Sevimli Mişkalar Dərnəyi

Sevimli  Mişkalar  Dərnəyi Sevimli mişkalar sizin yolunuzu gözləyir =)

Ailə müasir kişilərin kişiliyinin olmamasından dolayı öz müqəddəsliyini itirir.Göründüyü kimi, müasir cəmiyyətin gətirdi...
19/07/2026

Ailə müasir kişilərin kişiliyinin olmamasından dolayı öz müqəddəsliyini itirir.
Göründüyü kimi, müasir cəmiyyətin gətirdiyi bəzi dəyişikliklər və dəyərlərin itirilməsi ailə institutunun sarsılmasına səbəb ola bilər.
Deməli,əxlaq,qeyrət,namus,dürüstlük ilk öncə kişiyə aşılanmalıdır.
Əsl kişilik sadəcə xarici görünüş və ya maddi vəziyyət deyil, daxili dəyərlər və əxlaqi prinsiplər üzərində qurulmalıdır.
Kişi öz dəyərini Allahın ona buyurduğu kimi bilməyəndə heç bir iffətli qadın onu dəyərli edə bilməz.
Bir kişinin əsl dəyəri onun mənəviyyatı və Allaha olan bağlılığı ilə ölçülür. Qadının dindarlığı və iffəti kişini mənəvi cəhətdən yüksəldə bilməz, əgər kişi özü bu yolu seçmirsə.
Allahın iffətini daşıyan qadın isə elə Allahın buyurduğu kimi yaşadığı halda subay qalıbsa bu onun günahı deyil.
Bir qadının subay qalması mütləq şəkildə onun günahı və ya əskikliyi deyil. Əsas olan Allahın buyurduğu kimi yaşamaq və iffətini qorumaqdır.
̇ ̇man

Deyək ki,biz əvvəllər Moskva,Dubayda ticarət ilə məşğul olmuş Seymur adında bir kişi ilə tanış oluruq. Bu kişinin yaxşı ...
19/07/2026

Deyək ki,biz əvvəllər Moskva,Dubayda ticarət ilə məşğul olmuş Seymur adında bir kişi ilə tanış oluruq. Bu kişinin yaxşı imkanı,bir çox ölkədə özünə görə nüfuzu və hörməti var. Siz onu tanıdığınız gündən heç bir pisliyini görməmisiniz. Dünyanı lap ovcunuza qoyacaq xarakterdə ideal kişidir və sizlə tanış olub evlilik qərarı verəndə "mən özüm dindaram, özümə yaraşan təmiz, əxlaqlı xanımla bir ömür sürmək istəyirəm"niyyəti ilə qabağınızda oturur. İlk baxışdan necə də ideal kişidir. Əslində isə bu həmişə belə olmaya bilər. Çünki,Seymur Moskvada yaşayarkən rus bir xanımla sevgi hekayəsi yaşayıb və hamıya məlum olan rus əxlaqlı qadın onun nə özünü, nə kişiliyini önəmsəməyib. Kobud dildə desək,Seymur olub rus pozğununun keyf oyuncağı. Sonra Seymur ayılıb ki, artıq özünə hörməti də qalmayıb, əvvəlki əxlaqı, kişiliyi də. Ağıla gələn ən yaxşı variant bir müsəlman olub özünü təmizə çıxarmaq və təmiz qızla ailəli olmaq olub.Əsl həqiqətdə Seymur öz eqoizminin qurbanı olduğunu qəbul etməyən balaca oyuncaqdır və faciə orasındadır ki, hələ utanmaz-utanmaz təmiz qız da axtarır. Üstəlik o təmiz qıza keçmişini də düzgün formada danışmır.Guya ömrü boyu ailəsinə,ana, atasına kömək etmək üçün pul qazanıb.Normal qadın isə övladına ata olacaq xarakterdə kişi ilə həyatına davam etmək istəyir. Yenə də özünüzü dolamaq istəyirsinizsə seçim özünüzündür. Məndən soruşsanız,30 yaşa kimi subay qalmısınızsa ,pulun xətrinə beləsinə getməkdənsə elə şərəfinizlə subay qalsanız daha yaxşıdır. Allah qatında yeriniz olar. Belə birinin övladı da əksər hallarda özü kimi olar,adam olan deyil. Üstəlik heç bir körpə birtərəfli böyüməyə də layiq deyil. Əlinizdə imkan varsa Seymurkimilərin üstündən bir qara xətt çəkin.
#2
Firəngiz xala yaşı 30u keçmiş oğlunu evləndirmək istəyir. Oğlu ali təhsilli, hər şəraiti olan ancaq öz ailəsini qura biləcək ağıla sahib olmayan biridir. Əgər bir kişi 30 yaşdan sonra öz ağılı ilə kimi özünə yoldaş seçəcəyini bilmirsə,o,kimləsə evli olmasa yaxşıdır.Çünki,onun yerinə ömrü boyu qərarları başqaları verəcək.(xüsusilə anası,əgər varsa bacıları) Özünə hörməti olan və istədiyi hər şeyə sahib olan bir qadın isə "mama" uşağını heç vaxt özünə yoldaş etməz. ̇ ̇man

24/05/2026

Ən sevdiyim mahnılardan. Elm Çində də olsa arxasınca gedin. 🤗

❄️✨ ❤️    🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿☪️☪️☪️☪️☪️☪️☪️☪️☪️☪️☪️☪️
26/03/2026

❄️✨ ❤️ 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿☪️☪️☪️☪️☪️☪️☪️☪️☪️☪️☪️☪️

13/03/2026

Celebrating my 12th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

13/11/2025

Göyçay Nar festivalından

Address

Göyçay

Alerts

Be the first to know and let us send you an email when Sevimli Mişkalar Dərnəyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share