Azərbaycan Milli Mərkəzi

Azərbaycan Milli Mərkəzi Gündəmdə olan siyasi, iqtisadi, sosial məlumatlar.

maide.az saytının baş redaktoru Şeyx Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə həbs edilib.
21/10/2021

maide.az saytının baş redaktoru Şeyx Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə həbs edilib.

Bu görüntüləri paylaşıb "İphone 13" növbəsi kimi təqdim edir bütün səhifələr. Görüntü harada,  hansı məhsulun növbəsində...
16/10/2021

Bu görüntüləri paylaşıb "İphone 13" növbəsi kimi təqdim edir bütün səhifələr. Görüntü harada, hansı məhsulun növbəsində çəkilib bilinmir. Zənnimcə şəkil tamamilə başqa kampaniya zamanı çəkilib. Geydirmə jurnalistlərdən biri də xəbər portalı, səhifəsi üçün düşünüb başlıq tapıb. "iPhone 13" növbəsi. Azərbaycanda "İphone 13" bir iki saata tükənib. Bu xəbər oxunulur, şərh yazılır. Hamıda da bir təsəvvür yaradır. "Qardaş millətin pulu var da", "Pul var da", "Pulu olmasa bu qədər adam necə alır bunu?!" Bu sözlərlə ümumi uğursuzluğu şəxsi uğursuzluğa çevirirlər. Yəni ətrafda hər şey əladır, hamının işi yaxşıdır, bircə mənəm uğursuz. Pulsuz, parasız olmağımın səbəbkarı mənəm. Hamıda hər şey yaxşıdır. Qaz, işıq, su və.s qiyməti qalxacaq. Bu təfəkkürlə "mən uğursuzam" beyni ilə günahı fərdi şəkildə hər kəs özündə görəcək. "İphone" tükənib yoxdu deyən şəxslər, səhifələr şəhər doludu ayfon 13-lə. Haranızdan çıxarırsınız bu xəbərləri?!

15/10/2021

🇦🇲 Xəstə təfəkkür sahibləri. Ot tayası yanır, Ermənistan müdafiə nazirliyi açıqlama verir ki, "Azərbaycan tərəfi kəndi atəşə tutub, yanğınlar baş verib ölən və yaralanan yoxdur".

14/10/2021

🇦🇿⚡🇦🇲 Hal-hazırda Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı birləşmələrinə qarşı ordumuz anti-terror əməliyyatı həyata keçirir.

1992-ci il qəzet başlığı. "İran erməniyə silah satır".
14/10/2021

1992-ci il qəzet başlığı. "İran erməniyə silah satır".

🇮🇷 İran sərhəd xidmətinin rəisi Əhməd Əli Hodarzi: "İsrail Azərbaycan sərhədlərində mövcuddur. Lakin onların bazalarının...
09/10/2021

🇮🇷 İran sərhəd xidmətinin rəisi Əhməd Əli Hodarzi: "İsrail Azərbaycan sərhədlərində mövcuddur. Lakin onların bazalarının sayı və harada yerləşməsi barədə məlumatımız yoxdur. İsrail İranla sərhəddin ən həssas yerlərində cəsusluq edir. Biz onların bütün hərəkətlərinə nəzarət edirik"

Gülüncdür. Harada yerləşməsi sayı barədə məlumatı yoxdur, ancaq onlara nəzarət edirlər. Harada olmasını bilmədiyin bir şeyə necə nəzarət edirsən görəsən ağeyi Əhməd?!

08/10/2021

İran dövlət televiziyasında Azərbaycanla bağlı qalmaqallı müzakirə

İranın dövlət televiziyasında son günlər gərginləşən Azərbaycan-İran münasibətlərinə həsr olunmuş verilişdə qalmaqal yaranıb.

“Ecoiran” verilişində iranlı siyasi və iqtisadi təhlilçi Azərbaycan Respublikasının İranlı yük maşını sürücülərindən rüsum almasını qanunsuz adlandırıb.

"Azad İran" Teleqram kanalının verdiyi xəbərə görə, o, Azərbaycanın İranın ərazi bütövlüyünü müdafiə etmədiyini, körfəzdə 3 adanın İrana məxsus olması ilə bağlı açıqlama vermədiyini bildirib.

"Buna görə də Azərbaycanın torpaqlarının işğal olunmasının İrana aidiyyatı yoxdur"-deyə, o , bildirib.

Təhlilçinin bu çıxışı verilişə onlayn qoşulan İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin etirazı ilə qarşılaşıb.

Səfir təhlilçinin iddialarını əsassız sayıb, onun arqumentlərinin İranın konstitusiyasına belə zidd olduğunu deyib.

“Necə olur ki, dünyanın o biri başında müsəlmanların hüquqlarını müdafiə etdiyinizi iddia edir, özünüzü islam dünyasının mərkəzi adlandırırsınız, ancaq ermənilərin ölümünə ürək yandırdığınız halda azərbaycanlıların qətliam edilməsinə reaksiya vermirsiniz?

Xocalıda baş verən soyqırımı görməzlikdən gəlib, bunu və azərbaycanlıların öz torpaqlarından çıxarılmasını məhkum etmirsiniz”-deyə, keçmiş səfir bildirib.

Təhlilçinin “biz Xocalı soyqırımında və 90-cı ilərdəki hadisələrdə Azərbaycanı himayə etmişik” iddiasını absurd adlandıran Əfşar Süleymanı deyib ki, İranın Azərbaycanı himayə etməsi barədə iddialarla bağlı heç bir fakt yoxdur.

Qeyd edək ki, xüsusilə son günlər Azərbaycanla bağlı mövqeyinə görə Əfşar Süleymani İran mətbuatının və radikal cərəyanlarının hədəfinə çevrilib.

Bir neçə gün öncə Əli Xamneyinin nəzarətində olan və SEPAH-la ETTELAAT-ın mövqeyini əks etdirən “Keyhan” qəzeti Əfşar Süleymanini “Azərbaycanın beşinci kolon”u adlandırıb, onun fəaliyyətinin araşdırılmasını və barəsində ölçü götürülməsini tələb edib.

© Azad İran

⚡TƏCİLİ⚡.  ⚡СРОЧНО⚡Biz Ermənistan səmasındayıq və burada heç bir Azərbaycan təyyarəsi yoxdur.
06/10/2021

⚡TƏCİLİ⚡. ⚡СРОЧНО⚡
Biz Ermənistan səmasındayıq və burada heç bir Azərbaycan təyyarəsi yoxdur.

05/10/2021

🇮🇷 Əmir Abdullahiyan: Biz regionda mümkün sərhədlərin dəyişdirilməsinin ilə bağlı prosesdə Rusiyadan əks mövqe və reaksiya gözləyirik.

Biri bunlara 8 noyabr bəyanatını farscaya tərcümə edib versin. İran tərəfi deyəsən bəyanatın müddəalarından bixəbərdir. Azərbaycanın əldə etmək istədiyi Zəngəzur dəhlizini sərhəd dəyişikliyi kimi qəbul edirlər. Əslində tranzit yolun əllərindən çıxmasından qorxurlar. Mollaniyada bunları dərd aparıb ki, tiryəki, patını digər narkotikləri Ermənistan olmasa necə daşıyacaqlar?!

🇮🇱 İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi: "Hesab edirəm ki İsrailin Qarabağda mövcudluğunu iddia etmək böyük bir ...
05/10/2021

🇮🇱 İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi: "Hesab edirəm ki İsrailin Qarabağda mövcudluğunu iddia etmək böyük bir ağılsızlıqdır. Qarabağda Rusiya və Türkiyə hərbi gücü mövcuddur. Onlar (İranı nəzərdə tutur) fantaziya quraraq orada marslılarında olmasını iddia edə bilərlər.

Səfir jurnalistlərin mövzu ilə bağlı sualını cavablandırarkən belə deyib.

Address

Binagady

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Milli Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share