Culfa şəhər 3 nömrəli tam orta məktəb

Culfa şəhər 3 nömrəli tam orta məktəb Təhsil millətin gələcəyidir.

29/05/2026
🔴Məktəbimizdə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmas...
28/05/2026

🔴Məktəbimizdə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünə həsr olunaraq şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği məqsədi daşıyırdı.
🌟Tədbir zamanı şagirdlər tərəfindən şeirlər səsləndirildi, səhnəciklər nümayiş olundu, Azərbaycan dövlətçiliyinin tarixindən bəhs edən təqdimatlar təqdim edildi. Çıxış edənlər qeyd etdilər ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımızın müstəqillik arzularını gerçəkləşdirmişdir.
🇦🇿Məktəbin rəhbərliyi tərəfindən vurğulandı ki, bu gün müstəqil Azərbaycanın əldə etdiyi uğurlar Ulu Öndər Heydər Əliyev siyasətinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik yolunun nəticəsidir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Culfa rayonunda da qeyd olunubCulfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxt...
26/05/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Culfa rayonunda da qeyd olunub
Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Culfa Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Canməmməd Canməmmədov və Culfa şəhər 3-nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Zamanlı İnci Nəsimi qızı çıxış edərək bildiriblər ki, uşaqlar cəmiyyətin ən dəyərli sərvəti, ölkənin gələcəyi və sabahın qurucularıdırlar. Qeyd olunub ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması, onların sağlam, təhlükəsiz və yüksək mənəvi dəyərlər əsasında yetişməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Tədbir çərçivəsində rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup uşağa diplomlar və hədiyyələr təqdim olunub.

Sonda uşaqların təqdimatında rəqs və musiqi nömrələri nümayiş etdirilib.

🎓 Gələcəyin mühəndisləri ilə faydalı görüşCulfa şəhər 2 və 3 nömrəli tam orta məktəblərin XI sinif şagirdləri üçün Bakı ...
18/05/2026

🎓 Gələcəyin mühəndisləri ilə faydalı görüş
Culfa şəhər 2 və 3 nömrəli tam orta məktəblərin XI sinif şagirdləri üçün Bakı Mühəndislik Universiteti əməkdaşları ilə maarifləndirici görüş təşkil olundu.
Görüş zamanı şagirdlər universitetdə tədris olunan ixtisaslar, müasir təhsil imkanları, laboratoriyalar, tələbə həyatı, beynəlxalq əlaqələr və universitetin təqdim etdiyi geniş perspektivlər haqqında ətraflı məlumat əldə etdilər.
Şagirdlərin gələcək peşə seçimində düzgün istiqamətlənməsinə xidmət edən bu görüş onların böyük marağına səbəb oldu, ünvanlanan suallar ətraflı cavablandırıldı.
Gənclərimizin ali təhsil yolunda məqsədyönlü addımlar atacağına inanır, onlara uğurlar arzulayırıq! 🌟

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən XI siniflərin buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərimizi ta...
18/05/2026

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən XI siniflərin buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərimizi tanıyaq. 💫

Əziz IV sinif şagirdlərimiz!Bu gün siz beynəlxalq qiymətləndirmə proqramı olan PİRLS-də iştirak edirsiniz. Bu, sizin oxu...
14/05/2026

Əziz IV sinif şagirdlərimiz!
Bu gün siz beynəlxalq qiymətləndirmə proqramı olan PİRLS-də iştirak edirsiniz. Bu, sizin oxu bacarıqlarınızı, düşünmə və anlama qabiliyyətinizi nümayiş etdirmək üçün gözəl bir fürsətdir.
İnanırıq ki, hər biriniz öz bilik və bacarığınızı ən yaxşı şəkildə göstərəcəksiniz. Özünüzə güvənin, diqqətli olun və sualları rahatlıqla cavablandırın. Əsas məqsəd qazandığınız bilikləri nümayiş etdirmək və yeni təcrübə əldə etməkdir.
Sizə uğurlar, yüksək nəticələr və inam dolu bir imtahan günü arzulayırıq! 🌟📚

🇦🇿🏐 Qürurverici qələbə!28 May – Müstəqillik Günü münasibətilə keçirilən məktəbli qızlar arasında voleybol üzrə rayon tur...
14/05/2026

🇦🇿🏐 Qürurverici qələbə!
28 May – Müstəqillik Günü münasibətilə keçirilən məktəbli qızlar arasında voleybol üzrə rayon turnirində royonumuzun qızlardan ibarət komandası möhtəşəm çıxış edərək 🥇 I yerə layiq görülmüşdür!
Bu uğur əzmkarlığın, komanda ruhunun və zəhmətin ən gözəl nümunəsidir. Şagirdlərimizi və onların uğurunda əməyi olan müəllimimiz Şükürov Hüseyni ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq! 🌟
“Güclü gələcək sağlam və vətənpərvər gənclərlə qurulur!” 🇦🇿✨

12/05/2026
🇦🇿 Məktəbimizdə 9 May – Faşizm üzərində Qələbə Günü və 10 May – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönüm...
08/05/2026

🇦🇿 Məktəbimizdə 9 May – Faşizm üzərində Qələbə Günü və 10 May – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirildi.
Tədbirlərdə şagirdlərimiz və müəllimlərimiz qəhrəmanlıq, vətənpərvərlik və milli dəyərlərimizi əks etdirən çıxışlar, şeirlər və səhnəciklərlə iştirak etdilər. Şagirdlərimizə tariximizin önəmli səhifələri haqqında ətraflı məlumat verildi, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətləri xüsusi vurğulandı.
Bu əlamətdar günlər gənc nəslin vətənə sevgi, tarixə hörmət və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
✨ Keçmişimizi unutmadan, gələcəyimizi birlikdə qururuq! 🇦🇿

🌌🚀 Kosmonavt Gününə həsr olunmuş əl işi müsabiqəsində fərqlənən şagirdlərimizi ürəkdən təbrik edirik!Sizlər öz yaradıcıl...
30/04/2026

🌌🚀 Kosmonavt Gününə həsr olunmuş əl işi müsabiqəsində fərqlənən şagirdlərimizi ürəkdən təbrik edirik!
Sizlər öz yaradıcılığınız, zəhmətiniz və fantaziyanızla kosmosun sonsuzluğunu əl işlərinizdə canlandıraraq böyük uğura imza atdınız. Hər birinizin işi bizə göstərdi ki, gələcəyin alimləri, tədqiqatçıları və bəlkə də kosmonavtları məhz sizlərin arasındadır.
Uğurlarınızın davamlı olmasını arzulayır, yeni nailiyyətlərə doğru inamla irəliləməyinizi diləyirik! 🌠

Address

Naxçıvan
Culfa

Telephone

+994365460352

Website

Alerts

Be the first to know and let us send you an email when Culfa şəhər 3 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category