Daşkəsən rayonu Quşçu körpüsü qəsəbə ümumi orta ümumtəhsil məktəb

Daşkəsən rayonu Quşçu körpüsü qəsəbə ümumi orta ümumtəhsil məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Daşkəsən rayonu Quşçu körpüsü qəsəbə ümumi orta ümumtəhsil məktəb, Landmark & historical place, Quşçu Körpü qəsəbə, Dashkesan.

21/05/2026
21/05/2026

Naftalan şəhərində vətəndaş qəbulu həyata keçiriləcək.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Elmin Məmmədtağıyev 21 may saat 14:00-da Naftalan şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində vətəndaş qəbulu keçirəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə və ya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 146-0-2 Çağrı Mərkəzinə zəng etməklə qəbula yazıla bilərlər.

Qeydiyyat üçün link

https://docs.google.com/forms/d/1iCq8wuc02Q0wSIQsZZiqKQh3J25us5FlVPiVbfxArf8/edit

Vətəndaş qəbulunda yalnız əvvəlcədən qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər.

Qeydiyyat üçün son tarix 19 may saat 18:00-dır.

20/05/2026

📢 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinə başlanılır.

🗓️ 21 maydan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq. Müsabiqə qaydalarına əsasən vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.

🕛 Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri 21 may saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi mərhələsi 22 may saat 11:00-dək davam edəcək.

ℹ️ Növbəti mərhələdə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi prosesi həyata keçiriləcək və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

📌 Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə seçim zamanı diqqətli olmaları və seçim tamamlandıqdan sonra elektron ərizələrini təsdiqləməyi unutmamaları tövsiyə olunur.

"Tanınmış şəxsiyyətlər" lahiyəsi çərçivəsində Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məluma...
20/05/2026

"Tanınmış şəxsiyyətlər" lahiyəsi çərçivəsində Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verildi.

Milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili üzrə təlimata uyğun olaraq  məktəbi...
20/05/2026

Milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili üzrə təlimata uyğun olaraq məktəbin V-IX sinflərində təhsil alan şagirdlərə "Yeddi oğul istərəm" filmin nümayiş etdirildi.

Daşkəsən rayonu, Quşçu Körpü qəsəbə ümumi orta  ümumtəhsil məktəbin biologiya müəllimi Əmiraslanova Firuzə bu gün IX sin...
19/05/2026

Daşkəsən rayonu, Quşçu Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbin biologiya müəllimi Əmiraslanova Firuzə bu gün IX sinif şagirdlərinə “Fövqəladə hallar zamanı həyat və sağlamlığının mühafizəsi” mövzusunda ətraflı məlumat verdi. O, həmçinin tibbi çantanı göstərərək, şagirdləri onunla tanış etdi. Bu cür məlumatlar şagirdlərin təhlükəsizlik bacarıqlarını gücləndirir və onların məlumatlılığını artırır.”

19/05/2026

📌 Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

🔹 Bu günə qədər artıq 102 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

🔗 Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

📍 İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
• Alternativ qeydiyyat mərkəzlərinə
• Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
• ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

birincisinif elektronqəbul

Daşkəsən rayon Quşçu Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Yusifova Rayə V...
18/05/2026

Daşkəsən rayon Quşçu Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Yusifova Rayə VII sinif şagirdləri ilə Artur Konan Doylun “Şerlok Holmsun macəraları” əsəri üzrə oxu dəqiqələri təşkil etdi. Tədbirin məqsədi şagirdlərdə mütaliə vərdişlərini inkişaf etdirmək, bədii əsərlərə marağı artırmaq və oxuyub-anlama bacarıqlarını formalaşdırmaq olmuşdur.

17/05/2026

📢 Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat
🗓️ Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq. Test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

ℹ️ Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

🎥 Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üzrə hazırlanmış təlimat videosunu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:

https://youtu.be/lpLKFasQtm4

Qeyd edək ki, cari ildə təşkil olunacaq təhsilverənlərin sertifikatlaşdırılması prosesində təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Sertifikatlaşdırma prosesində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

Address

Quşçu Körpü Qəsəbə
Dashkesan
1600

Telephone

+994993831440

Website

Alerts

Be the first to know and let us send you an email when Daşkəsən rayonu Quşçu körpüsü qəsəbə ümumi orta ümumtəhsil məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Daşkəsən rayonu Quşçu körpüsü qəsəbə ümumi orta ümumtəhsil məktəb:

Share