Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi

Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəsmi "Facebook" səhifəsi

Respublika Fənn Müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının final mərhələsi keçirilib Final mər...
31/05/2026

Respublika Fənn Müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının final mərhələsi keçirilib

Final mərhələsində Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadası üzrə iştirakçılara 25 qapalı tipli sual, Fənn Müsabiqələri üzrə isə açıq və yarımqapalı tipli suallar təqdim olunub.

Qeyd edək ki, VI və VII sinif şagirdlərinin iştirak etdiyi fənn müsabiqələrinin keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasından ibarətdir.

Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilir. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyazi məntiqlə yanaşı məntiqi təfəkkür, yaradıcılıq, diqqət, hafizə, analiz, müqayisə, planlama və təhlil kimi bacarıqlarının inkişafına müsbət təsir göstərməkdir.

Final mərhələsində iştirak edən bütün şagirdlərə uğurlar arzulayırıq.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə yeni təyin olunan d...
31/05/2026

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə yeni təyin olunan direktorlar üçün adaptasiya proqramı həyata keçirilir.

Adaptasiya proqramı çərçivəsində yeni təyin olunan direktorların idarəetmə prosesinə daha səmərəli inteqrasiyasını təmin etmək məqsədilə təcrübəli məktəb rəhbərləri kurator olaraq müəyyənləşdirilmişdir.

Proqram çərçivəsində Gəncə şəhər 9 nömrəli tam orta məktəbin rəhbərliyi və bir qrup müəllim Gəncə şəhər 26 nömrəli məktəb-liseydə olub, tədris prosesini izləyib, qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

Gəncə şəhər 26 nömrəli məktəb-liseyin rəhbərliyi tərəfindən məktəbdaxili idarəetmə, sənədləşmə işləri, tədris prosesinin təşkili, valideyn və ictimaiyyətlə əlaqələrin qurulması, eləcə də ümumi təhsil müəssisələrində həyata keçirilən digər fəaliyyət istiqamətləri ilə bağlı metodiki və praktiki dəstək göstərilib.

Proqram çərçivəsində yeni təyin olunan direktorların peşəkar fəaliyyətinin gücləndirilməsi, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və məktəblərdə idarəetmənin səmərəliliyinin artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir. Qeyd olunan prosesin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

31/05/2026

Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilən “Tam orta məktəb” layihəsi çərçivəsində Riyaziyyat dərsindən bir hissəni təqdim edirik.

Tədris prosesində interaktiv metodlardan istifadə olunur, şagirdlərin dərsə marağının artırılması və onların dərsə aktiv cəlb olunması əsas məqsədlərdən biri kimi çıxış edir.

Eyni zamanda, şagirdlərin tənqidi düşünmə, problem həll etmə və komandada işləmək bacarıqlarının formalaşdırılmasına xüsusi diqqət yetirilir. Müasir tədris yanaşmaları tətbiq edilərək hər bir şagirdin fərdi inkişafı və potensialının üzə çıxarılması prioritet istiqamət kimi nəzərə alınır.

Qeyd edək ki, “Tam orta məktəb” layihəsi ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şagird nailiyyətlərinin artırılması və məktəb mühitində müasir yanaşmaların tətbiqinə xidmət edir.

Layihə çərçivəsində məktəblərdə tədris prosesinin daha səmərəli planlaşdırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də şagirdyönümlü yanaşmaların gücləndirilməsi əsas prioritet istiqamətlər kimi müəyyən edilib.

Yığcam Göstə

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarında Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin şagirdlərindən ...
30/05/2026

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarında Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komanda birinci yerə, Samux rayon Lək kənd tam orta məktəbin şagirdlərindən ibarət komanda isə üçüncü yerə layiq görülüb.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

🔥 Yarışın keçirilməsində əsas məqsəd məktəblilər arasında təhlükəsizlik mədəniyyətinin təbliği, fövqəladə hallarda davranış qaydalarına dair biliklərin artırılması, ilkin xilasetmə və yanğınsöndürmə vərdişlərinin formalaşdırılması, həmçinin gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsindən ibarət olub.

👨‍🚒Zona mərhələsində iştirak edən komandalar müxtəlif nəzəri və praktik tapşırıqları yerinə yetirərək fövqəladə hallara hazırlıq, operativ qərarvermə, komanda işi və çeviklik bacarıqlarını nümayiş etdiriblər.

🏆 Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən:

🥇 Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəb – I yerə,

🥈 Gədəbəy rayon Çanaxçı kənd tam orta məktəbi – II yerə,

🥉 Samux rayon Lək kənd tam orta məktəbi – III yerə layiq görülüb.

🎖️ Qalib komandalar diplom və müvafiq mükafatlarla təltif olunublar.

📚 Yarış iştirakçıların fövqəladə hallarla bağlı bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarının mənimsənilməsi və gələcəkdə peşəkar xilasedici fəaliyyətinə marağın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyıb.

🤝 Tədbirin sonunda təşkilatçılar tərəfindən yarışın gənclərin hərtərəfli inkişafına, onların məsuliyyətli və hazırlıqlı vətəndaş kimi formalaşmasına mühüm töhfə verdiyi vurğulanıb.

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçirilibRiyaziyyat sahəsində istedadlı şagirdlərin müəyyənl...
30/05/2026

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçirilib

Riyaziyyat sahəsində istedadlı şagirdlərin müəyyənləşdirilməsi, onların məntiqi təfəkkürünün inkişaf etdirilməsi və fənnə marağının artırılması məqsədilə təşkil olunan Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçirilib.

Müsabiqənin final mərhələsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri də iştirak ediblər. Final mərhələsinə vəsiqə qazanan şagirdlər müsabiqənin əvvəlki seçim mərhələlərində uğurla iştirak edərək yüksək nəticələr nümayiş etdirib və bu mərhələdə iştirak etmək hüququ əldə ediblər.

Qeyd edək ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hər il mərkəzi Fransada yerləşən Sərhədsiz Kenquru Assosiasiyasının razılığı və koordinasiyası ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqə beynəlxalq səviyyədə məktəblilər arasında ən geniş iştirakçı kütləsinə malik intellektual yarışmalardan biri hesab edilir.

Müsabiqənin əsas məqsədi ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamaq, onların analitik düşünmə, problem həll etmə və məntiqi nəticə çıxarma bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

“Bağçada öyrənirik” sosial media kampaniyası davam edir. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşəbbüsü ilə tabeliy...
28/05/2026

“Bağçada öyrənirik” sosial media kampaniyası davam edir.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşəbbüsü ilə tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri üçün “Bağçada öyrənirik” sosial media kampaniyası davam edir. 👧🧒📚

Kampaniyanın əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində həyata keçirilən təlim-tərbiyə prosesini, uşaqların inkişafına yönəlmiş məşğələləri və bağçalarda yaradılan öyrədici mühiti ictimaiyyətə daha yaxından təqdim etməkdir.

Kampaniya çərçivəsində bağçalarda təşkil olunan müxtəlif məşğələlər – öyrədici oyunlar, yaradıcılıq fəaliyyətləri, inkişafetdirici tapşırıqlar və digər tədris proseslərini əks etdirən foto və videolar müəssisələrin rəsmi Facebook səhifələrində həştəqi ilə paylaşılır. 📸✨

Bu paylaşımlar vasitəsilə məktəbəqədər təhsilin əhəmiyyəti, uşaqların erkən yaş dövründə qazandıqları bilik və bacarıqlar, eləcə də bağçalarda formalaşdırılan müsbət və inkişafyönümlü mühit daha geniş auditoriyaya çatdırılır. 🌱🎨

“Bağçada öyrənirik” kampaniyası eyni zamanda valideynlərin və ictimaiyyətin məktəbəqədər təhsil müəssisələrində həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olmasına, bu sahədə görülən işlərin daha geniş şəkildə təbliğinə xidmət edir. 🤝📖

Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biri olan 28 May – Müstəqillik Günü xalqımızın milli birliyinin ...
28/05/2026

Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biri olan 28 May – Müstəqillik Günü xalqımızın milli birliyinin və suverenliyinin rəmzidir.

Müstəqilliyimiz daim möhkəm, dövlətimiz güclü olsun!

Müstəqillik Gününüz mübarək!

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində struktur bölmələrin fəaliyyətinin qiymətləndirilməsi və işin daha da təkmilləş...
27/05/2026

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində struktur bölmələrin fəaliyyətinin qiymətləndirilməsi və işin daha da təkmilləşdirilməsi məqsədilə hesabat görüşləri davam etdirilir. Görüşlər çərçivəsində İnzibati təşkilat və Tədrisin keyfiyyəti sektorunun əməkdaşlarının son bir il ərzində həyata keçirdikləri fəaliyyətlərə dair hesabatları dinlənilir.

Hesabat təqdimatlarında sektor əməkdaşları tərəfindən ötən dövr ərzində görülmüş işlər, əldə olunan nəticələr, qarşıya çıxan çətinliklər və növbəti mərhələ üçün nəzərdə tutulan hədəflər ətraflı şəkildə təqdim olunur.

Hesabat görüşləri Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavinləri Elmin Məmmədtağıyev və Rövşən Kərimov həmçinin, idarənin digər əməkdaşlarının iştirakı ilə keçirilir.

Görüş zamanı çıxış edən idarə müdiri Elçin Kərimov təqdim olunan hesabatları müsbət dəyərləndirərək əməkdaşların fəaliyyətində irəliləyişin aydın şəkildə hiss olunduğunu qeyd edib. Bununla yanaşı, o, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində konkret göstərişlər verib və qarşıdakı dövrdə fəaliyyətin daha səmərəli qurulması üçün müvafiq tövsiyələrini səsləndirib.

Sonda bildirilib ki, bu cür hesabat görüşlərinin keçirilməsi idarədaxili koordinasiyanın gücləndirilməsinə, fəaliyyətin təhlilinə və strateji hədəflərin daha effektiv şəkildə reallaşdırılmasına mühüm töhfə verir.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov IV və VI sinif şagirdləri üçün keçiriləcək monitorinq pro...
27/05/2026

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov IV və VI sinif şagirdləri üçün keçiriləcək monitorinq prosesi ilə bağlı görüş keçirib.

Görüşdə monitorinqin təşkil olunacağı mərkəzlərin rəhbərləri, yerli təhsil sektorlarının müdirləri, həmçinin bir qrup ümumi təhsil müəssisəsinin direktorları iştirak ediblər.

Tədbir zamanı Elçin Kərimov bildirib ki, monitorinqin əsas məqsədi şagird nailiyyətlərinin qiymətləndirilməsi, tədris keyfiyyətinin artırılması və mövcud vəziyyətin təhlil edilməsidir. İdarə müdiri həmçinin, monitorinq prosesində koordinasiyanın düzgün təşkili, təhlükəsizlik qaydalarına əməl olunması və nəzarət mexanizmlərinin əhəmiyyəti barədə danışıb.

Görüş çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

Qeyd edək ki, IV siniflər üzrə monitorinq 05 iyun, VI siniflər üzrə isə 06 iyun tarixində keçiriləcək.

Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdir.

Qurban bayramınız mübarək!
27/05/2026

Qurban bayramınız mübarək!

Address

Gəncə ş. Atatürk Pr. Və M. Hacıyev Küç. Kəsişməsi
Gandza

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi:

Share