Göygöl rayon E. Xanlarov adına Çaykənd kənd ümumi orta məktəb

Göygöl rayon E. Xanlarov adına Çaykənd kənd ümumi orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Göygöl rayon E. Xanlarov adına Çaykənd kənd ümumi orta məktəb, Public School, Göygöl rayon Şəhriyar kəndi, Göygöl.

27/09/2024

Əziz və hörmətli səhifə izləyiciləri, Müəllimlər, şagirdlər, valideynlər, 13 sentyabr 2024-cü il tarixindən etibarən məktəbin fəaliyyəti dayandırıldığına görə səhifə bağlı hesab edilir.
Hər birinizə bizi izlədiyiniz üçün ayrı ayrılıqda təşəkkür edir, işlərinizdə uğurlar arzu edirik.

Hesabat iclası keçirilib 25 iyun 2024-cü il tarixində Göygöl Rayon Çaykənd kənd ümumi orta məktəbində 2023-2024 cü tədri...
25/06/2024

Hesabat iclası keçirilib

25 iyun 2024-cü il tarixində Göygöl Rayon Çaykənd kənd ümumi orta məktəbində 2023-2024 cü tədris ilinin sonuna dair valideyn və müəllimlərin iştirakı ilə hesabat iclası keçirilib.
Hesabat tədbirində məktəbin uğurları, əldə etdiyi nailiyyətlər, IX sinif buraxılış imtahanlarının nəticələri, RFM iştirak edənlərin nəticələri haqqında məlumat verilib, sinif rəhbərlərin hesabatları dinlənilib.

Məktəbimizin riyaziyyat və ingilis dili müəllimləri 21 və 22 iyun 2024-cü il tarixlərində  keçirilən təhsilverənlərin se...
22/06/2024

Məktəbimizin riyaziyyat və ingilis dili müəllimləri 21 və 22 iyun 2024-cü il tarixlərində keçirilən təhsilverənlərin sertifikatlaşdırma imtahanında hər ikisi uğurlu nəticə göstərib.
İngilis dili müəllimi Arzu Hüseynova 53 bal toplayıb.

Hər iki müəllimimizi təbrik edir, işlərində uğurlar arzu edirik!

"Son Zəng" tədbiri keçirilib İyunun 14-də ölkəmizin bütün ümumtəhsil müəssisələrində olduğu kimi,  Göygöl rayon Çaykənd ...
14/06/2024

"Son Zəng" tədbiri keçirilib

İyunun 14-də ölkəmizin bütün ümumtəhsil müəssisələrində olduğu kimi, Göygöl rayon Çaykənd kənd ümumi orta məktəbində də “Son zəng” çalındı. Tədbirdə iştirak edən məzunlar, müəllimlər, valideynlər əlamətdar günü bir yerdə qeyd etdilər.
Əziz məzunlar! Bu gün Siz məktəbi bitirməklə, həyatınızın növbəti mərhələsinə qədəm qoyursunuz. Sizi “Son zəng” münasibətilə bir daha ürəkdən təbrik edirik, gələcək təhsilinizdə, həyatınızda uğurlar diləyirik.
Vətənə, millətə layiqli övlad, uğurlu kadr olmanızı arzu edirik. Səsiniz zirvələrdən gəlsin! Gününüz mübarək.
.

"Təhsilverənlərin etik davranış qaydaları" ilə bağlı görüş keçirilib.       10 iyun 2024-cü il tarixində Göygöl Rayon Ça...
10/06/2024

"Təhsilverənlərin etik davranış qaydaları" ilə bağlı görüş keçirilib.

10 iyun 2024-cü il tarixində Göygöl Rayon Çaykənd kənd ümumi orta məktəbində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ - 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsilverənlərin etik davranış Qaydaları" haqqında pedaqoji heyətlə görüş keçirilib

"1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ" NƏ HƏSR OLUNMUŞ BAYRAM TƏDBİRİ KEÇİRİLİB. 31 May 2024-cü il tarixində Göygö...
01/06/2024

"1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ" NƏ HƏSR OLUNMUŞ BAYRAM TƏDBİRİ KEÇİRİLİB.

31 May 2024-cü il tarixində Göygöl Rayon Çaykənd kənd ümumi orta məktəbin və Çaykənd kənd Aşıqlar evinin birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Məktəbin direktoru Anar Rzayev uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir: “Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub”.

Aşıqlar evinin müdiri Sərvan Quliyev isə bayram münasibətilə uşaqları təbrik edib və onlara təhsil həyatlarında uğurlar arzulayıb.

Daha sonra uşaqlar öz bacarıqlarını nümayş etdirərək rəqs edib, mahnı oxuyub və şeirlər söyləyiblər.

"YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYİK"Göygöl rayon Çaykənd kənd ümumi orta məktəbində təsviri incəsənət müəllimi Aygün İmanovanın...
30/05/2024

"YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYİK"

Göygöl rayon Çaykənd kənd ümumi orta məktəbində təsviri incəsənət müəllimi Aygün İmanovanın təşkilatçılığı ilə təbiət qoynunda "Yaşıl dünya naminə həmrəyik" adlı maarifləndirici dərs keçirilib.
Aygün İmanova Bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, onların ətraf mühitə mənfi təsiri, təbiətə qayğının vacibliyi haqqında şagirdlərlə söhbət aparıb, təbiətin qorunması, yaşıllıqların bərpası ilə bağlı öz fikirlərini bölüşüb.

28 May Müstəqillik Günü münasibətilə dəyirmi masa,         M. Ə. Rəsulzadənin 140 illiyinə həsr olunmuş intellektual yar...
27/05/2024

28 May Müstəqillik Günü münasibətilə dəyirmi masa,
M. Ə. Rəsulzadənin 140 illiyinə həsr olunmuş intellektual yarış keçirilib

27 may 2024-cü il tarixində Göygöl Rayon Çaykənd kənd ümumi orta məktəbində 28 May-Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Məktəbin direktoru Anar Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirdiyini, mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirdi.
Sonra coğrafiya müəllimi Xatirə Bağırovanın təşkilatçılığı ilə M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunan coğrafiya fənnindən intellektual yarış keçirildi.

"Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsi" adlı maarifləndirici dərs keçirilib   21 may 2024-cü il tarixində Gö...
21/05/2024

"Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsi" adlı maarifləndirici dərs keçirilib

21 may 2024-cü il tarixində Göygöl Rayon Çaykənd kənd ümumi orta məktəbində coğrafiya müəllimi Xatirə Bağırovanın təşkilatçılığı ilə " Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsi" nə qarşı maarifləndirmə tədbiri keçirilib.
Tədbirlərin həyata keçirilməsində məqsəd uşaq və yeniyetmələrin təbii və texnogen xarakterli (suda boğulma, yanğın, dəm qazı və s.) fövqəladə hallarla bağlı maarifləndirilməsi, belə vəziyyətlər zamanı davranış qaydalarına dair bilik və bacarıqların təmin edilməsindən ibarətdir.
Xatirə Bağırova tərəfindən suda boğulma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib, təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyi vurğulanıb,

20/05/2024
" İmtahan həyacanını necə aradan qaldlraq?" adlı məşğələ keçirilib.          17 may 2024-cü il tarixində Göygöl Rayon Ça...
17/05/2024

" İmtahan həyacanını necə aradan qaldlraq?" adlı məşğələ keçirilib.

17 may 2024-cü il tarixində Göygöl Rayon Çaykənd kənd ümumi orta məktəbində Psixoloq İlahə Məmmədova tərəfindən Vl sinif şagirdlərinin iştirakı ilə “İmtahan həyəcanını necə aradan qaldıraq?” adlı məşğələ keçirilib.
Əsas məqsəd şagirdlərdə imtahan qorxusunu, həyacanı, stressi azaltmaqdan ibarət olub. Psixoloq qeyd edib ki, imtahana hazırlaşarkən az miqdarda həyacanın olması normal bir haldır. Bu şagirdlərdə məsuliyyət hissini artırır, daxili potensialın üzə çıxarılmasına kömək edir. Sonra psixoloq məktəblilərə pozitiv olmağı tövsiyə edib, çünki pozitiv düşüncə stressi azaldır.
Sonda şagirdlərə buraxılış vərəqəsi təqdim edilərək, 19 May tarixində keçirəcək monitorinq imtahanında uğurlar arzu edilib.

15 may – Beynəlxalq Ailə Günüdür 15 may 2024-cü il tarixində Göygöl Rayon Çaykənd kənd ümumi orta məktəbində Psixoloq İl...
15/05/2024

15 may – Beynəlxalq Ailə Günüdür

15 may 2024-cü il tarixində Göygöl Rayon Çaykənd kənd ümumi orta məktəbində Psixoloq İlahə Məmmədovanın təşkilatçılığı ilə 15 may – Beynəlxalq Ailə Günü ilə bağlı maarifləndirici söhbət təşkil olunub.

Tədbirdə 15 may – Beynəlxalq Ailə Günü barədə danışılıb və qeyd olunub ki, Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Ölkəmiz 2008-ci ildən bu ənənəyə qoşulub.
Əsas məqsəd Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliğindən ibarətdir.
Eyni zamanda məişət zorakılığının ailədəki azyaşlı uşaqlara təsiri, erkən nikah hallarının qarşısının alınma yolları, gender bərabərliyi mövzularında da söhbət aparılıb.

Address

Göygöl Rayon Şəhriyar Kəndi
Göygöl
2524

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994558898786

Website

Alerts

Be the first to know and let us send you an email when Göygöl rayon E. Xanlarov adına Çaykənd kənd ümumi orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Göygöl rayon E. Xanlarov adına Çaykənd kənd ümumi orta məktəb:

Share

Category