06/07/2019
Salam Əsgər “Əsgər adı - od içində yaşayan qılınc, əsgər adı - buz altından göyərən çiçək! Şərəfli əsgər adını daşıyan, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacaran, hər an şəhidlik zirvəsinə qalxmağa hazır olan əsgərlərimiz!
Başımızın üstündə Allah, arxanızda Vətən, ayağınızın altında müqəddəs torpaq həmişə sizinlədir!
Bu torpağın daşı ollam,
Bu torpağı sevmək azdı…
İnanıram ki, siz torpağın daşı olmağa layiq övladlarsınız. Çünki Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı. Siz əsl vətəndaşlarsınız. Siz Vətənə söykəndiyiniz kimi, vətən də sizə söykənib, Vətən də sizə arxalanır. Siz Vətənlə fəxr etdiyiniz kimi, Vətən də sizinlə fəxr eləyir.
“Azərbaycan” - deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər!