Biləsuvar rayonu üzrə gənclər və idman sektoru

Biləsuvar rayonu üzrə gənclər və idman sektoru Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektoru

Biləsuvarda "İdman həyətimdə" layihəsi çərçivəsində növbəti idman məşqləri keçirilib🔹17 sentyabr 2026-cı il tarixində Şi...
17/09/2026

Biləsuvarda "İdman həyətimdə" layihəsi çərçivəsində növbəti idman məşqləri keçirilib

🔹17 sentyabr 2026-cı il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Biləsuvar şəhər "Sağlam məhəllə" ərazisində "İdman həyətimdə" layihəsi çərçivəsində növbəti idman məşqləri keçirilmişdir. Məqsəd yeniyetmə və gənclərin müntəzəm fiziki aktivliyə cəlb olunmasını təmin etmək, sağlam həyat tərzini təşviq etmək, məhəllələrdə və yaşayış massivlərində idman mədəniyyətini formalaşdırmaqdır.

Biləsuvarda açıq havada film nümayişi və müzakirəsi keçirildiŞirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuva...
15/09/2026

Biləsuvarda açıq havada film nümayişi və müzakirəsi keçirildi

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun, Gənclər evinin və GİKM-nin Şirvan-Salyan Regional Nümayəndəliyinin birgə təşkilatçılığı ilə açıq havada "Kürəkən" filminin nümayişi və müzakirəsi keçirilib.

Film nümayişindən əvvəl Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Elnur Hüseynli iştirakçılara nümayiş olunacaq film barədə qısa məlumat verib, iştirakçıları filmin mövzusu və əsas ideyası haqqında məlumatlandırıb. İnteraktiv müzakirə formatında təşkil olunan film nümayişi zamanı Biləsuvar Gənclər evinin psixoloqu Sevinc Mustafayeva tərəfindən gənclərə filmin müxtəlif səhnələri ilə bağlı suallar ünvanlanıb və onların mövzuya dair fikir və düşüncələri öyrənilib. Keçirilən qarşılıqlı fikir mübadiləsi filmin ayrı-ayrı epizodlarının daha dərindən təhlil edilməsinə, gənclərin mövzuya fərqli baxışlarının üzə çıxarılmasına və onların fəal müzakirəyə cəlb olunmasına imkan yaradıb.

Qeyd edək ki, filmin nümayişində əsas məqsəd hadisə və obrazlar üzərində düşünərək gənclərin müxtəlif sosial situasiyalara öz mövqelərini formalaşdırmasına imkan vermək, müasir yerli kino mədəniyyətini təşviq etmək, eyni zamanda asudə vaxtı səmərəli dəyərləndirməkdir.

15 Sentyabr – Bilik Günüdür.🎓Bu gün yeni biliklərə, yeni hədəflərə və yeni başlanğıclara açılan qapıdır. Hər kəsə uğurlu...
15/09/2026

15 Sentyabr – Bilik Günüdür.🎓

Bu gün yeni biliklərə, yeni hədəflərə və yeni başlanğıclara açılan qapıdır. Hər kəsə uğurlu tədris ili arzulayırıq!

11/09/2026

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə birlikdə qrant müsabiqəsi elan edir. Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə da...

Biləsuvarda sərbəst güləş idman növü üzrə rayon turniri keçirildi.Biləsuvar şəhər İncəsənət Məktəbinin idman zalında Şir...
11/09/2026

Biləsuvarda sərbəst güləş idman növü üzrə rayon turniri keçirildi.

Biləsuvar şəhər İncəsənət Məktəbinin idman zalında Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirildi.

Yarışda müxtəlif çəki dərəcələrində 50-dən çox idmançı öz qüvvəsini sınadı. Qalib idmançılar Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edildilər.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd idmançıların yarış təcrübəsinin artırılması, zona və respublika səviyyəli yarışlar üçün idmançıların müəyyən edilməsidir.

Biləsuvarda "İdman həyətimdə" layihəsi çərçivəsində növbəti idman məşqləri keçirilib🔹10 sentyabr 2026-cı il tarixində Şi...
10/09/2026

Biləsuvarda "İdman həyətimdə" layihəsi çərçivəsində növbəti idman məşqləri keçirilib

🔹10 sentyabr 2026-cı il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Biləsuvar şəhər "Sağlam məhəllə" ərazisində "İdman həyətimdə" layihəsi çərçivəsində növbəti idman məşqləri keçirilmişdir. Məqsəd yeniyetmə və gənclərin müntəzəm fiziki aktivliyə cəlb olunmasını təmin etmək, sağlam həyat tərzini təşviq etmək, məhəllələrdə və yaşayış massivlərində idman mədəniyyətini formalaşdırmaqdır.

Biləsuvarda Vətən müharibəsi şəhidləri İqbal Astanlının və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş sərbəst və yunan-ro...
07/09/2026

Biləsuvarda Vətən müharibəsi şəhidləri İqbal Astanlının və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş sərbəst və yunan-roma güləşi üzrə 2012-2014-cü il təvəllüdlü yeniyetmələr arasında Biləsuvar rayon açıq birinciliyi keçirilib

5-6 sentyabr 2026-cı il tarixlərində Biləsuvar Olimpiya İdman Kompleksində 2012-2014-cü il təvəllüdlü yeniyetmələr arasında Vətən müharibəsi şəhidi İqbal Astanlının xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə VI, Vətən müharibəsi şəhidi Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə V Biləsuvar rayon açıq birinciliyi keçirildi.

Birincilikdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Vəlahəddin Yunsurov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, sektor müdiri Azad Quliyev, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Gömrük İdarəsinin rəisi Ramin Seyidov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Biləsuvar KOB Dostu Elməddin Əliyev, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, beynəlxalq dərəcəli hakim Tural Əliyev, Olimpiya Kompleksinin direktoru Tofiq Şahbazov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, təşkilat və müəssisə rəhbərləri, şəhidlərin valideynləri və rayon sakinləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış mərasimində çıxış edən natiqlər bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda başlanan Vətən müharibəsində Biləsuvar rayonundan yüzlərlə gənc könüllü olaraq əlinə silah alıb 30-ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşə yollandı. Onların arasında hamımızın yaxşı tanıdığı sərbəst güləş üzrə Azərbaycan çempionu İqbal İlqar oğlu Astanlı və Babək Süleyman oğlu Mahmudlu Vətən yolunda döyüşərək şəhidlik zirvəsinə ucalmışlar. Bugün keçirilən yarış İqbal Astanlının və Babək Mahmudlunun timsalında bütün şəhidlərimizə həsr olunur. Çıxışlardan sonra şəhidlərimizin həyatını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Respublikanın müxtəlif bölgələrindən 200 nəfərə yaxın idmançı arasında gərgin və maraqlı görüş keçirilib. Yaş qrupları üzrə keçirilən görüşlərin sonunda qaliblər mükafatlandırılıb.

Mükafatlandırma mərasimində qalib idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.

Biləsuvarda "İdman həyətimdə" layihəsi çərçivəsində növbəti idman məşqləri keçirilib🔹27 avqust 2026-cı il tarixində Şirv...
27/08/2026

Biləsuvarda "İdman həyətimdə" layihəsi çərçivəsində növbəti idman məşqləri keçirilib

🔹27 avqust 2026-cı il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Biləsuvar şəhər Mərkəzi Parkında "İdman həyətimdə" layihəsi çərçivəsində növbəti idman məşqləri keçirilmişdir. Məqsəd əhalinin müntəzəm fiziki aktivliyə cəlb olunmasını təmin etmək, sağlam həyat tərzini təşviq etmək, məhəllələrdə və yaşayış massivlərində idman mədəniyyətini formalaşdırmaqdır.

Biləsuvarda "İdman həyətimdə" layihəsi çərçivəsində idman məşqləri keçirilib🔹20 avqust 2026-cı il tarixində Şirvan-Salya...
20/08/2026

Biləsuvarda "İdman həyətimdə" layihəsi çərçivəsində idman məşqləri keçirilib

🔹20 avqust 2026-cı il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Biləsuvar şəhər "Sağlam məhəllə" ərazisində "İdman həyətimdə" layihəsi çərçivəsində idman məşqləri keçirilmişdir. Məqsəd uşaqların, yeniyetmələrin və gənclərin müntəzəm fiziki aktivliyə cəlb olunmasını təmin etmək, sağlam həyat tərzini təşviq etmək, məhəllələrdə və yaşayış massivlərində idman mədəniyyətini formalaşdırmaqdır.

Biləsuvarda növbəti iməcilik aksiyaları keçirilib.19 avqust 2026-cı il tarixində Biləsuvar şəhər “Mərkəzi Parkı”nda, “Zə...
19/08/2026

Biləsuvarda növbəti iməcilik aksiyaları keçirilib.

19 avqust 2026-cı il tarixində Biləsuvar şəhər “Mərkəzi Parkı”nda, “Zəfər Parkı”nda və “Qəhrəmanlar bağı”nda ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin qorunması məqsədilə növbəti genişmiqyaslı iməcilik və abadlıq aksiyası keçirilib.

Aksiyada Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Gənclər evinin əməkdaşları, gənc könüllülər də fəal iştirak ediblər.

Address

Biləsuvar Gənclər Evi, 213 Mirzə Fətəli Axundov
Bilyasuvar

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Biləsuvar rayonu üzrə gənclər və idman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Biləsuvar rayonu üzrə gənclər və idman sektoru:

Shortcuts

Share