Göygöl Gənclər Evi

Göygöl Gənclər Evi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Göygöl Gənclər Evi, Göygöl şəh. , Hummel küçəsi 2, Göygöl.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

28 May - Müstəqillik Gününüz mübarək! 🇦🇿
28/05/2026

28 May - Müstəqillik Gününüz mübarək! 🇦🇿

26/05/2026

Mayın 22–25-də Bakı şəhərində, “Arena Plaza”da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Türkiyə Yeşilay Cəmiyyətinin tərəfdaşlığı ilə “Asılılıqlara qarşı mübarizə: tətbiqedici təlim proqramı”nın I mərhələsi keçirilib.

Təlim proqramında Gənclər Evləri sosial xidmət müəssisələrinin psixoloqları və gənclərlə iş sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Proqram çərçivəsində Türkiyə Yeşilay Cəmiyyətinin mütəxəssisləri tərəfindən “A” və “B” qruplarına bölünən iştirakçılar üçün ümumilikdə 19 saatlıq təlim təşkil olunub. Təlimlərdə “Sağlam həyat və önləyici tədbirlərə yanaşmalar”, “TBM (Türkiyə Asılılıqlarla Mübarizə) təhsil tətbiqi nümunəsi”, “Asılılıqlara qarşı mübarizənin nəzəri və praktik aspektləri”, “Tütün asılılığı”, “Texnologiya asılılığı”, “Maddə asılılığı”, “Qumar asılılığı”, “Təqdimat texnikaları və interaktiv təlim metodları” mövzuları əhatə edilib.

Təlim proqramının sonunda iştirakçıların əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə imtahan keçirilib. İmtahanda bütün iştirakçılar yüksək nəticə göstəriblər.

Mayın 25-də Bakı Gənclər Mərkəzində təşkil olunan bağlanış mərasimində iştirakçılara Gənclər və İdman Nazirliyi və Türkiyə Yeşilay Cəmiyyəti tərəfindən sertifikatlar təqdim edilib.

Yeşilay Türkiye

Mayın 22–25-də Bakı şəhərində, “Arena Plaza”da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, ...

Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi...
26/05/2026

Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, “Əlilliyi Olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Əlilliyi olan şəxslərin hüquqlarının dövlət qurumlarında təmin edilməsi” mövzusunda təlim proqramı keçirilib.

Təlimdə Gənclər və İdman Nazirliyinin, Gənclər Evi sosial xidmət müəssisələrinin və Regional Gənclər və İdman idarələrinin əlilliyi olan gənclərlə çalışan əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar ümumilikdə 9 saat davam edən müxtəlif mövzularda təlimlərə, əlilliyi olan şəxslərin dövlət qurumlarında xidmətlərə əlçatanlığının effektiv təmin olunmasına dair situasiya analizlərinə və interaktiv qrup işlərinə cəlb ediliblər.

Proqram çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Nərmin Fətəliyeva və “Əlilliyi Olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin sədri Aydın Xəlilov təlimçi qismində çıxış edərək mövzu üzrə fəaliyyət strategiyalarını iştirakçılarla bölüşüblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Məktəblilərin Göygöl Gənclər evinə ekskursiyası baş tutub!Göygöl Gənclər evinin metodisti Nərmin Abbasova tərəfindən eks...
25/05/2026

Məktəblilərin Göygöl Gənclər evinə ekskursiyası baş tutub!

Göygöl Gənclər evinin metodisti Nərmin Abbasova tərəfindən ekskursiyada iştirak edən şagirdlərə Göygöl Gənclər evinin fəaliyyət istiqamətləri,burada keçirilən kurslar,təlimlər, sərgilər,ekskursiyalar, bütün tədbirlər barədə ətraflı məlumat verilib. Gənclərlə Göygöl Gənclər evinin onların şəxsi inkişafına verə biləcəyi töhfələr haqqında geniş müzakirələr aparılıb. Şagirdlər dərnəklərə qeydiyyatdan keçmək qaydaları ilə tanış olub,bu istiqamətdə məlumatlandırılıb. Həmçinin iştirakçıların sualları cavablandırılıb.

Məktəblilər üçün Göygöl rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Muzey bələdçisi tərəfindən şagirdlərə Ul...
25/05/2026

Məktəblilər üçün Göygöl rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Muzey bələdçisi tərəfindən şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyatı, mənalı ömür yolu haqqında geniş məlumat verilib. Həmçinin Göygöl rayonu ilə bağlı görülmüş işlər haqqında da şagirdlər ətraflı məlumat əldə ediblər.
Muzey əməkdaşı tərəfindən şagirdlərin sualları cavablandırılıb.

Göygöl Gənclər evinin əməkdaşlarının Göygöl Peşə Məktəbinin müəllim və tələbə kollektivi ilə görüşü baş tutdu. Görüşdə G...
25/05/2026

Göygöl Gənclər evinin əməkdaşlarının Göygöl Peşə Məktəbinin müəllim və tələbə kollektivi ilə görüşü baş tutdu. Görüşdə Göygöl Gənclər Evinin metodisti Nərmin Abbasova çıxış edərək keçirilmiş tədbirlər, təlim və seminarlar, ekskursiyalar, sərgilər, yarışlar, konsertlər və digər tədbirlər haqqında ümumi məlumat verərək gələcək layihələr haqqında danışmışdır. Sonra Göygöl Gənclər evinin əməkdaşları Gülnar Tağıyeva, Bəsti Rəhimova və Rabil Hacızadə kurslar və klublar haqqında ətraflı danışmış, məlumatlar vermişdirlər. Tələbələrin sualları cavablandırılmışdır. Daha sonra Göygöl Gənclər evinin psixoloqu Bəsti Rəhimova çıxış edərək “Özgüvən” mövzusu haqqında gəncləri məlumatlandırdı və psixoloji test oyunları keçirildi.

Görüş Göygöl Gənclər Evi SXM-nin təşkilatçılığı, Göygöl Peşə Məktəbin dəstəyi ilə keçirildi.

GöygölGəncləri Gənc Gənclər

🎶Musiqi kursu fəaliyyətini davam etdirir🎶Göygöl Gənclər evində Rabil Hacızadənin təqdimatında keçirilən Musiqi kursu d...
22/05/2026

🎶Musiqi kursu fəaliyyətini davam etdirir🎶

Göygöl Gənclər evində Rabil Hacızadənin təqdimatında keçirilən Musiqi kursu davam edir. Kursu uğurla bitirən gənclər sertifikatla təltif edilcək.
* Gitara dərsləri
* Musiqi nəzəriyyəsi
* Vokal Dərsləri
* Qrup Məşqləri
* Könüllülər ansablı
* Yarışlar və Festivallar
Səndə musiqi bacarığını inkişaf etdirmək və istedadını göztərmək istəyirsənsə bizə qoşul!✨🎤🎼🎸

̈ygölGənclərEvi ̈ygölGE ̈ygölKönüllüləri ̈ygölGəncləri ̈nüllüləri

Göygöl Gənclər evinin əməkdaşlarının Göygöl şəhər İ.Novruzov adına 4 nömrəli tam orta məktəbin müəllim və şagird kollekt...
21/05/2026

Göygöl Gənclər evinin əməkdaşlarının Göygöl şəhər İ.Novruzov adına 4 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşü baş tutdu. Görüşdə Göygöl Gənclər Evinin metodisti Nərmin Abbasova çıxış edərək keçirilmiş tədbirlər, təlim və seminarlar, ekskursiyalar, sərgilər, yarışlar, konsertlər və digər tədbirlər haqqında ümumi məlumat verərək gələcək layihələr haqqında danışmışdır. Sonra Göygöl Gənclər evinin əməkdaşları Gülnar Tağıyeva, Xanım Hümbətova, Bəsti Rəhimova və Rabil Hacızadə kurslar və klublar haqqında ətraflı danışmış, məlumatlar vermişdirlər. Tələbələrin sualları cavablandırılmışdır. Daha sonra Göygöl Gənclər evinin psixoloqu Bəsti Rəhimova çıxış edərək “Özgüvən” mövzusu haqqında gəncləri məlumatlandırdı və psixoloji test oyunları keçirildi.

Görüş Göygöl Gənclər Evi SXM-nin təşkilatçılığı, Göygöl şəhər İ.Novruzov adına 4 nömrəli tam orta məktəbin dəstəyi ilə keçirildi.

Address

Göygöl şəh. , Hummel Küçəsi 2
Göygöl
AZ2500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994222055163

Alerts

Be the first to know and let us send you an email when Göygöl Gənclər Evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Göygöl Gənclər Evi:

Share