02/06/2026
Binəqədi Gənclər Evinin və GreenPrint platformasının təşkilatçılığı ilə keçiriləcək “Kitablara psixoloji yanaşma” adlı tədbirə hər kəsi dəvət edirik.
Tədbir çərçivəsində iştirakçılar GreenPrint və GreenShelf platformaları ilə tanış olacaq, oxumağın şəxsi inkişaf və psixoloji sağlamlığa təsiri barədə məlumat əldə edəcəklər. Həmçinin peşəkar psixoloqun iştirakı ilə gənclərin emosional rifahı, özünəinamın formalaşdırılması, stressin idarə olunması və sağlam düşüncə tərzinin inkişafı mövzularında interaktiv müzakirə aparılacaq.
Görüş zamanı kitabların emosional intellektin inkişafına, empati qurmağa, özünü daha yaxşı tanımağa və gündəlik stressin azaldılmasına necə kömək etdiyi haqqında da söhbət açılacaq.
📅 4 iyun
🕚 11:00
📍 Binəqədi Gənclər Evi
Kitabların insan psixologiyasına təsirini birlikdə kəşf edək!