25/05/2026
Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kitabxanasında Xalq şairi, tanınmış yazıçı və ictimai xadim Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Məktəbimizin kitabxana müdiri Aytən Nurullayevanın təşkilatçılığı ilə baş tutan tədbirdə şairin zəngin həyat yolu və bənzərsiz yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verilib. Tədbir çərçivəsində məktəblilər tərəfindən Sabir Rüstəmxanlının vətənpərvərlik ruhundakı unudulmaz şeirləri səsləndirilib və maraqlı bədii kompozisiyalar təqdim olunub.