Biləsuvar Rayon İcra Hakimiyyəti

Biləsuvar Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti
Biləsuvar şəhəri,M.İbrahimov küç 50,AZ-1300 Miqrasiya saldosu müsbət 34 nəfər olmuşdur.

Biləsuvar rayonunun ərazisi 1358 kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 79 nəfər təşkil edir.

2021-ci ilin yanvar-sentyabr aylarında rayon əhalisinin sayı 604 nəfər və ya 0,6 faiz artaraq 2021-ci il oktyabr ayının 1-i tarixinə əhalinin ilkin hesablanmış sayı 106,9 min nəfərə çatmışdır. Əhalinin ümumi sayından 22,1 faizini şəhər (23,6 min nəfər), 77,9 faizini isə kənd sakinləri (83,3 min nəfər) təşkil edir. Əhalinin 50,4 faizi (53,9 min nəfər) kişilər, 49,6 faizi (53,0 min nəfər) qadınlardan ibarətdir. Əhalinin 27,0 faizi 0-14 yaşda (28,9 min nəfər), 67,6 faizi 15-64 yaşda (72,2 min nəfər), 5,4 faizi (5,8 min nəfər) 65 və yuxarı yaşda olanlardır. Əhalinin 23,9 faizini (25,5 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənc nəslin nümayəndələri təşkil edir.
2021-ci ilin yanvar-sentyabr aylarında 1028 körpə doğulmuş, əhalinin hər min nəfərinə hesabı ilə bu göstərici 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,0-dan 12,9-a qədər azalmışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında 458 ölüm halı qeydə alınmışdır. Əhalinin hər min nəfərinə hesabı ilə ölümlərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,9-dən 5,8-ə qədər artmışdır.

2021-ci il yanvar-sentyabr aylarında rəsmi orqanlar tərəfindən 346 nikah bağlanmış və 69 boşanma faktı qeydə alınmışdır. Əhalinin hər min nəfərinə hesabı ilə 2020-ci ilin müvafiq dövrünə nisbətən nikahların sayı 4,7-dən 4,4-ya qədər azalmış, boşanma faktlarının sayı isə 0,8-dən 0,9-a qədər artmışdır.

2021-ci ilin yanvar-sentyabr aylarında 53 nəfər rayon ərazisinə daimi yaşamaq üçün gəlmiş, 19 nəfər isə qeydiyyatdan çıxıb getmişdir. Yaşayış məntəqələrinin sayı – 26 (1 şəhər və 25 kənd). Rayonun ərazisində yerləşən kəndlər aşağıdakı kimidir:
Xırmandalı, Bəydili, Əliabad, Zəhmədabad, Bağbanlar, Çinarlı, Aranlı, İsmətli, Günəşli, Ağayri, Çaylı, Nəsimikənd, Nərimankənd, Səmədabad, Arazbarı, Aşağı Cürəli, Dəvrişli, Əsgərabad, Ovçubərə, Yuxarı Ağalı, Muğankənd, Amankənd, Təzəkənd, Ağalıkənd, Yuxarı Cürəli
Iqtisadi rayon - Aran (iqtisadi rayonu). Nəqliyyat vasitəsinin kodu - 12. Telefon kodu - 2529. Poçt kodu (Mərkəzi PŞ) - AZ 1300.

Biləsuvarda 15 sentyabr–Bilik günü tədbirləri keçirilib.Rayonun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması və ...
15/09/2026

Biləsuvarda 15 sentyabr–Bilik günü tədbirləri keçirilib.

Rayonun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması və Bilik günü ilə əlaqədar olaraq keçirilən tədbirlərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil işçiləri, məktəb rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə pedaqoji kollektivləri, bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri təbrik edərək, yeni tədris ilində uğurlar arzulayıblar.
Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsildə müxtəlif innovativ layihələr həyata keçirilir, müasir standartlara cavab verən tədris ocaqları inşa olunur və maddi-texniki bazaları daha da möhkəmləndirilir. Dövlət səviyyəsində təhsilə göstərilən xüsusi diqqət və qayğı, müəllimlərin iş şəraitinin yaxşılaşdırılmasına və şagirdlərin daha savadlı və bilikli kadrlar olaraq yetişməsinə xidmət göstərir.
Məhz bu qayğının məntiqi nəticəsi olaraq hər bir müəllim üzərlərinə düşən vəzifələri layiqincə icra etməli, hər bir şagird elmə, təhsilə mükəmməl yiyələnməlidir. Şagirdlər həyata hərtərəfli yetişkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmalıdır.
Təhsil işçiləri onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

15/09/2026
14/09/2026

Dövlət xidmətlərini hər kəs üçün daha əlçatan edən “mygov” ilə gələcəyin rəqəmsal dünyasına indi qoşulun və vaxtınıza qənaət edin.
Yenilənmiş “mygov” platformasının funksional imkanlarının genişləndirilməsi, yeni rəqəmsal xidmətlərin istifadəyə verilməsi, dövlət xidmətləri və məlumatlarının vahid platformada mərkəzləşdirilməsi nəticəsində “mygov” gündəlik istifadə olunan əsas rəqəmsal dövlət platformasına çevrilib.
“Mygov”un başlıca məqsədi dövlət xidmətlərini vahid rəqəmsal platformada birləşdirərək vətəndaşların xidmətlərə sadə, rahat və operativ çıxışını təmin etmək, müxtəlif qurumlara və xidmət kanallarına ayrıca müraciət ehtiyacını azaltmaqdır. Bu yanaşma dövlət xidmətlərinin rəqəmsal və proaktiv formada təqdim edilməsinə, fiziki müraciətlərin, sənəd dövriyyəsinin və kağız istifadəsinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradır.
“Mygov” platformasında, eyni zamanda, vətəndaşlara bir sıra funksionallıqlar da təqdim olunur. Belə ki, “mygov” üzərindən QR kod vasitəsilə dövlət və özəl qurumların platformalarına təhlükəsiz şəkildə daxil olmaq mümkündür
Hazırda platformanın inkişafı Fəaliyyət Planında müəyyən edilmiş istiqamətlərə uyğun olaraq davam etdirilir. Növbəti mərhələdə platformada təqdim olunan rəqəmsal dövlət xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi və istifadəçi təcrübəsinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək. Xüsusi prioritet süni intellekt imkanlarının platformaya geniş inteqrasiyasına, fərdiləşdirilmiş və proaktiv xidmətlərin təqdim edilməsinə veriləcək.
İnnovativ həlləri və davamlı inkişafı ilə “mygov”, ölkəmizin rəqəmsal transformasiya xəritəsində vətəndaş məmnuniyyətinin əsas təminatçısı olmağa davam edir.

Rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbullarında qaldırılan məsələlərin icrası davam edir.Biləsuvar Rayon İcra H...
14/09/2026

Rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbullarında qaldırılan məsələlərin icrası davam edir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun kəndlərdə keçirdiyi səyyar görüş-qəbullar zamanı vətəndaşların irəli sürdüyü müraciətlər qısa müddətdə həll olunur.

Belə ki, Ağalıkənd kəndində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən ümumi uzunluğu 400 metr olan 2 küçənin qumlanması məsələsi Ağalıkənd bələdiyyəsi tərəfindən icra olunmuşdur.
Bəydili kəndində keçirilən qəbul zamanı vətəndaşlar tərəfindən həyətyanı sahələrin suvarılması üçün istifadə olunan su arxlarının təmizlənməsi və magistral yolun kənarlarında alaq otlarının biçilməsi ilə bağlı qaldırılan məsələ , məişət tullantılarının yığılması işləri kənd icra nümayəndəliyi, kənd bələdiyyəsi və Biləsuvar Su Meliorasiya Sistemləri İstismar İdarəsi tərəfindən icra edilmişdir.
Nəsimi kəndində keçirilən səyyar qəbulda mülkiyyətçilərin əkin sahələrinə keçidini təmin etmək məqsədilə şor kollektorunun üzərində körpünün salınması ilə bağlı qaldırılan məsələ Mərkəzi Muğan Kollektorlar İdarəsi tərəfindən icra olunmuşdur.
Aşağı Cürəli keçirilən qəbul zamanı kənd tam orta məktəbinin üst navalçalarının təmizlənməsi işləri ilə bağlı qaldırılan məsələ Aşağı Cürəli kənd icra nümayəndəliyi və Əsgərabad bələdiyyəsi tərəfindən icra olunmuşdur.

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı rayon sakinlərinin müraciətlərini dinləyib.Biləsuvar Rayon İcra Hakimiyyətin...
11/09/2026

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı rayon sakinlərinin müraciətlərini dinləyib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov keçirdiyi qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək, onların problemlərinin qanunamüvafiq qaydada aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib.
Qəbulda Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları da iştirak edib.

Sentyabrın 10-da   Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının XI konfransı keçirilib.Əvvəlcə xalqımızı...
10/09/2026

Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının XI konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi sisteminin inkişafına mühüm töhfələr verib. Onun sözlərinə görə, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı bütövlükdə müasir Azərbaycanın siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, partiyanın gələcək fəaliyyətinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyıb.

K.Qurbanlı deyib ki, ölkəmizdə YAP-ın ilk yerli təşkilatı olan Biləsuvar rayon təşkilatı hesabat dövründə öz fəaliyyətini partiyanın Nizamnaməsinə və Proqramına, yerli təşkilatlar haqqında Əsasnaməyə uyğun olaraq qurub.

Çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin ölkənin davamlı inkişafına verdiyi töhfələrdən bəhs edib. O, Biləsuvar rayonunda həyata keçirilən abadlıq-quruculuq və sosial-iqtisadi layihələr barədə də ətraflı məlumat verib. Vurğulanıb ki, hər bir azərbaycanlı öz qüdrətli dövləti ilə fəxr edir!

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov çıxışında Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı qələbələrdən və siyasi proseslərdəki iştirakından ətraflı bəhs edib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən danışıb və bu nailiyyətlərin geniş ictimaiyyət arasında təbliğində partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Tədbirdə Biləsuvar rayon Ağsaqqallar Şurasının sədr müavini, partiya veteranı Zakir Şahbazov, 7 saylı şəhər ərazi partiya təşkilatının sədri Əlisafa Qəmbərov, partiya fəalı Ceyhun Ağazadə YAP Biləsuvar rayon təşkilatının fəaliyyəti barədə fikrilərini bölüşüblər.

Çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov partiyanın Biləsuvar rayon təşkilatının uğurlu fəaliyyəti, ərazi partiya təşkilatlarında işin təşkili və qarşıda duran vəzifələr barədə danışıb. Onun sözlərinə görə, partiyanın yerli strukturları öz işini müasir çağırışlar əsasında qurmalıdır.

Konfransda YAP Biləsuvar rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Biləsuvarda "Bizim Cəbiş müəllim" bədii filmi nümayiş olunubBiləsuvar Rayon Heydər Əliyev Mərkəzində nümayiş olunan film...
10/09/2026

Biləsuvarda "Bizim Cəbiş müəllim" bədii filmi nümayiş olunub
Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində nümayiş olunan filmi rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov da izləyib.
Qeyd edək ki, 1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan və rejissoru Həsən Seyidbəyli olan bu hərbi kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Ekran əsərində müharibə dövrünün ağır maddi çətinliklərinə baxmayaraq, ailəsini halal zəhmətlə dolandıran və vətənin azadlığını hər şeydən uca tutan sadə insanların mənəvi ucalığı ön plana çəkilib.
15 Sentyabr – Bilik Günü ərəfəsində nümayiş olunan filmdə fədakar müəllim obrazı vasitəsilə cəmiyyətin tərəqqisində, milli dəyərlərin qorunmasında və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında təhsilin fundamental rolu yüksək qiymətləndirilir. Ekran əsəri müasir cəmiyyətimizdə müəllim nüfuzunun uca tutulması baxımından mühüm tərbiyəvi əhəmiyyət kəsb edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Kinematoqrafçılar İttifaqı
Azərbaycan Dövlət Film Fondu
ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi

Ovçubərə kəndində yerli fermerlər və mülkiyyətçilərlə görüş keçirilib.  Görüş Prezident İlham Əliyevin 25 may 2026-cı il...
10/09/2026

Ovçubərə kəndində yerli fermerlər və mülkiyyətçilərlə görüş keçirilib.
Görüş Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş və kənd təsərrüfatı, balıqçılıq, eləcə də akvakultura sahələrinin 2026–2030-cu illərdəki inkişafını nəzərdə tutan Dövlət Proqramının icrası çərçivəsində təşkil edilib.
Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Vəlahəddin Yunsurov, Biləsuvar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) məsul şəxsləri, Ovçubərə kənd sakinləri və fermerlər iştirak edib.
İcra başçısının müavini Vəlahəddin Yunsurov çıxış edərək bu strateji sənədin rayonda torpaqlardan səmərəli istifadəyə və aqrar infrastrukturun yenilənməsinə böyük dəstək olacağını qeyd edib.
Bildirilib ki, dövlət qayğısı sayəsində bölgədə kənd təsərrüfatı məhsullarının istehsalı daha da artacaqdır. Tədbirdə fermerlərə istehsal və emal proseslərinin müasirləşdirilməsi üçün yaradılan yeni imkanlar izah edilib.
Sonda sakinlərin sualları cavablandırılıb və təklifləri qeydiyyata alınıb.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov növbəti səyyar qəbulu Yuxarı Ağalı  kənd sakinləri ilə keçirdi...
09/09/2026

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov növbəti səyyar qəbulu Yuxarı Ağalı kənd sakinləri ilə keçirdi.

Səyyar qəbul zamanı Faiq Qürbətov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin təkliflərini, istəklərini dinləyib və onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırıb.Səsləndirilən bir çox məsələlər yerində həll edilib, icrası zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.
Sakinlərlə keçirilən səyyar qəbulda Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisələrinin, xidmət sahələrinin rəhbərləri də iştirak edib.

Ali təhsil müəssisələrinə 600 baldan yuxarı nəticə ilə qəbul olunmuş məzunlarla görüş keçirilib.Biləsuvar rayonunda 2025...
08/09/2026

Ali təhsil müəssisələrinə 600 baldan yuxarı nəticə ilə qəbul olunmuş məzunlarla görüş keçirilib.

Biləsuvar rayonunda 2025-2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək respublikamızda və xarici ölkələrdə yerləşən müxtəlif ali təhsil ocaqlarına 600 baldan yuxarı nəticə ilə qəbul olunan məzunlarla və olimpiada qalibləri ilə görüş keçirilib.
Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan gəncləri və olimpiada qaliblərini təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirib.
İcra başçısı ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş təhsilin inkişafı strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq uğurla davam etdirildiyini bildirib.
Faiq Qürbətov Prezident cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət nəticəsində ölkəmizdə və rayonumuzda reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi barədə danışaraq, yekunda bütün bu görülən işlərin yalnız gənclərimizin savadlı, intellektual və üstün dünyagörüşünə malik bir vətəndaş olaraq yetişməsinə yönəldiyini qeyd edib.
İcra başçısı bir daha bütün məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Görüşdə iştirak edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar sektorunun müdiri Müşfiq Dadaşov və Mübariz İbrahimov adına Məktəb Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov çıxış edərək yüksək nailiyyət qazanan məzunları təbrik etmiş, bu uğurun Biləsuvar təhsilinin inkişafının, həmçinin məktəb, valideyn və müəllim əməyinin ortaq nəticəsi olduğunu vurğulamış və gənclərə gələcək tələbəlik həyatlarında dövlətimiz üçün savadlı kadr kimi yetişməyi arzu etmişlər.
Tədbirdə iştirak edən məzunlar onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək gələcək planlarından söz açıblar.

Address

Biləsuvar Rayon Icra Hakimiyyəti
Bilyasuvar
AZ1300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994252950050

Alerts

Be the first to know and let us send you an email when Biləsuvar Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Biləsuvar Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share