Balakən Rayon İcra Hakimiyyəti

Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon İcra Hakimiyyəti
Ünvan: Balakən şəhəri, H.Əliyev prospekti 40
Faks: (+994 242

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsindəaparıcı tədbirlərdən biridirBakı Enerji Həftəsində Azərbaycanın enerji siy...
02/06/2026

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində
aparıcı tədbirlərdən biridir

Bakı Enerji Həftəsində Azərbaycanın enerji siyasətinin keçdiyi yol, əldə olunan nailiyyətlər və qarşıdakı strateji hədəflər bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Açılış mərasimində Prezident İlham Əliyev bəyan etdi ki, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu platforma bu gün qlobal enerji gündəliyinin formalaşdığı ən nüfuzlu beynəlxalq tədbirlərdən birinə çevrilib.
Məhz neft və qaz strategiyası Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə, iqtisadi dirçəlişə və beynəlxalq nüfuzunun artmasına şərait yaratdı. Enerji resurslarından əldə olunan gəlirlər sosial infrastrukturun inkişafına, təhsil və səhiyyə sisteminin modernləşdirilməsinə, yeni iş yerlərinin yaradılmasına və güclü ordunun formalaşdırılmasına yönəldildi.
Bugünki göstəricilər enerji gəlirlərinin səmərəli idarə edilməsinin uğurlu nümunəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.
Eyni zamanda dövlətimizin başçısı bildirib ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər. Dövlət başçısı çıxışında vurğuladı ki, müasir dünyada qazıntı yanacaqları hələ də mühüm rol oynayır. Bununla yanaşı, planetimizin qorunması, ekoloji tarazlığın saxlanılması və daha təmiz ətraf mühitin formalaşdırılması istiqamətində qlobal səylər davam etdirilməlidir".
Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr Bakı Enerji Həftəsində yenidən gündəmə gəldi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP kimi nəhəng layihələr Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılıb.
Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı 16 ölkəyə nəql edilir. Həmin ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini daha da artırır. Xüsusilə qlobal geosiyasi gərginliklər və enerji bazarlarındakı qeyri-müəyyənliklər fonunda Azərbaycan etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib.
Dövlət başçısının vurğuladığı kimi, qaz təchizatının coğrafiyası genişlənməkdə davam edir və yeni yataqların, o cümlədən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsinin işlənilməsi Azərbaycanın enerji ixrac potensialını daha da artıracaq.
Azərbaycanın enerji uğurları yalnız təbii sərvətlərlə deyil, həm də düşünülmüş xarici siyasətlə bağlıdır. Dənizə birbaşa çıxışı olmayan ölkə kimi Azərbaycanın enerji resurslarını dünya bazarlarına çatdırması geniş diplomatik əməkdaşlıq şəbəkəsinin qurulmasını tələb edirdi.
Bu gün Azərbaycan enerji layihələri vasitəsilə Avropa, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini birləşdirən mühüm əməkdaşlıq platforması yaradıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu əməkdaşlıq formatlarının təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır.
Bakı Enerji Həftəsində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın yaşıl enerji gündəliyinə sadiqliyidir. Prezident İlham Əliyev bildirdi ki, mövcud qaz ehtiyatları ölkənin və tərəfdaşlarının enerji tələbatını ən azı növbəti yüz il ərzində təmin etməyə imkan versə də, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyənləşdirib.
Artıq ölkədə bir sıra günəş və külək enerjisi layihələri istismara verilib. Gələn ilin sonuna qədər yaşıl enerji istehsal gücünün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialının inkişafı da bu strategiyanın mühüm tərkib hissəsidir.
Bununla yanaşı, Qara dəniz Enerji Kabeli və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik ötürmə layihələri ölkəmizin yaşıl enerji ixracatçısına çevrilməsi istiqamətində mühüm addımlardır.
Beləliklə, Bakı Enerji Həftəsi qlobal enerji siyasətinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformadır. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə ünvanladıqları müraciətlər də bu tədbirin beynəlxalq əhəmiyyətini nümayiş etdirir.
Bu platforma bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlıq və yaşıl transformasiya sahələrində təşəbbüskar ölkədir. Enerji sahəsində həyata keçirilən uzaqgörən strategiya Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onu qlobal enerji siyasətinin əsas aktorlarından birinə çevirib. Bu tədbir bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji resurslarına yalnız iqtisadi vasitə kimi deyil, beynəlxalq əməkdaşlığın, qarşılıqlı etimadın və davamlı inkişafın mühüm elementi kimi yanaşır.

Naxçıvan Dövlət Uşaq Filarmoniyası Balakəndəkonsert proqramı ilə çıxış edibİyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Gü...
01/06/2026

Naxçıvan Dövlət Uşaq Filarmoniyası Balakəndə
konsert proqramı ilə çıxış edib

İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Naxçıvan Dövlət Uşaq Filarmoniyası Balakəndə konsert proqramı ilə çıxış edib. Balakən şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında baş tutan konsertdə əvvəlcə Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sektor müdiri Həcər Məmmədova çıxış edərək göstərilən qonaqpərvərliyə, xoş qarşılanmaya görə rayon icra hakimiyyətinə təşəkkürünü bildirib.
Daha sonra səhnədə çıxış edən balaca ifaçılar həm milli musiqimizi, həm də klassik əsərləri böyük peşəkarlıqla təqdim edərək tamaşaçılar tərəfindən böyük rəğbət qazanıblar. Qeyd edək ki, tədbir uşaqların musiqi dünyasına daha geniş imkanlar açmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək və bölgələrarası mədəni əlaqələri gücləndirmək məqsədi daşıyıb.
Konsertin sonunda Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbirin həm mədəni, həm də maarifləndirici dəyərinə toxunub, təşkilatçılara və iştirakçılara təşəkkür edib.
İştirakçılara xatirə hədiyyələri təqdim olunub.

01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Hörmətli rayon sakinləri və rayonumuzun qonaqları!Sizi 1 iyun 2026-ci il tarixdə saat 19:00 - da Heydər Əliyev adına məd...
31/05/2026

Hörmətli rayon sakinləri və rayonumuzun qonaqları!
Sizi 1 iyun 2026-ci il tarixdə saat 19:00 - da Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçiriləcək Naxçıvan Dövlət Uşaq Filarmoniyasının konsertinə dəvət edirik.

Balakənli boksçulardan möhtəşəm uğur Boks idman növü üzrə 20-25 may tarixlərdə Şamaxı rayonunda keçirilən  kadetlər (13-...
29/05/2026

Balakənli boksçulardan möhtəşəm uğur

Boks idman növü üzrə 20-25 may tarixlərdə Şamaxı rayonunda keçirilən kadetlər (13-14 yaş) arasında Azərbaycan çempionatında Balakən idmançılar yüksək nəticə göstəriblər.
Rayon Olimpiya İdman Kompleksinin komandası və "Balakən boks kulubu" mötəbər yarışda komanda hesabında ölkə üzrə yüksək uğur əldə ediblər. Təmsilçimiz Nazim Qazıyev 63 kq çəki dərəcəsində Azərbaycan çempionu, Araz Quliyev isə 66 kq çəki dərəcəsində ölkə ikincisi olub. Qeyd edək ki, hər iki boksçumuzun şəxsi məşqçisi Ruslan Guseinovdur.
Eyni zamanda "Balakən boks klubu"-nun üzvləri-Teymur Tanrıverdiyev 90 kq çəki dərəcəsində Azərbaycan çempionu, Kənan Fətullayev 48 kq çəki dərəcəsində, Ayxan Xasməmmədov isə 46 kq çəki dərəcəsində şəxsi məşqçiləri ölkə ikincisi adını qazanıb (Şəxsi məşqçiləri Etibar Abdullayev).
İdmançılarımızı təbrik edir, növbəti yarışlarda onlara uğurlar arzulayırıq.

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı və BMT-nin Ərz...
27/05/2026

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Qafqaz regionunda qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və idarə olunması” mövzusunda keçirilən regional seminar çərçivəsində yerli və xarici mütəxəssislərin Balakən rayonuna sahə səfəri təşkil olunub.

Səfər çərçivəsində iştirakçılar rayon ərazisində qəhvəyi mərmər bağacığının yayıldığı sahələrdə aparılan monitorinq və mübarizə tədbirləri ilə yerində tanış olublar. Xarici mütəxəssislər müşahidə işlərinin təşkili, zərərvericinin yayılma səviyyəsinin qiymətləndirilməsi və inteqrir mübarizə üsulları ilə bağlı beynəlxalq təcrübələrini iştirakçılarla bölüşüblər.

Daha sonra seminar iştirakçıları Balakən rayonundakı gömrük-sərhəd keçid məntəqəsində həyata keçirilən fitosanitar və dezinseksiya tədbirləri ilə tanış olublar. Görüş zamanı qəhvəyi mərmər bağacığının transsərhəd yayılma risklərinin azaldılması istiqamətində görülən tədbirlər və nəzarət mexanizmləri ətrafında müzakirələr aparılıb.

Qurban bayramı ilə əlaqədar Balakəndə heyvan kəsimiməntəqəsi fəaliyyətə başlayıbBalakən rayonunda Qurban bayramı ilə əla...
27/05/2026

Qurban bayramı ilə əlaqədar Balakəndə heyvan kəsimi
məntəqəsi fəaliyyətə başlayıb

Balakən rayonunda Qurban bayramı ilə əlaqədar çadır tipli mobil kəsim məntəqəsi fəaliyyətə başlayıb.
Rayonun Gərəkli kəndində fəaliyyət göstərən xüsusi məntəqə qida təhlükəsizliyi, eləcə də gigiyena standartlarına tam cavab verir. Balakən rayonunda ilk dəfə fəaliyyət göstərən xüsusi məntəqədə heyvanların kəsimi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə razılaşdırılmış qaydada, baytarlıq nəzarəti altında, sanitar-gigiyenik tələblər gözlənilməklə və İslam qaydalarına uyğun şəkildə həyata keçirilir. Burada kəsim prosesi heyvanların qəbulundan başlayaraq tam nəzarətli şəkildə təşkil olunur. Eyni zamanda tullantıların idarə olunması və vaxtında ərazidən daşınması təmin edilir.
Yaradılan bu infrastruktur təhlükəsiz və nəzarətli heyvan kəsiminin təşkili, eləcə də əhalinin keyfiyyətli xidmətlə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Çadır tipli mobil kəsim məntəqəsinin fəaliyyət göstərməsi sakinlər tərəfindən razılıqla qarşılanıb.
Qeyd edək ki, İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Balakən rayonunda da xoş əhvali-ruhiyyə ilə qeyd edilir. Bayram münasibətilə xüsusi ayrılmış kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə qurban kəsilib və aztəminatlı ailələrə göndərilib.
Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.

27/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

27/05/2026

Address

Balakən şəhəri, H. Əliyev Prospekti 40
Belokan
AZ-0800

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994242953818

Alerts

Be the first to know and let us send you an email when Balakən Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Balakən Rayon İcra Hakimiyyəti:

Share