Kəlbəcər rayon 3 nömrəli tam orta məktəb

Kəlbəcər rayon 3 nömrəli tam orta məktəb Kəlbəcər rayon 3 nömrəli tam orta ümumtəhsil məktəb- Azərbaycan Respublikasının Gəncə şəhəri Gülüstan ərazisi

Milli poçt kart müsabiqəsi📝🪐   Bu müsabiqə şagirdlərin böyük marağına səbəb oldu və hər kəs öz bacarığını, yaradıcılıq q...
04/06/2026

Milli poçt kart müsabiqəsi📝🪐

Bu müsabiqə şagirdlərin böyük marağına səbəb oldu və hər kəs öz bacarığını, yaradıcılıq qabiliyyətini nümayiş etdirdi. Şagirdlərin hazırladıqları rəngərəng poçt kartlar münsiflər heyəti tərəfindən qiymətləndirildi.

03 İyun 2026-cı il tarixdə Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayonu üzrə gənclər və idman sek...
04/06/2026

03 İyun 2026-cı il tarixdə Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun, Kəlbəcər rayon İcra Hakimiyyətinin, Kəlbəcər rayonu üzrə təhsil sektorunun və Kəlbəcər rayon 3 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının təmini dövlətin ali məqsədidir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun müdiri Musa Mamedov açıq elan edərək mövzu ilə bağlı iştirakçılara ümumi məlumat verdi.
Daha sonra sektorun baş məsləhətçiləri Hikmət Şahmuradov, Faiq Kamranzadə, Rayon İcra Hakimiyyətinin hüquq və kadr məsələləri sektorunun müdiri Faiq Mehdiyev və Kəlbəcər rayon 3 nömrəli tam orta ümumtəhsil məktəbin tarix müəllimi Kamal Abdullayev çıxış edərək insan hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edərək Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan huquq və azadlıqlarından,qanunun aliliyinin təmin edilməsindən, vətəndaşların hüquqi maarifləndirilməsinin əhəmiyyətindən danışdılar.

108 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi...
26/05/2026

108 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi.

Bu gün münasibəti ilə məkətəbimizin şagirdləri Gəncə şəhərində yerləşən "İstiqlal" parkını ziyarət etdilər,müəllimlər tərəfindən şanlı tariximiz barədə ətraflı məlumatlandırıldılar.

26/05/2026
Məktəbimizdə korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin olunması məqsədilə direktor Aynur Fərzəliyevanın rəhbərliy...
21/05/2026

Məktəbimizdə korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin olunması məqsədilə direktor Aynur Fərzəliyevanın rəhbərliyi ilə iclas keçirilmişdir.

İclas zamanı korrupsiyanın cəmiyyətə və təhsil sahəsinə vurduğu mənfi təsirlər barədə geniş məlumat verilmiş, bu halların qarşısının alınmasının vacibliyi qeyd edilmişdir.

Direktor çıxışında bildirmişdir ki, məktəbdə şəffaflıq, ədalət və qanunvericiliyə hörmət prinsipləri daim qorunmalıdır. Hər bir müəllim, şagird və valideyn korrupsiya hallarına qarşı həssas olmalı, belə hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat verməlidir.

Hərbi hazırlıq fənni çərçivəsində şagirdlər və onların qanuni nümayəndələri arasında  ilkin hərbi qeydiyyatla bağlı  müv...
19/05/2026

Hərbi hazırlıq fənni çərçivəsində şagirdlər və onların qanuni nümayəndələri arasında ilkin hərbi qeydiyyatla bağlı müvafiq maarifləndirmə tədbiri keçirildi.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşəbbüsü ilə Gəncə şəhərində fəaliyyət göstərən 3 nömrəli Kəlbəcə...
18/05/2026

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşəbbüsü ilə Gəncə şəhərində fəaliyyət göstərən 3 nömrəli Kəlbəcər rayon tam orta məktəbində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev İdeyaları: Dövlətçilikdən Zəfərə” adlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon təhsil sektorunun müdiri, Təhsil üzrə Ərazi Partiya təşkilatının sədri Namiq Rəcəbov, 3 nömrəli Kəlbəcər rayon tam orta məktəbinin direktoru, Ərazi Partiya təşkilatının sədri Aynur Fərzəliyeva və məktəbin müəllim kollektivi iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğurunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə memarlıq, şəhərsalma və quruculuq sahəsində həyata keçirilən mühüm layihələrdən geniş bəhs etdi. Bildirdi ki, məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövürlərdə ölkəmizdə çoxsaylı sənaye müəssisələri, mədəniyyət ocaqları, təhsil müəssisələri və sosial infrastruktur obyektləri inşa olunmuşdur. Qeyd edildi ki, həmin siyasət bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sədr Həbib Misirov çıxışında xüsusilə vurğuladı ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad olunmuş ərazilərdə müasir şəhərsalma prinsiplərinə uyğun yeni yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlər üçün hərtərəfli şərait yaradıldığı qeyd olundu.

Daha sonra çıxış edən Kəlbəcər rayon Təhsil sektorunun müdiri, Ərazi Partiya təşkilatının sədri Namiq Rəcəbov ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan və müasir təhsil infrastrukturunun formalaşdırılması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni məktəb binaları tikilir, mövcud təhsil müəssisələri əsaslı şəkildə yenidən qurulur və müasir avadanlıqlarla təchiz edilir. O qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda da təhsil infrastrukturu yenidən qurulur, həmin bölgələrdə təhsil həyatı bərpa olunur və bu il Kəlbəcərdə müasir Təhsil kompleksi istifadəyə veriləcəkdir.

3 nömrəli Kəlbəcər rayon tam orta məktəbinin direktoru, Ərazi Partiya təşkilatının sədri Aynur Fərzəliyeva çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. O qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilmiş, ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur. Aynur Fərzəliyeva həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil, mədəniyyət, səhiyyə və humanitar sahələrdə həyata keçirdiyi mühüm layihələrdən danışdı. Bildirdi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində yüzlərlə məktəb tikilmiş, əsaslı təmir olunmuş və müasir standartlara uyğun şəkildə şagirdlərin istifadəsinə verilmişdir.
Çıxışlarda vurğulandı ki, müasir Azərbaycanın qurulması, şəhərlərin abadlaşdırılması, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq layihələri dövlətçilik siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirildi.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin irsinin gənc nəslə aşılanmasının vacibliyini qeyd etdilər, onun dövlətçilik məktəbinin Azərbaycanın gələcək inkişafında mühüm rol oynadığını bildirdilər.

Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəal iştirak edən bir qrup üzvə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim olundu.

“Ulu Öndər Heydər Əliyevin 103 illiyi” münasibətilə məktəbimizdə tarix fənni üzrə yarış təşkil olundu. Yarışın əsas məqs...
09/05/2026

“Ulu Öndər Heydər Əliyevin 103 illiyi” münasibətilə məktəbimizdə tarix fənni üzrə yarış təşkil olundu. Yarışın əsas məqsədi şagirdlərə Azərbaycan tarixini, dövlətçilik ənənələrini və Heydər Əliyevin ölkəmiz üçün gördüyü mühüm işləri daha yaxından tanıtmaq idi.
Yarış zamanı iştirakçılar Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycanın inkişafı naminə gördüyü işlər, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi sahəsindəki xidmətləri haqqında sualları cavablandırdılar. Şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirərək yarışda fəal iştirak etdilər. Sonda qalib komanda mükafatlandırıldı. Şagirdlərimizi təbrik edir, uğurlarının davamını arzu edirik.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon üzrə təhs...
01/05/2026

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yazı-inşa müsabiqəsi keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Mısırov, Kəlbəcər rayon təhsil sektorunun müdiri Namiq Rəcəbov, sektorun əməkdaşları, pedaqoji kollektiv, müsabiqədə iştirak edən şagirdlər və münsiflər heyəti iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Mısırov Ulu Öndərin zəngin və mənalı ömür yolundan, dövlətçilik irsinin öyrənilməsinin əhəmiyyətindən və bu irsin gənc nəslə aşılanmasının vacibliyindən bəhs etmişdir. O qeyd etmişdir ki, belə müsabiqələrin keçirilməsində əsas məqsəd dahi şəxsiyyətin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənclər arasında təbliğidir.
Kəlbəcər rayon təhsil sektorunun müdiri Namiq Rəcəbov çıxışında bildirmişdir ki, müsabiqənin əsas məqsədi şagirdlər arasında müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin daha dərindən öyrənilməsinə nail olmaqdır.
Çıxış edənlər vurğulamışlar ki, Ulu Öndər Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti bugünkü gənclər üçün örnəkdir və bu irsin öyrənilməsi gələcək nəsillərin düzgün istiqamətdə formalaşmasında mühüm rol oynayır.
Kəlbəcər rayon təhsil sektorunun məsul əməkdaşları Məftun Kamalov və Aytac Məmişova müsabiqə barədə ətraflı məlumat verərək bildirmişdir ki, müsabiqədə Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon orta ümumtəhsil məktəblərinin 10–11-ci sinif şagirdləri iştirak edirlər. Qeyd olunmuşdur ki, müsabiqənin məqsədi şagirdlərin Ulu Öndərin zəngin irsi haqqında biliklərini artırmaq və onların vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir. İştirakçılara inşanı yazmaq üçün iki saat vaxt ayrılmış, yazılar münsiflər heyəti tərəfindən obyektiv şəkildə qiymətləndirilmişdir.
Nəticələrə əsasən qaliblər müvafiq olaraq mükafatlandırılmışlar. Belə ki, birinci yerə Kəlbəcər rayonu 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Kamallı Gülay İsmət qızı və 99 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ələsgərli Nurcan Amil qızı layiq görülərək Fəxri diplomla təltif olunmuşlar.
İkinci yerə 22 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi İmamquliyeva Gülay Rəşad qızı və 109 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Yusibova Yazgül Səyyar qızı layiq görülərək Fəxri fərmanla təltif olunmuşlar.
Üçüncü yerə isə 10 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nəbiyeva Sevinc Eyvaz qızı və 55 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi İsmayılova Nişanə Araz qızı layiq görülərək təşəkkürnamə ilə təltif olunmuşlar. Digər iştirakçılara isə həvəsləndirici diplomlar təqdim edilmişdir.
Sonda qaliblər və iştirakçılar təbrik olunmuş, bu kimi təşəbbüslərin davamlı olmasının vacibliyi vurğulanmış və onlara gələcək təhsil həyatlarında uğurlar arzulanmışdır.

Məktəbimizin V sinif şagirdi Ələsgərova Gülay Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində uğurlu nəticə göstərərək final...
24/04/2026

Məktəbimizin V sinif şagirdi Ələsgərova Gülay Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində uğurlu nəticə göstərərək final mərhələsində iştirak hüququ qazanıb. Şagirdimizi təbrik edir, uğurlarının davamını arzu edirik.

Address

Gülüstan Qəsəbəsi
Gandza

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər rayon 3 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share