaxtını bu qıza ayırır. Kafkanın yoldaşının dediyinə görə, bütün bu məktublar, məzəli, inandırıcı, qüsursuz olub. Üç həftə boyunca yazdığı məktublarında, Kafka kuklanı böyüdür, evləndirir, ona uşaqlar doğdurur. Gün gəlir Kafka ilə balaca qız sonuncu dəfə görüşür. Kafka son görüşündə balaca qıza başqa bir gəlincik gətirir. Balaca qız əslində çox fərqli olan oyuncağa təəccüblə baxır. Gəlinciyə ilişdirilmiş bir kağız balaca qızın təəcübünü dağıdır:
"Səyahətim məni çox dəyişdirdi."
Uzun illər sonra, artıq gənc olan həmin balaca qız, göz bəbəyi kimi baxdığı oyuncağının gözündən qaçırdığı çartlağının içinə basılmış bir məktub tapır. Məktubda qısa olaraq belə yazılmışdı:
"Sevdiyin hər şeyi tez və ya gec itirəcəksən, amma axırda sevgi başqa bir surətdə geri dönəcək..."

Address

Gandza

Alerts

Be the first to know and let us send you an email when Dahilərdən Dahi Cümlələr posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category