27/02/2025
26 fevral 2025-ci il tarixində Cəbrayıl rayon 21 nömrəli ümumi orta məktəbində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbir soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başlamışdır. Şagirdlərin ifasında şeirlər söylənmiş, daha sonra qəsəbədə soyqırım qurbanlarının adına ucaldılmış abidə ziyarət edilmişdir.