Şəmkir rayon Zəyəm qəsəbə Mədəniyyət EVi

Şəmkir rayon Zəyəm qəsəbə Mədəniyyət EVi Şəmkir Zəyəm Qəsəbə Mədəniyyət evi

12/07/2024

Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi haqqında
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi 2024-cü ilin 2 iyun tarixində Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilmişdir. Qeydiyyatdan keçmiş 874 namizəddən 855 nəfər test imtahanında iştirak etmişdir.
Test imtahanında keçid balını (minimal 35 bal) toplamış namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanmışdır.
Müsahibə mərhələsinə namizədlərin qeydiyyatının “my.culture.az” vahid şəxsi kabineti vasitəsilə cari ilin 20 iyul tarixindən sonrakı dövrdə aparılması ilkin olaraq planlaşdırılır.
Bununla əlaqədar müraciət etmək istəyən müvafiq şəxslərin “Digital.Login” qeydiyyatının olması zəruridir.
Müsahibə mərhələsinə qeydiyyat üzrə dəqiq tarixlərlə bağlı əlavə məlumat veriləcək.

12/07/2024

Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024–2025-ci tədris ili üçün qəbul imtahanlarının nəticələri elan olunub. İmtahanın nəticələri barədə namizədlərə “MyCulture” vahid şəxsi kabinet (my.culture.az) və elektron poçt vasitəsilə müvafiq bildirişlər göndərilib.
Bununla yanaşı, namizədlər vətəndaş məmnunluğunun və məlumatlandırma səviyyəsinin yüksəldilməsi məqsədilə alternativ kimi yaradılmış https://imtahan.culture.az resursuna daxil olaraq imtahan nəticəsi ilə bağlı məlumat əldə edə bilərlər.
Qeyd edək ki, 6-31 may tarixlərini əhatə edən elektron qeydiyyat mərhələsi zamanı musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul olmaq istəyən 16 280 nəfərin müraciəti “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə qeydə alınıb. Müraciət edənlərin 12 196 nəfəri, yəni 75 faizi bu imtahanlarda uğurlu nəticə əldə edərək musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul olunub. İmtahan nəticələrinə görə, ödənişsiz yerlərə qəbul olunanların sayı 9 428, ödənişli yerləri qazananların sayı isə 2 768 olub.
Məlumat üçün bildirək ki, bu il məktəblərə qəbul olunan şagirdlərin sayı ötən illə (10 215) müqayisədə, 2 000 nəfərə yaxın daha çoxdur.
Uğurlu nəticə göstərmiş şagirdlər 15 avqust 2024-cü il tarixinə qədər elektron qəbul prosesini öz şəxsi kabinetləri vasitəsilə tamamlamalıdırlar. Bunun üçün istifadəçi “my.culture.az” vahid şəxsi kabinetinə daxil olub, "Təhsilalanların yerləşdirilməsi” bölməsindən zəruri məlumatları əlavə etməklə və tələb olunacağı təqdirdə təhsil haqqını müvafiq qaydada ödəməklə qəbul prosesini tamamlayır. İmtahan nəticələri ilə bağlı apellyasiya müraciətlərinə 15-17 iyul tarixlərində baxılacaq.
Onu da qeyd edək ki, mədəniyyət sahəsində islahat tədbirlərinin əsas məramı şəffaf və effektiv idarəetmə, rəqəmsal həllərin tətbiqi və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır. Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul prosesi “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində icra olunur ki, bu da çevik və birbaşa kommunikasiya və şəffaflığın təmin olunmasında vacib əhəmiyyət daşıyır.
Şagirdlərimizi və onların valideynlərini təbrik edir, uğurlu təhsil ili arzulayırıq!

11/07/2024

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən Gədəbəy rayonunda 12 iyul tarixində saat 10:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 1) Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.

Qəbulun tarixi haqqında məlumat nazirliyin rəsmi internet resurslarında əvvəlcədən yerləşdiriləcək.

08/07/2024
11/03/2024
Şəmkir rayon Zəyəm qəsəbə Mədəniyyət EVi 25 avqust Qazax rayon ərazisində yerləşən N saylı hərbi hissədə növbəti gənc əs...
26/08/2023

Şəmkir rayon Zəyəm qəsəbə Mədəniyyət EVi 25 avqust Qazax rayon ərazisində yerləşən N saylı hərbi hissədə növbəti gənc əsgərlərin hərbi and icməsində iştirak edib.

26/08/2023
Dunənki tədbirdən görüntülər
16/08/2019

Dunənki tədbirdən görüntülər

Bu gun Zeyem qesebe Medeniyyet evinin ve Duyerli kend Medeniyyet  evinin kollektivi N sayli herbi hissede konsert proqra...
15/08/2019

Bu gun Zeyem qesebe Medeniyyet evinin ve Duyerli kend Medeniyyet evinin kollektivi N sayli herbi hissede konsert proqrami ile cixis edib

15/06/2016

Address

Zəyəm Qəsəbə Vaqif Kücəsi
Dzagam

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994503806483

Website

Alerts

Be the first to know and let us send you an email when Şəmkir rayon Zəyəm qəsəbə Mədəniyyət EVi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şəmkir rayon Zəyəm qəsəbə Mədəniyyət EVi:

Share