Gəncə şəhər Sukanal İdarəsi

Gəncə şəhər Sukanal İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gəncə şəhər Sukanal İdarəsi, Üzeyir Hacıbəyov 76, Gandza.

💧İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ
🔹️7/24 Zəng Mərkəzi: 📞955
🔹️Qaynar xətt: +994 (22) 255-74-01
🔹️E-mail: [email protected]
📌Üzeyir Hacıbəyov 76, Gəncə, Azərbaycan

23/04/2026
‼️ RƏSMİ XƏBƏRDARLIQGəncə şəhər Sukanal İdarəsi  tərəfindən aparılan nəzarət tədbirləri zamanı bəzi abonentlərin su təch...
21/04/2026

‼️ RƏSMİ XƏBƏRDARLIQ

Gəncə şəhər Sukanal İdarəsi tərəfindən aparılan nəzarət tədbirləri zamanı bəzi abonentlərin su təchizatı xidmətlərinə görə yaranmış borclarını uzun müddət ödəmədiyi müəyyən edilmişdir.
Qanunvericiliyə əsasən, borcun ödənilməməsi aşağıdakı nəticələrə səbəb ola bilər:

• Su təchizatı müvəqqəti dayandırıla bilər;
• Borc məhkəmə və icra qaydasında tutulacaq;
• Əlavə cərimə və icra xərcləri borclunun üzərinə qoyulacaq.

Abonentlərdən tələb olunur ki, borclarını qısa müddətdə ödəsinlər.
Eyni zamanda abonentlərə tövsiyə olunur: öhdəliklərini vaxtında yerinə yetirsinlər ki, əlavə hüquqi və maliyyə məsuliyyəti yaranmasın.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

14/04/2026

Qurudulmuş göllərin ərazilərində inşa edilən evlər sonradan ciddi risklərlə üzləşir və bu da birbaşa ziyanla nəticələnir.
Belə ki, qurumuş göl yataqları adətən yumşaq, nəmliyi saxlayan və çökməyə meyilli torpaq qatlarından ibarət olur. Vaxt keçdikcə torpaq bərkimədiyi üçün binaların təməli zəifləyir, nəticədə çatlar yaranır, divarlar əyilir və bəzi hallarda tikililər qəzalı vəziyyətə düşür.Eyni zamanda, yağış suları həmin ərazilərdə yığıldığı üçün su basma halları baş verir, zirzəmilər və həyətyanı sahələr su altında qalır, bu da evlərə əlavə maddi ziyan vurur. Nəticə olaraq, qurudulmuş göl sahələrində tikilən evlərdə baş verən ziyan təsadüfi deyil — bu, torpağın dayanıqsızlığı, su balansının dəyişməsi və tikinti qaydalarına əməl olunmaması ilə birbaşa bağlıdır.

Gəncə şəhər Sukanal İdarəsi
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

13/04/2026

Qanunsuz tikililərə kommunal xidmətlərin verilməsi qadağan edildi – cinayət məsuliyyəti tətbiq olunur.

Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən, qanunsuz tikilmiş və müvafiq hüquqi sənədlərlə təmin olunmayan yaşayış evlərinə su, qaz və elektrik enerjisinin verilməsi qadağan edilib.
Qərara görə, bu tələblərin pozulması hallarında məsul şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti tədbirləri tətbiq ediləcək.
Bununla yanaşı, aidiyyəti digər dövlət qurumları da qanunsuz tikililərin qarşısının alınması, belə hallara yol verilməməsi və nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görməlidirlər.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov məlumat verib.

13/04/2026

© İŞST - İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ADSEA-nın sədri Zaur Mikayılovun Xəzər Tv və Report İA-ə müsahibəsi 11.04.2026İŞST sosial şəbəkələrdə:...

Qanunsuz tikililərə kommunal xidmətlərin verilməsi qadağan edildi – cinayət məsuliyyəti tətbiq olunur.2024-cü ildə Nazir...
12/04/2026

Qanunsuz tikililərə kommunal xidmətlərin verilməsi qadağan edildi – cinayət məsuliyyəti tətbiq olunur.

2024-cü ildə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, qanunsuz tikilmiş və müvafiq hüquqi sənədləri olmayan yaşayış evlərinə su, qaz və elektrik enerjisinin verilməsi qadağan edilmişdir. Bu tələblərin pozulması artıq qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyəti yaradır.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi-nin sədri cənab Zaur Mikayılov məlumat verib.

2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə, qanunsuz tikilən və sənədi olmayan evlərə su, qaz, və işığın qoşulması qadağan olunub və bunun artıq cinayət

💧🇦🇿
11/04/2026

💧🇦🇿

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov Xəzər Televiziyası və Report İnformasiya Agentliyinə eksklüziv müsahibə verib.

Bakı şəhərinin Xətai rayonunda kollektor çökməsi qeydə alınıb.Xətai rayonu ərazisində, Rəşid Bağırov küçəsində diametri ...
05/04/2026

Bakı şəhərinin Xətai rayonunda kollektor çökməsi qeydə alınıb.

Xətai rayonu ərazisində, Rəşid Bağırov küçəsində diametri 1200 mm olan tullantı su kollektoru üzərində yaşayış evlərinin inşa edilməsi nəticəsində çökməyə məruz qalıb.
Hadisə ilə əlaqədar olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi-nin sədri Zaur Mikayılov qəza baş verən əraziyə baxış keçirib. Agentlik rəhbəri mövcud vəziyyəti yerində qiymətləndirərək problemin qısa müddətdə, optimal və təhlükəsiz şəkildə aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, bundan əvvəl də həmin ərazidə yerləşən evlərin altında qalan 500 mm diametrli çuqun boru xəttinin 100 metrlik hissəsi polietilen boru ilə əvəz edilərək yerinin dəyişdirilməsi həyata keçirilib. Eyni zamanda, qəzalı vəziyyətdə olan evin altında yerləşən 100 və 150 mm diametrli köhnə polad borular ləğv edilərək onların yerinə müvafiq olaraq 110 və 160 mm diametrli yeni polietilen borular quraşdırılıb.
Baş verə biləcək qəza riskinin artması ilə əlaqədar olaraq, hadisədən əvvəl sakinlərə rəsmi qaydada xəbərdarlıq olunub və kollektor üzərində aparılacaq təmir-bərpa və tikinti işlərinin təhlükəsiz təşkili məqsədilə ərazinin boşaldılması tövsiyə edilib.

Gəncə şəhər Sukanal İdarəsi
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çökməyə məruz qalıb. Azərbaycan Dövlət Su ...

ADSEA-da Operativ Qərargah gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ...
28/03/2026

ADSEA-da Operativ Qərargah gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağıntılarla əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
İri şəhərlərin xidmət ərazilərində yağış sularının idarə olunması Operativ Qərargah tərəfindən nəzarətdə saxlanılır.
“955” Çağrı Mərkəzinə, elektron və sosial şəbəkə hesablarına, eləcə də ictimaiyyətlə əlaqə telefonlarına daxil olan müraciətlər, o cümlədən həssas ərazilərdəki vəziyyətə dair məlumatlar Operativ Qərargah vasitəsilə Coğrafi İnformasiya Sistemləri (CİS) üzərindən operativ şəkildə idarə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda Bakı və Abşeron yarımadasına düşən intensiv yağıntının miqdarı 104 mm təşkil edir ki, bu da aylıq normanın 440 faizinə (təxminən dörd dəfədən çox) bərabərdir.
Bütün sukanal idarələrində intensiv yağıntılarla bağlı növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib. Xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi istiqamətində işlər davam etdirilir. Proseslərə müxtəlif təyinatlı texnikalar cəlb olunub.
Ərazilərin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətində tədbirlər intensiv şəkildə davam etdirilir.

Gəncə şəhər Sukanal İdarəsi
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

sularının idarə olunmasına operativ qərargah nəzarət edirREAL kanalına abunə olun: http://bit.ly/30LiYxV Buna da bax:Mir Şah...

22/03/2026

Ümumdünya Su Günü 💧

•••

📞 “955” Çağrı Mərkəzi (7/24)

🌐 www.isst.gov.az

Address

Üzeyir Hacıbəyov 76
Gandza

Telephone

+994554146275

Alerts

Be the first to know and let us send you an email when Gəncə şəhər Sukanal İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gəncə şəhər Sukanal İdarəsi:

Share