13/06/2026
13 iyun 2026-cı il tarixində məktəbimizdə ənənəvi “Son zəng” tədbiri keçirildi. Bu il məktəbimiz 19-cu məzun buraxılışını yola saldı.
Tədbirdə məktəb direktoru Taleh Şahbazov, müəllimlər, valideynlər, məzunlar və qonaqlar, o cümlədən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etdilər. Şəhid Vüsal İsmayılzadənin anası Lalə xanım ,şəhid Əmrah Əkbərovun anası Dürdanə xanım və şəhid Xəyyam Əliyevin həyat yoldaşı Xəyalə Əlixanzadə da tədbirin qonaqları sırasında idi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və tədbir açıq elan olundu.
Direktor Taleh Şahbazov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı. Müəllimlər və valideynlər də öz xoş diləklərini çatdırdılar.
Tədbir şagirdlərin musiqi nömrələri, rəqslər və bədii çıxışları ilə davam etdi. Məzunlar müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını bildirdilər.
Sonda “Son zəng” səsləndi və məzunlar məktəb həyatına duyğulu şəkildə vida etdilər. 322 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi bütün məzunlara sağlam, uğurlu və parlaq gələcək arzulayır. 🔔