03/03/2026
Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Zobucuq qəsəbə sakinləri ilə görüşərək Od çərşənbəsini onlarla birlikdə qeyd etmişdir.
Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bayram tonqalının alovlandırılması ilə xalqımızın zəngin milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsinin önəmi bir daha vurğulanmışdır.
İcra başçısı çıxış edərək Od çərşənbəsinin birlik, həmrəylik və yenilənmə rəmzi olduğunu qeyd etmiş, qarşıdan gələn Novruz bayramı münasibətilə iştirakçıları səmimi-qəlbdən təbrik etmişdir. Çıxış zamanı şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından bəhs olunmuş, onların hər zaman diqqət mərkəzində saxlanıldığı bildirilmişdir.
Tədbir çərçivəsində Novruzun rəmzi personajları olan Kosa və Keçəl də iştirak etmiş, onların təqdimatları bayram ab-havasına xüsusi rəng qatmışdır.
Sakinlərlə keçirilən görüş qarşılıqlı hörmət və səmimiyyət şəraitində baş tutmuş, birlik və həmrəyliyin bariz nümunəsinə çevrilmişdir.
Qarşıdan gələn Novruz bayramı münasibətilə hər bir ailəyə möhkəm cansağlığı, firavanlıq və ruzi-bərəkət arzulayırıq. Novruz bayramınız mübarək!