Göygöl Rayon İcra Hakimiyyəti

Göygöl Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir. Göygöl haqqında: https://az.wikipedia.org/wiki/G%C3%B6yg%C3%B6l

“Heydər Əliyev məktəbi" layihəsinə start verilib“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl rayonu Yeni Zod kəndi ə...
03/06/2026

“Heydər Əliyev məktəbi" layihəsinə start verilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl rayonu Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev məktəbi” layihəsinə start verilib.
Layihənin açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdir müavini Rafael Gülməmmədov, YAP Gəncə şəhər və Göygöl rayon təşkilatlarının sədrləri, partiya fəalları və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin əhəmiyyətindən, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirilməsindən, eləcə də gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlardan bəhs edərək qeyd olunub ki, layihənin məqsədi gənclərə Heydər Əliyev irsini daha yaxından tanıtmaq, onlarda vətənpərvərlik ruhunun, liderlik bacarıqlarının və ictimai fəallığın artırılmasına töhfə verməkdən ibarətdir.
Həmçinin layihə çərçivəsində gənclər üçün dəyirmi masalar, maarifləndirici görüşlər, intellektual oyunlar, ekskursiyalar və müxtəlif sosial-mədəni tədbirlər təşkil ediləcəyi bildirilib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səyyar tamaşalar təşkil edilib“AzerGold” QSC-nin təşkilatçılığı, Göygöl...
02/06/2026

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səyyar tamaşalar təşkil edilib

“AzerGold” QSC-nin təşkilatçılığı, Göygöl və Daşkəsən Rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsən şəhərlərində səyyar kukla tamaşaları təşkil olunub.
Göygöl şəhərində açıq hava şəraitində keçirilən tədbirdə 300 uşaq iştirak edib. Peşəkar yaradıcı teatr heyəti tərəfindən rus yazıçısı Korney Çukovskinin məşhur nağılı əsasında səhnələşdirilmiş “Milçək-Vizilçək” tamaşası nümayiş olunub. Rəngarəng personajlar və maraqlı süjet xətti ilə seçilən tamaşa uşaqlara dostluq, cəsurluq və xeyirxahlıq kimi dəyərləri aşılayıb.
Tədbirlər çərçivəsində nağıl qəhrəmanlarının iştirakı ilə müxtəlif əyləncəli proqramlar təşkil olunub, uşaqlar üçün interaktiv oyunlar və maraqlı çıxışlar təqdim edilib. Tamaşalarda şəhid ailələrinin övladları, müharibə iştirakçıları və müharibə nəticəsində sağlamlığını itirmiş şəxslərin ailə üzvləri, eləcə də “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi mədənlərin ətrafında yerləşən kəndlərdə yaşayan uşaqlar iştirak ediblər.
“AzerGold” QSC-nin regionlarda həyata keçirdiyi bu mədəni-maarifləndirici təşəbbüs şirkətin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində uşaqların fərdi inkişafına və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş layihələrinin tərkib hissəsidir. Tədbirlərin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların mədəni istirahət imkanlarının artırılması və bayram sevincinin daha yaddaqalan olmasıdır.

Göygöldə uşaqların bayram şənliyi“Şəhərsalma və Memarlıq ili” çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günün...
01/06/2026

Göygöldə uşaqların bayram şənliyi

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Hər uşaq bir çiçəkdir” mövzusunda Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib. Heydər Əliyev parkında təşkil olunan tədbirdə RİH-nin başçısı, YAP rayon təşkilatının sədri, şəhid və qazi övladları, ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin, həmçinin musiqi məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RİHB-sı Vüqar Novruzov uşaqların cəmiyyətin ən dəyərli sərvəti, ölkəmizin gələcəyi olduğunu vurğulayaraq onların hüquqlarının qorunmasının, sağlam, savadlı və vətənpərvər ruhda yetişdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Həmçinin bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan uşaqlara dövlət qayğısı siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr uşaqların təhsili, sağlamlığı və hərtərəfli inkişafına mühüm töhfələr verir.
Şənlikdə Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarına xüsusi diqqət göstərilib, onlara bayram hədiyyələri təqdim olunub.
Bayram proqramı çərçivəsində uşaqların ifasında musiqi və rəqs nömrələri təqdim olunub, gənc idmançılar tərəfindən nümunəvi idman çıxışları nümayiş etdirilib.
Sonda uşaqlarla xatirə şəkilləri çəkdirilib.

Çaykənd kəndində sakinlərlə səyyar görüş keçirilibGöygöl Rayon İcra Hakimiyyətinin başçısı Çaykənd kəndində sakinlərlə s...
26/05/2026

Çaykənd kəndində sakinlərlə səyyar görüş keçirilib

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Çaykənd kəndində sakinlərlə səyyar qəbul keçirib. Görüşdən əvvəl kənddə yerləşən şəhidlərin xatirə abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirələri ehtiramla anılıb.
Səyyar qəbulda yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib, onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Ensiklopedik toplunun təqdimatıVətən müharibəsində və antiterror əməliyyatlarında həlak olanların adlarının və xatirələr...
25/05/2026

Ensiklopedik toplunun təqdimatı

Vətən müharibəsində və antiterror əməliyyatlarında həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən hazırlanan “44 gün-Tarixi zəfər” adlı ensiklopedik toplunun II, III və IV cildlərinin təqdimat mərasimi Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində baş tutub.
Tədbirdə Göygöl rayonu üzrə 20 şəhidin 26 ailə üzvü iştirak ediblər.
Təqdimatda çıxış edənlər Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin gələcək nəsillərə çatdırılmasında bu nəşrlərin mühüm rol oynadığını, eyni zamanda onların şəhid ailələrinə göstərilən mənəvi ehtiram və dəstəyin ifadəsi olduğunu vurğulayıblar.
Şəhid doğmaları çıxışlarında onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını ifadə edərək, övladlarının qəhrəmanlığının unudulmamasının və bu cür layihələrlə əbədiləşdirilməsinin onlar üçün böyük mənəvi təsəlli olduğunu qeyd ediblər.
Sonda Şəhid ailə üzvlərinə “44 gün-Tarixi zəfər” ensiklopediyasının yeni cildləri təqdim olunub, xatirə fotosu çəkdirilib.

Ekologiya işçilərinin peşə bayramı qeyd olunub23 May – Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı m...
23/05/2026

Ekologiya işçilərinin peşə bayramı qeyd olunub

23 May – Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə Göygöl RİHB-nın birinci müavini Namiq Cəfərov, 10 saylı (Göygöl) RMTM-nin direktoru Ramin Lətifov, Göygöl Milli Parkının direktoru Yusif Kazımov və kollektivlərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Təbiətin keşiyində dayanan bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Göygöldə məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilibAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət ...
22/05/2026

Göygöldə məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göygöl rayonunda məişət zorakılığının qarşısının alınması mövzusunda monitorinq və əlaqələndirmə qruplarının üzvləri üçün təlim keçirilib. Tədbirdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, eləcə də Gəncə və Naftalan şəhər, Göygöl, Goranboy Samux və Daşkəsən rayonlarının nümayəndələri iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, yerli icra hakimiyyətlərində yaradılmış monitorinq və əlaqələndirmə qruplarının zorakılıqla mübarizə sahəsində öz fəaliyyətlərini həyata keçirən zaman müvafiq qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb.
Təlimdə İHB-nın müavinlərinin çıxışları dinlənilib, fəaliyyətin daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib, iştirakçılara bukletlər təqdim edilib.

Rumıniya nümayəndə heyəti Göygölə səfər edibRayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl rayonunda səfərdə ol...
22/05/2026

Rumıniya nümayəndə heyəti Göygölə səfər edib

Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl rayonunda səfərdə olan Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vasile Soare və nümayəndə heyətinin üzvlərini qəbul edib. Görüş zamanı iki ölkə arasında dostluq münasibətləri, humanitar əməkdaşlıq və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində qonaqlar Göygöl şəhərində yerləşən qəbiristanlıqda II Dünya müharibəsində dəfn edilmiş rumın hərbi əsirlərinin qəbrini ziyarət edərək xatirələrini yad ediblər.

Türkiyə nümayəndə heyəti ilə rəsmi görüş keçirilibRayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl rayonunda səfə...
21/05/2026

Türkiyə nümayəndə heyəti ilə rəsmi görüş keçirilib

Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl rayonunda səfərdə olan Türkiyə Cümhuriyyətinin Sakarya Vilayəti Gənclər və İdman İdarəsinin müdir müavini Ercan Gündoğdunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qəbulda həmçinin Gənclər və İdman Nazirliyinin əməkdaşları, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Göygöl rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov iştirak ediblər.
Görüşdə iki dövlət arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş strateji kursun bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, bütün sahələr üzrə ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu qeyd olunub.
Eyni zamanda gənclər və idman sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, ortaq təşəbbüslərin dəstəklənməsi, təcrübə mübadiləsi və birgə fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Növbəti vətəndaş qəbulu keçirilibGöygöl Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı rayon ...
20/05/2026

Növbəti vətəndaş qəbulu keçirilib

Göygöl Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı rayon sakinlərinin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Daxil olan müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Address

Göygöl Rayon Icra Hakimiyyeti, 1A, Azay Kazımov, Goygol District, Ganja-Dashkasan
Göygöl
2500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994222053013

Alerts

Be the first to know and let us send you an email when Göygöl Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Göygöl Rayon İcra Hakimiyyəti:

Share