08/11/2021
Şabran şəhərində Zəfər günü ilə əlaqədar bir sıra tədbirlər
keçirilmişdir.
Tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanını ziyarət edərək
şəhidlərin xatirəsini böyük ehtiramla bir dəqiqəlik sükutla
yad etmiş, sonra şəhidlərin məzarları ziyarət edilərək
önünə gül dəstələri düzülüb, dualar oxunmuşdur.
Sonra Şabran şəhərində, Zəfər günü ilə əlaqədar
ağac əkmə aksiyası keçirilmişdir.
Daha Sonra Şabran şəhər Mədəniyyət mərkəzində Zəfər
günü ilə bağlı musiqili tədbir keçirilmişdir.
Tədbirdə Şabran rayon İcra Hakimiyyəti Başçısı Asif
Hüseynov, başçının birinci müavini Mehdi
Balabeyov, başçının müavini İlkin Ağayev, Şabran şəhər İnzibati Ərazi Dairəsinin nümayəndəsi Orxan Kərimov, hüquq mühafizi orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, YAP fəalları, rayon
ictimaiyyəti iştirak etmişdir.Şəhid ailələri, qazilər bir daha
onlara göstərilən diqqət və qayğiya görə Müzəffər Ali Baş
Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, şəhidlərimizin xatirəsinə ehtiram əlaməti
olaraq Şabran şəhərində Şəhidlər Xiyabanında yenidən qurma və 2-ci qarabağ müharibəsi şəhidlərinin xatirə kompleksi qurulmuş və
abadlıq işləri həyata keçirilib. Şəhidlər Xiyabanının
girişində və qəhrəmanlıq abidəsində kompozisiya təşkil
edən təmir işləri görülüb, xiyaban dövlət bayraqları, Xarı
bülbül simvolu ilə bəzədilib.