Beyləqan rayonu Bahar qəsəbə Sərdar İmrəliyev adına tam orta məktəb

Beyləqan rayonu Bahar qəsəbə Sərdar İmrəliyev adına tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beyləqan rayonu Bahar qəsəbə Sərdar İmrəliyev adına tam orta məktəb, Public School, Azərbaycan Respublikası, Beyləqan rayonu, Bahar qəsəbəsi, Beylagan.

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi
Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi
Mil-Muğan Regional Təhsil İdarəsi
Beyləqan Rayon Təhsil Sektoru

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Bahar qəsəbə Mədəniyyət Klubunda tədbir keçirildi.Tədbirdə S. İmrəliyev adına...
15/06/2026

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Bahar qəsəbə Mədəniyyət Klubunda tədbir keçirildi.
Tədbirdə S. İmrəliyev adına Bahar qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri, həmçinin Bahar qəsəbə Mədəniyyət Klubunun əməkdaşları iştirak etdilər.
Çıxışlarda Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki mühüm əhəmiyyətindən, xalqımızın dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki rolundan danışıldı. Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi, ədəbi-bədii kompozisiyalar təqdim olundu.
Tədbirin əsas məqsədi gənc nəslə milli dəyərlərin aşılanması, vətənə sevgi hissinin gücləndirilməsi və Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinin təbliği olmuşdur. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Beyləqan rayon S. İmrəliyev adına Bahar qəsəbə tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ilinin başa çatması mü...
13/06/2026

Beyləqan rayon S. İmrəliyev adına Bahar qəsəbə tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbiri keçirildi.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, məzunlar, rayon ictimaiyyətinin nümayəndələri və şəhid valideynləri iştirak etdilər. Əvvəlcə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir zamanı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun məzunlara ünvanladığı təbrik iştirakçıların diqqətinə çatdırıldı. Təbrikdə məzunlara gələcək həyat yollarında uğurlar arzulanıb, onların ölkəmizin inkişafına layiqli töhfələr verəcəklərinə inam ifadə olunub.
Çıxışlarda məzunların qazandıqları nailiyyətlər qeyd edilmiş, onlara gələcək təhsil həyatlarında uğurlar arzulanmışdır. Şagirdlərin təqdim etdikləri şeirlər, mahnılar və bədii kompozisiyalar tədbirə xüsusi rəng qatmışdır.
Sonda son zəng səslənmiş, məzunlar üçün yeni həyat mərhələsinin başlanğıcı qeyd olunmuşdur.
Bütün məzunlarımızı təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq!

2025–2026-cı tədris ilinin sonunda Beyləqan rayon S.İmrəliyev adına Bahar qəsəbə tam orta ümumtəhsil məktəbində nümunəvi...
12/06/2026

2025–2026-cı tədris ilinin sonunda Beyləqan rayon S.İmrəliyev adına Bahar qəsəbə tam orta ümumtəhsil məktəbində nümunəvi fəaliyyət göstərən müəllim və şagirdlərin əməyinə yüksək qiymət verilmişdir.
Uzun illər səmərəli pedaqoji fəaliyyət göstərərək gənc nəslin təlim-tərbiyəsində xüsusi xidmətləri olan Quliyeva İradə Həsən qızı əmək fəaliyyətində yaş həddinə çatması münasibətilə məktəb rəhbərliyi tərəfindən təltif edilmiş, növbəti əmək fəaliyyətində uğurlar arzu edilmişdir.
Eyni zamanda, tədris ili ərzində təhsil, tərbiyə, ictimai fəaliyyət və məktəbin ictimai həyatında fəal iştiraklarına görə bir qrup şagird fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılmışdır.
Təltif olunan müəllim və şagirdlərimizi ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Beyləqan rayon S. İmrəliyev adına Bahar qəsəbə tam orta ümumtəhsil məktəbində qarşıdan gələn “Son zəng” tədbirinin təşki...
12/06/2026

Beyləqan rayon S. İmrəliyev adına Bahar qəsəbə tam orta ümumtəhsil məktəbində qarşıdan gələn “Son zəng” tədbirinin təşkili ilə əlaqədar məktəb rəhbərliyi, sinif rəhbərləri və məsul şəxslərin iştirakı ilə işçi müşavirə keçirilib.
Müşavirədə tədbirin məzunlar üçün yaddaqalan, eyni zamanda təhlükəsiz və nümunəvi şəkildə təşkil olunması ilə bağlı məsələlər ətraflı müzakirə edilib. Şagirdlərin sağlamlığının və təhlükəsizliyinin qorunması, məktəb ərazisində nizam-intizamın təmin olunması, tədbir zamanı yarana biləcək risklərin qarşısının alınması istiqamətində görüləcək tədbirlər müəyyənləşdirilib.
Məktəb rəhbərliyi tərəfindən qeyd olunub ki, “Son zəng” yalnız bir təhsil mərhələsinin başa çatması deyil, həm də məktəbin dəyərlərini, milli-mənəvi ənənələrimizi və vətəndaş məsuliyyətini əks etdirən mühüm bir gündür. Bu baxımdan tədbirin hər bir detalının diqqətlə planlaşdırılması, iştirakçıların təhlükəsizliyinin daim diqqətdə saxlanılması əsas prioritet kimi müəyyən edilib.
Görüşün sonunda tədbirin ssenarisi, təşkilati məsələlər və məsul şəxslərin vəzifələri bir daha dəqiqləşdirilərək aidiyyəti tapşırıqlar verilib.

“Son zəng” tədbiri ərəfəsində məktəbimizdə genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilir. Məktəb ərazisinin ...
12/06/2026

“Son zəng” tədbiri ərəfəsində məktəbimizdə genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilir. Məktəb ərazisinin təhlükəsiz, təmiz və səliqəli vəziyyətdə saxlanılması məqsədilə sinif otaqları, dəhlizlər, inzibati otaqlar və həyətyanı sahələrdə təmizlik işləri aparılır. Yaşıllıqlara qulluq göstərilir, ərazi tullantılardan təmizlənir, məktəb həyətində abadlıq tədbirləri görülür.

Bizə uğur yaraşır, doğma Bahar məktəbi.
10/06/2026

Bizə uğur yaraşır, doğma Bahar məktəbi.

5-6 iyun 2026-cı il tarixlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət ...
06/06/2026

5-6 iyun 2026-cı il tarixlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan rayon Təhsil Sektorunun təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin 4–6-cı siniflərində mərkəzləşdirilmiş qaydada monitorinq keçirilmişdir.
Monitorinq çərçivəsində şagirdlərin müvafiq fənlər üzrə bilik və bacarıq səviyyəsi qiymətləndirilmiş, tədris prosesinin keyfiyyəti ətraflı şəkildə araşdırılmışdır. Keçirilən qiymətləndirmə nəticəsində şagirdlərin dövlət təhsil standartlarına uyğun proqram materialına yiyələnmə dərəcəsi müəyyənləşdirilmişdir.
Əldə olunan nəticələr tədris prosesinin daha da təkmilləşdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və şagird nailiyyətlərinin artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün əsas kimi istifadə olunacaqdır.

Beyləqan rayon S.İmrəliyev adına Bahar qəsəbə tam orta ümumtəhsil məktəbində Böyük Summativ Qiymətləndirmə (BSQ) davam e...
05/06/2026

Beyləqan rayon S.İmrəliyev adına Bahar qəsəbə tam orta ümumtəhsil məktəbində Böyük Summativ Qiymətləndirmə (BSQ) davam edir. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd şagirdlərin tədris ili ərzində əldə etdikləri bilik və bacarıqların səviyyəsini müəyyənləşdirməkdir. BSQ-lər mövcud qaydalara uyğun, şəffaf və obyektiv şəkildə təşkil olunur.
Şagirdlərimizə qiymətləndirmədə uğurlar arzulayırıq!

5 İyun-Ümumdünya Ətraf Mühit Günü münasibətilə məktəbimizdə maarifləndirici və praktik tədbir keçirildi. Tədbir çərçivəs...
05/06/2026

5 İyun-Ümumdünya Ətraf Mühit Günü münasibətilə məktəbimizdə maarifləndirici və praktik tədbir keçirildi. Tədbir çərçivəsində VIII sinif şagirdləri məktəb həyətində təmizlik işləri apardılar, ətraf mühitin qorunmasının vacibliyi barədə məlumatlandırıldılar. Şagirdlər ərazini məişət tullantılarından təmizləyərək təbiətə qayğı və ekoloji məsuliyyət nümunəsi göstərdilər.
Tədbirin keçirilməsində məqsəd şagirdlərdə ətraf mühitə həssas münasibətin formalaşdırılması, təmizlik və ekoloji mədəniyyətin təbliği olmuşdur. Bu cür fəaliyyətlər gənc nəslin təbiətin qorunmasına fəal qoşulmasına xidmət edir 🌱🌍.

Address

Azərbaycan Respublikası, Beyləqan Rayonu, Bahar Qəsəbəsi
Beylagan
AZ1224

Opening Hours

Monday 08:00 - 17:05
Tuesday 08:00 - 17:05
Wednesday 08:00 - 17:05
Thursday 08:00 - 17:05
Friday 08:00 - 17:05

Telephone

+994212228270

Alerts

Be the first to know and let us send you an email when Beyləqan rayonu Bahar qəsəbə Sərdar İmrəliyev adına tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Beyləqan rayonu Bahar qəsəbə Sərdar İmrəliyev adına tam orta məktəb:

Share

Category