22/08/2025
Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbuluna start verilir
Gəncə şəhər humanitar və təbiət fənləri təmayüllü lisey (Gəncə şəhər S.Vurğun adına 41 nömrəli tam orta ümumtəhsil məktəbinin bazasında yaradılan) və Göygöl rayon texniki, təbiət fənləri təmayüllü liseyə 2025-2026-cı tədris ili üçün müəllimlərin qəbulu ilə bağlı müraciətlərin qəbuluna başlanılır.
İşə qəbulda yalnız GDRTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində daimi əsaslarla çalışan müəllimlər iştirak edə bilərlər.
Yeni liseylərdə yüksək nəticə əldə etmiş, innovativ tədris metodlarına sahib və şagird yönümlü yanaşmaya üstünlük verən müəllimlərin cəlb olunması məqsədi ilə seçim prosesi müsahibə əsasında həyata keçiriləcək.
Qeydiyyatı təsdiqlənmiş namizədlər müsahibəyə gələrkən tədris prosesi zamanı əldə etdiyi nailiyyətlərlə bağlı təsdiqedici sənədləri gətirmələri tövsiyə olunur.
Namizədlər üçün tələblər:
🔹 Sonuncu qiymətləndirmə (Təhsilverənlərin sertifikatlaşdırılması prosesi, Müəllimlərin işə qəbulu və ya Diaqnostik qiymətləndirmə) nəticələri 85%-dən çox olması;
🔹 Müasir tədris metodlarına (aktiv, layihə əsaslı, STEAM və s.) bələdlik, Rəqəmsal bacarıqların və İKT biliklərinin olması, davamlı inkişaf və özünüinkişafa açıq olmaq, aktiv təlim metodları, layihə əsaslı öyrənmə, tənqidi və yaradıcı düşüncə bacarıqlarının tətbiqi;
Liseylərdə tədris yalnız Azərbaycan bölməsi üzrə aparılır.
Qeydiyyat üçün link⤵️
https://docs.google.com/forms/d/15vXtkDoD89kXuG8_Glzq4O916ZOPudWpGstHh3Pihu4/edit
Qeydiyyat üçün son tarix 27 avqustdur.