Beyləqan rayon Ağsaqqallar Şurası

Beyləqan rayon Ağsaqqallar Şurası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beyləqan rayon Ağsaqqallar Şurası, Government Organization, Beyləqan rayonu, Beylagan.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanovu doğum günü münas...
20/05/2026

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanovu doğum günü münasibətilə təbrik edib.

Əziz Əzizov rayonumuzun dəyərli ziyalısı Etibar İmanova möhkəm can sağlığı, uzun ömür və bundan sonrakı ictimai fəaliyyətində uğurlar arzulayıb, onun rayonun ictimai həyatında ağsaqqal sözü, zəngin həyat təcrübəsi və ziyalı mövqeyi ilə seçilən nüfuzlu şəxslərdən biri olduğunu bildirib.

Etibar İmanov ona göstərilən diqqət və yüksək ehtirama görə minnətdarlığını ifadə edib, ölkəmizdə ağsaqqallara, ziyalılara və milli-mənəvi dəyərlərin daşıyıcılarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Eyni zamanda, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ziyalılarına və ağsaqqallarına göstərilən diqqət və ehtiramı yüksək qiymətləndirərək minnətdarlığını çatdırıb.

Qeyd edək ki, Etibar İmanov dövrünün ən yüksək mükafatlarından biri olan “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüş Rəşid İmanovun ailəsində anadan olub. O, müxtəlif dövrlərdə təhsil sahəsində direktor kimi fəaliyyət göstərib, eyni zamanda 1969-cu ildən etibarən Heydər Əliyev ideyalarının təbliği, dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin təşviqi istiqamətində ardıcıl fəaliyyət göstərib.

İctimai-siyasi fəallığı və səmərəli fəaliyyəti nəticəsində Beyləqan rayon partiya komitəsinin ideologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2010-cu ildə “Tərəqqi” medalı və 2023-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif olunub.

Etibar İmanov uzun illərdir ki, ağsaqqallıq missiyasını uğurla həyata keçirir, rayonun təhsilinin və mədəniyyətinin inkişafına, keyfiyyətcə yüksəlməsinə özünəməxsus töhfələr verib. Hazırda da Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyətini uğurla davam etdirir.

05/05/2026
Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilibAprelin 23-də Bakı şəhərində keçirilən qurultayda Ağsaqallar Şura...
28/04/2026

Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilib

Aprelin 23-də Bakı şəhərində keçirilən qurultayda Ağsaqallar Şurasının İdarə Heyətinin üzvləri, görkəmli alimlər, ictimai-siyasi xadimlər, tanınmış ziyalılar, ağsaqqallar, şəhid ailələrinin üzvləri, gənclər, eləcə də respublikanın 81 şəhər və rayon təşkilatının nümayəndələri, o cümlədən Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov da iştirak edib.

Əvvəlcə Şuranın sədri Eldar Quliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qurultaya ünvanladığı təbrik məktubu səsləndirilib. Gündəliyin təsdiqindən sonra Şuranın son 5 ildə həyata keçirdiyi fəaliyyətə dair geniş hesabat təqdim olunub.

Qurultayda həmçinin çıxış edən Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək ağsaqqallıq institutunun cəmiyyət həyatındakı rolundan geniş bəhs edib. O, qeyd edib ki, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ağsaqqalların fəaliyyəti bu gün daha da aktuallaşıb.

Çıxışda xüsusilə vurğulanıb ki, Rayon Ağsaqqallar Şurasının fəaliyyəti dövlət başçısının müəyyən etdiyi siyasi kursa uyğun şəkildə qurulur və Beyləqan Rayon İcra Hakimiyyəti ilə sıx, səmərəli əməkdaşlıq şəraitində həyata keçirilir. Rayon rəhbərliyi tərəfindən ağsaqqallara göstərilən diqqət və qayğı, onların ictimai proseslərdə fəal iştirakının təmin olunması, yerli qurumlarla birgə fəaliyyətin təşkili bu sahədə əldə olunan uğurların əsasını təşkil edir.

Etibar İmanov həmçinin bildirib ki, rayonun şəhər, qəsəbə və kəndlərini əhatə edən geniş ağsaqqallar şəbəkəsi formalaşdırılıb, cəmiyyətdə nüfuz sahibi olan şəxslər bu prosesə cəlb edilərək onların təcrübəsindən səmərəli istifadə olunur. Bu fəaliyyətlərin həyata keçirilməsində Beyləqan Rayon İcra Hakimiyyəti ilə qurulan sıx və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xüsusi rol oynayır. Məhz bu birgə fəaliyyət nəticəsində şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərilməsi, gənclərlə işin gücləndirilməsi, ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Çıxışının sonunda Etibar İmanov Beyləqan ağsaqqallarının bundan sonra da dövlətçilik prinsiplərinə sadiq qalaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərini vurğulayıb.

Etibar İmanovun məzmunlu və dolğun çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Çıxışda səsləndirilən fikirlər ağsaqqallar institutunun cəmiyyətdəki rolunun daha da gücləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və nəsillərarası mənəvi körpünün möhkəmləndirilməsi baxımından yüksək dəyərləndirilib.

Beyləqanda şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri keçirilibAzərbaycanda idmanın bütün sahələrində qazanılan u...
05/04/2026

Beyləqanda şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib

Azərbaycanda idmanın bütün sahələrində qazanılan uğurlar ölkə Prezidentinin həyata keçirdiyi çoxşaxəli siyasətin nəticəsidir. Bu siyasətin müsbət təsirləri Beyləqan rayonunda da aydın şəkildə özünü göstərir. Görülən işlər nəticəsində təkcə rayon mərkəzində deyil, həm də ayrı-ayrı inzibati ərazi vahidlərində idman meydançaları tikilmiş, mövcud obyektlər əsaslı şəkildə yenilənmişdir. Bununla yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkili geniş vüsət almış, həyata keçirilən tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanmışdır.

Beyləqan Rayon İcra Hakimiyyəti, Eyvazallar kənd bələdiyyəsinin və rayon Ağsaqqallar Şurasının təşəbbüsü ilə Eyvazallar kəndində yenilənmiş stadionda şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri təşkil edilmişdir. Turnirdə rayonun müxtəlif komandaları iştirak etmişdir.

Martın 31-də keçirilən final oyununda isə İkinci Aşıqlı və Eyvazallar komandaları qarşılaşıb. Turnir başlamazdan əvvəl Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov çıxış edərək şəhidlərin əziz xatirəsini yad etmiş, bir ağsaqqal kimi iştirakçılara xeyir-dua verərək onlara uğurlar arzulamışdır. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda Eyvazallar komandası 3:1 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olmuşdur.

Sonda yarış iştirakçılarına kubok, medal və fəxri fərmanlar təqdim edilmişdir.

Beyləqanda müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunubMartın 18-də Beyləqan rayonunda müqəddəs Ramazan...
22/03/2026

Beyləqanda müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub

Martın 18-də Beyləqan rayonunda müqəddəs Ramazan ayı münasibətilə 400 nəfərlik iftar süfrəsi təşkil olunub.

Mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanob və ağsaqqallar şurasın üzvləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, din xadimləri, ictimaiyyət nümayəndələri və aztəminatlı ailələr iştirak edib.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İftar süfrəsində şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ölkəmizdə əmin-amanlığın, sabitliyin və firavanlığın davamlı olması üçün dualar edilib. Din xadimləri tərəfindən müqəddəs Ramazan ayının fəzilətlərinə uyğun olaraq xeyir-dualar səsləndirilib.

Tədbir boyu cəmiyyətimizdə birlik və həmrəyliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasının önəmi xüsusi vurğulanıb. Açılan süfrələr ətrafında iştirakçılar səmimi, mehriban və yüksək mənəvi ab-havada iftar ediblər.

20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib19 yanvar 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiy...
19/01/2026

20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib

19 yanvar 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar elmi-praktiki konfrans təşkil olunub.

Tədbir Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsinin qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş nitqi ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Telman Məstanov açaraq, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik tarixində qanla yazılmış qəhrəmanlıq səhifəsi olduğunu bildirib. O, bu faciənin xalqımızın azadlıq iradəsini sarsıtmaq əvəzinə, milli birlik və mübarizə ruhunu daha da gücləndirdiyini vurğulayıb. T.Məstanov Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi siyasi və hüquqi qiymətin tarixi əhəmiyyətindən daşınaraq, məhz Heydər Əliyevin prinsipial mövqeyi və qətiyyətli fəaliyyəti nəticəsində bu qanlı hadisəyə ilk dəfə rəsmi səviyyədə obyektiv qiymət verildiyini vurğulayıb.

Tədbirdə həmçinin Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov, YAP Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov, Beyləqan şəhər 5 saylı tam orta məktəbin direktoru İlhamə İsmayılova, Şahsevən 3 saylı tam orta məktəbin direktoru, tarix müəllimi Zaur Qədirov və tarix müəllimi Mətanət Əliyeva məruzələrlə çıxış ediblər.

Məruzələrdə 20 Yanvar faciəsinin siyasi-hüquqi aspektləri, sovet totalitar rejiminin xalqımıza qarşı törətdiyi cinayətlər, bu hadisənin milli azadlıq hərəkatının güclənməsində rolu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyəti elmi əsaslarla təhlil olunub.

Sonda qeyd edilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, şəhidlərimizin xatirəsi hər zaman dərin ehtiramla anılacaqdır.

12 yanvar 2026-cı il tarixdə Beyləqan Rayon Ağsaqqallar Şurasının Kəbirli kənd ağsaqqalları ilə görüşü keçirilirmişdir. ...
14/01/2026

12 yanvar 2026-cı il tarixdə Beyləqan Rayon Ağsaqqallar Şurasının Kəbirli kənd ağsaqqalları ilə görüşü keçirilirmişdir.

Görüşdə Şuranın sədri Etibar İmanov çıxış edərək Ölkə Prezidentinin çox şaxəli bir yerdə siyasi fəaliyyətindən, ötən ilin yekunlarına dair yerli telekanallara verdiyi müsahibənin Azərbaycanın əldə etdiyi uğurların təbliği və təşviqinə yönəlmiş tarixi əhəmiyyətindən danışmışdır.

Diskussiya şəraitində keçən görüşdə çıxış edən ağsaqqallar Prezident İlham Əliyevin gördüyü bütün işlərin Dövlətçiliyimizin qorunması və xalqımızın rifahının yaxşılaşmasına xidmət etdiyini fəxarətlə qeyd etmiş və ağsaqqalıq missiyasının uğurla həyata keçirəcəklərinə əminlik ifadə etmişlər
Tədbirin sonunda bir qrup ağsaqqala Şuranın üzvlük vəsiqəsi təqdim olunmuşdur.

Bahar qəsəbəsində şəhid Hüseynov Ruslan Vəli oğlunun xatirəsi anılıbBahar qəsəbəsində şəhid Hüseynov Ruslan Vəli oğlunun...
26/11/2025

Bahar qəsəbəsində şəhid Hüseynov Ruslan Vəli oğlunun xatirəsi anılıb

Bahar qəsəbəsində şəhid Hüseynov Ruslan Vəli oğlunun anım günü ilə əlaqədar tədbir keçirilib. Anım mərasimində Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov da iştirak edib.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, xatirəsinə dərin ehtiram göstərilib. Daha sonra Bahar qəsəbəsində yerləşən Şəhidlər Abidəsinin önündə tədbir davam etdirilib. Məktəblilər tərəfindən Vətənə sevgi və qəhrəmanlıq mövzusunda müxtəlif şeirlər və ifalar səsləndirilib.

Tədbirdə çıxış edən Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov şəhidlərimizin qəlbimizdə əbədi yaşayacağını vurğulayıb, Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. O, Vətənin bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xatirəsinin daim ehtiramla anıldığını qeyd edib.

Şəhid Hüseynov Ruslan Vəli oğlunun müqəddəs xatirəsi bir daha böyük hörmət və minnətdarlıqla yad olunub.

Address

Beyləqan Rayonu
Beylagan

Website

Alerts

Be the first to know and let us send you an email when Beyləqan rayon Ağsaqqallar Şurası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Beyləqan rayon Ağsaqqallar Şurası:

Share