Balakən rayonu Vətən müharibəsi şəhidləri və veteranları

Balakən rayonu Vətən müharibəsi şəhidləri və veteranları Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Balakən rayonu Vətən müharibəsi şəhidləri və veteranları, Government Organization, Heydər Əliyev prospekti, Belokan.

Bir Zəfər - dörd şəhər, əbədi qürur2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda  uğurla həyata keçirdiy...
19/09/2026

Bir Zəfər - dörd şəhər, əbədi qürur

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda uğurla həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və uzun illərdən bəri bölgədə yerləşmiş erməni separatçıları məhv edildi, qondarma rejim ləğv olundu. Düşmən üzərində qazanılan qələbə nəticəsində Azərbaycan uzun illərdən sonra beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam şəkildə bərpa etdi. Uzun illərdən bəri terrorçuların məkanına çevrilmiş Xankəndi şəhəri, Ağdərə, Xocavənd və Xocalı rayonları erməni qəsbkarlarından azad olundu. Bu uğurlu əməliyyat dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri kimi əbədi olaraq yaddaşlara yazıldı.
Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü ildə imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günləri təntənəli şəkildə qeyd edilir. İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən sonra ata-baba yurduna qayıtmış insanlar bu günü böyük sevinc içində keçirirlər.
İnsanlara böyük qürur bəxş edən bu günün təntənəli şəkildə keçirilməsi, dövlətçilik ənənələrinin möhkəmlənməsinin, milli birliyin daha da güclənməsinin və işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş miqyas almasının göstəricisidir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gününün təsis olunması igid oğullarımızın canı və qanı bahasına mümkün olmuşdur.
20 Sentyabr Azərbaycanın dövlətçilik tarixində şərəfli bir səhifə oldu. Bu gün həm hərbi qələbənin, həm də bərpa, inkişaf və milli birliyin simvoluna çevrildi. Ağır və gərgin döyüşlərdən sonra düşmən üzərində qazanılan Zəfər və görülən quruculuq işləri aydın şəkildə göstərdi ki, Azərbaycan dövləti qətiyyətli iradəsi, iqtisadi potensialı və milli həmrəyliyi ilə yanaşı, həm də parlaq gələcəyini formalaşdırmaqdadır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində təntənəli surətdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Uzun illərdən sonra bu şəhərlərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalanmağa başladı.
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Xankəndi şəhərində bayrağımızı ucaldarkən bildirdi: "Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. "Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı "Allaha şükür" deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əmin idik və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma birnömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır".
Erməni işğalından azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də regionda peşəkar kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini ortaya çıxardı. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradıldı.
2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı.
İşğaldan azad olunmuş Qarabağın şəhərlərində müasir infrastrukturun qurulması, yolların, məktəblərin, səhiyyə müəssisələrinin və idman obyektlərinin istifadəyə verilməsi, bölgənin sürətli inkişafına təkan verir. Xankəndidə Konqres Mərkəzinin, yeni hotellərin, Zəfər parkının və digər mühüm obyektlərin işə düşməsi Azərbaycanın güclü iradəsinin və sistemli inkişaf strategiyasının aydın göstəricisidir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə təkcə coğrafi məkan deyil, həm də Azərbaycan xalqının tarixində mühüm mədəniyyət ocaqlarıdır. Xocalı soyqırımında şəhid olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə memorial kompleksin tikilməsi həm tarixi ədalətin bərpasını göstərir, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edir.
Qarabağın işğaldan azad olunması, bu ərazilərdə bərpa və quruculuq işlərinin aparılması yalnız Azərbaycanın milli maraqlarına deyil, həm də regional sabitlik və təhlükəsizliyə əlverişli zəmin yaradır. 2025-ci ildə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsi Qarabağın beynəlxalq əhəmiyyətini daha da artırır. Bu, həm də Azərbaycanın regionda lider dövlət kimi mövqeyini möhkəmləndirdiyini göstərir.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağa səfərləri, müxtəlif sosial layihələrin açılışında iştirakı həm dövlətin diqqətini, həm də xalqın mənəvi birliyini ifadə edir. Xocalı, Xocavənd və Ağdərədə həyata keçirilən müvafiq tədbirlər bölgənin tarixboyu Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunu bir daha dünyaya göstərir.
Ötən il olduğu kimi, bu il də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günləri Qarabağda təntənəli şəkildə keçirilir. 30 ilə yaxın davam edən erməni işğalından sonra doğma ocaqlarına qayıtmış keçmiş məcburi köçkünlərin üzü gülür.

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır20 Sentyabr – Dövlət Suvere...
18/09/2026

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan tarixində dövlətçilik və milli iradənin təntənəsini ifadə edən əlamətdar günlərdən biridir. Bu gün ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə nəticələnən tarixi proseslərin əhəmiyyətini bir daha xatırladır. Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın müasir tarixində baş verən mühüm hadisələrə verilən yüksək siyasi və hüquqi qiymətin göstəricisidir. Suverenlik ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsidir. Xalqın öz taleyinə sahibliyidir. Dövlət Suverenliyi Günü xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və müstəqil siyasətinin nəticəsini ifadə edir.
Suverenlik hər şeydən əvvəl dövlətin öz ərazisinin və taleyinin sahibi olması deməkdir. Dövlət öz sərhədləri daxilində qanunun aliliyini təmin edir, konstitusiya quruluşunu qoruyur, təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll edir, daxili və xarici siyasətini milli maraqlar əsasında müəyyənləşdirir. Bu baxımdan suverenliyin təmin edilməsi dövlət müstəqilliyinin ən mühüm göstəricilərindən biridir.
Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir. Xüsusən də, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı, bir milyondan artıq soydaşımızın məcburi köçkünə çevrilməsi, şəhər və kəndlərimizin dağıdılması, Xocalı soyqırımı kimi insanlığa qarşı cinayətlər Azərbaycan xalqının iradəsini sınağa çəkdi. Lakin bütün bu faciələrə baxmayaraq, Azərbaycan suveren dövlət olaraq mövcudluğunu qorudu və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini davam etdirdi.
2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək düşməni darmadağın etdi. Müharibə nəticəsində Azərbaycanın tarixi torpaqları işğaldan azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonları isə diplomatik-siyasi vasitələrlə, bir güllə atılmadan geri qaytarıldı. Bu qələbə Azərbaycan xalqının illərlə gözlədiyi ədalətin bərpası, həm də beynəlxalq hüququn real həyatda təmin olunması idi.
İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın dövlət suverenliyini daha da gücləndirdi və müstəqilliyimizin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. 2023-cü il 23 aprel tarixində Azərbaycan dövləti mühüm addım ataraq Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu addım ölkəmizin suveren hakimiyyətinin bərpasında strateji mərhələ oldu. Bu, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi növbəti tarixi nailiyyət hesab olunur.
Həkəri çayının üzərində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan bütün beynəlxalq sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, ərazi bütövlüyünü təmin etdi.
Artıq Ermənistanın silah və sursat daşıması, separatçı rejimlə qanunsuz əlaqələri tamamilə dayandırıldı. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün sərhədləri boyunca dövlət nəzarəti təmin olundu.
Azərbaycan Ordusu 2023-cü ilin 19 sentyabrında Qarabağ iqtisadi rayonunda separatçıların təxribatlarına cavab olaraq lokal antiterror əməliyyatı keçirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları torpaqlarımızdan çıxarıldı və qanunsuz silahlı birləşmələr tərk-silah edildi.
Beləliklə, Azərbaycanın bütün ərazisi üzərində dövlət suverenliyi tam bərpa olundu. Bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələ oldu.
19 sentyabr 2024-cü il tarixdə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd olunmağa başladı. Bu günün təsis edilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan tarixi yolun məntiqi nəticəsi, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizənin zirvəsidir. Bu baxımdan Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüm nöqtələrindən biridir. Xalqımızın 30 ildən artıq davam edən mübarizəsinin məntiqi yekunu, həm də qəhrəmanlıqla yazılan tariximizin rəsmi dövlət səviyyəsində əbədiləşdirilməsidir.
Bu il Azərbaycan xalqı ikinci dəfə bu günü rəsmi olaraq qeyd edir. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun xatırladılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm platformadır. 20 sentyabr – Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür.
Azərbaycanın müasir tarixi dövlət suverenliyi uğrunda aparılan mübarizə ilə sıx bağlıdır. Xalqımızın müstəqillik arzusu və azadlıq ideyası bütün sınaqlardan daha güclü çıxmışdır. 30 ildən artıq davam edən işğal, müharibələr, soyqırımlar və məhrumiyyətlər nə qədər ağır olsa da, Azərbaycan xalqı öz dövlətini qorumağı, onu daha da gücləndirməyi bacarmışdır.
İndi biz regionun ən güclü dövlətlərindən biri kimi inkişaf edən Azərbaycanın vətəndaşlarıyıq.
Azərbaycanın bugünkü uğurları Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev yoluna sədaqətli xidmətinin, müstəqil siyasət yürütməsinin bacarıq, qətiyyət və iradə ortaya qoymasının nəticəsidir. Əminliklə deyə bilərik ki, məhz bu siyasət bundan sonra da Azərbaycana böyük uğurlar və zəfərlər qazandıracaqdır.
20 Sentyabr tarixinin milli yaddaşda yaşadılması dövlətçilik dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından da əhəmiyyətlidir. Dövlətçilik milli iradəni qorumaq, qanunun aliliyini təmin etmək, xalqın birliyini yaşatmaq və əldə edilmiş Zəfəri davamlı inkişafa çevirməkdir. Bu, hər birimiz üçün qürur mənbəyi olmaqla yanaşı, eyni zamanda böyük məsuliyyətdir. Çünki suverenliyin qorunması və müstəqilliyin möhkəmləndirilməsi hər bir vətəndaşın müqəddəs borcudur.
Bu gün biz tam suveren dövlətik. Sərhədlərimiz toxunulmazdır, ərazilərimiz bütövdür, xalqımız isə azad və müstəqil gələcəyini öz əlləri ilə qurur. Dövlət Suverenliyi Günü bu həqiqətlərin rəsmi təsdiqi, xalqımızın tarixi yaddaşında əbədi yer alacaq milli qürur günüdür. Eyni zamanda tariximizdə müstəqilliyin təntənəsi, milli birliyin, dövlətçilik əzminin və gələcək ümidlərin rəmzidir.
Azərbaycanın Dövlət Suverenliyi Günü ölkənin müstəqillik yolunda qazandığı qələbələri və nailiyyətləri simvolizə edir, Azərbaycan xalqının mətanətini və mərdliyini əks etdirir. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılmışdır.
Dövlət Suverenliyi Günü Azərbaycan xalqının öz taleyinə sahib çıxmasının, dövlətçilik iradəsinin və milli həmrəyliyinin təntənəsidir. Bu tarix bizə həm keçmişin qəhrəmanlıq salnaməsini xatırladır, həm də gələcəyə daha böyük inamla baxmaq üçün əsas verir. Suveren Azərbaycan öz inkişaf yolunu müəyyən edir və qarşıdakı hər yeni uğur bu tarixi Zəfərin davamı olacaqdır.

Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalqhüququ və ədaləti bərpa etmiş...
16/09/2026

Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq
hüququ və ədaləti bərpa etmişdir

Azərbaycan tarixinin bütün dövrlərində dialoq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ünvanı olub və əsrlər boyu sülhü əsas prinsip seçib. Ölkəmizin tarixində etnik və dini zəmində qarşıdurmaların, məzhəb ayrı seçkiliyinin ictimai münasibətlərin müəyyənedici amilinə çevrilməməsi xalqımızın fərqli mədəniyyətlərə və inanclara münasibətinin göstəricisidir. Bu gün həmin tarixi ənənə dövlət siyasətində də öz davamını tapır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər Azərbaycanın bu mövqeyini bir daha nümayiş etdirdi. Bakıda eyni günlərdə keçirilən iki mühüm tədbirin mahiyyəti də təsadüfi xarakter daşımır. Bir tərəfdə Türk dünyasının müsəlman dini rəhbərləri bir araya gəlir, digər tərəfdə Azərbaycan tarixinin böyük mütəfəkkirlərindən biri olan Seyid Yəhya Bakuvi irsi müzakirə olunur. Bu mənzərə Azərbaycanın tarix, mədəniyyət, din və sivilizasiyalar arasında dialoqa verdiyi əhəmiyyətin ifadəsidir.
‎Prezident İlham Əliyevin çıxışında Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin adlarının çəkilməsi də Azərbaycanın mənəvi xəritəsinin nə qədər zəngin olduğunu göstərir. Bu şəxsiyyətlərin irsi Azərbaycan hüdudlarını aşaraq Türk dünyasının və İslam sivilizasiyasının ümumi mədəni sərvətinə çevrilən böyük bir məktəbdir. Bakının belə bir beynəlxalq dialoq məkanına çevrilməsinin başqa bir mühüm tərəfi Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında əlaqələndirici mövqeyidir. Prezidentin qeyd etdiyi kimi Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsidir. Bu coğrafi və tarixi mövqe ölkəmizə müxtəlif dini və mədəni icmaları bir araya gətirmək üçün geniş imkanlar yaradır. Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərlərinin toplantısında türk dövlətləri ilə yanaşı Gürcüstan, Suriya və Şimali Qafqazdan dini rəhbərlərin iştirak etməsi həmin imkanların real nümunəsidir.
Dövlətimizin başçısı çıxışında 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının xatırladılması da təsadüfi deyildi. Həmin tədbir idman yarışından daha geniş məna daşıyan, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin nümayişinə xidmət edən böyük platforma kimi təqdim olunmuşdu. Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi də Azərbaycanın bu istiqamətdəki rolunun davamı kimi qiymətləndirilir.
‎Bu gün Azərbaycan dünyaya öz mövqeyini aydın şəkildə göstərir və bəyan edir ki, müxtəliflik insanlar və cəmiyyətlər arasında ayrılıq yaratmamalı, dialoqun və qarşılıqlı anlaşmanın əsasına çevrilməlidir. Din xadimlərinin sülhə, əməkdaşlığa və əmin-amanlığa çağırışı bu baxımdan böyük mənəvi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında dini liderlərin bir araya gəlməsinə verilən önəm də məhz bu düşüncədən qaynaqlanır. Çünki belə görüşlər müxtəlif dini və mədəni ənənələrin təmsilçilərini bir masa arxasında birləşdirərək qarşılıqlı hörmət və etimad üçün möhkəm zəmin yaradır. Bakıda keçirilən bu tədbirlər Azərbaycanın dialoq məkanına çevrilən rolunu bir daha göstərir.
‎Azərbaycanın öz tarixində yaşadığı ağır sınaqlara baxmayaraq sülh gündəliyinə üstünlük verməsi də bu yanaşmanın başqa bir tərəfidir. Prezident İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra sülh gündəliyini seçdiyini bildirərək regionda uzunmüddətli sabitliyin təmin olunmasını söylədi. Bu yanaşma Azərbaycanın gücünü siyasi iradə, milli birlik və sülhə yönəlmiş dövlət siyasəti ilə tamamladığını göstərir.
‎Azərbaycan Respublikasının Prezidenti çıxışında qeyd edib ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir.Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir.
Dövlətimizin başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi kimi təqdim edilməsidir. Bu yanaşma Azərbaycanın geosiyasi və tarixi mövqeyinin düzgün anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan bir tərəfdən ortaq dil, tarix, mədəniyyət və mənəvi dəyərlərlə bağlı olduğu Türk dünyasının fəal üzvüdür, digər tərəfdən isə Qafqazın mərkəzində yerləşən və bu regionun siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik proseslərinə birbaşa təsir göstərən dövlətdir. Ölkəmizin bu iki mühüm coğrafi və sivilizasiya məkanının kəsişməsində yerləşməsi ona xüsusi strateji üstünlüklər verir. Bakı həm Türk dünyasının müxtəlif coğrafiyalarını birləşdirən siyasi və nəqliyyat platformalarından biri, həm də Qafqazda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsində mühüm mərkəzdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, tarixən Türk dünyası ilə Qafqaz arasında sıx əlaqələr mövcud olub. Azərbaycanın qədim dövlətçilik tarixi, Qafqaz Albaniyası irsi, Atabəylər dövlətinin Naxçıvanla bağlı tarixi, Azərbaycan ərazisinin müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olması bu coğrafiyanın tarixi bütövlüyünü göstərir. Bu baxımdan Azərbaycanın Türk dünyası və Qafqaz arasında əlaqələndirici rolunun gücləndirilməsi müasir dövrün mühüm siyasi reallıqlarından biridir
Azərbaycanın sülh prosesini dəstəkləməsi, Ermənistanla uzunmüddətli sülhün təmin olunmasına olan istəyi, lakin Azərbaycan xalqına qarşı törədilən faciələri və vəhşilikləri heç vaxt unutmayacağı Prezident İlham Əliyevin çıxışının ən mühüm siyasi mesajlarından biri olub. Dövlətimizin başçısının çıxışı Azərbaycanın yalnız bugünkü siyasi mövqeyini deyil, həm də gələcəyə dair strateji baxışını nümayiş etdirib. Belə ki, Azərbaycan sülh istəyir, regionda sabitliyin təmin olunmasını dəstəkləyir və qonşu dövlətlərlə normal münasibətlərin qurulmasında maraqlıdır. Lakin bütün bunlarla yanaşı, Azərbaycan öz tarixini, şəhidlərini, Xocalı qurbanlarını, dağıdılmış şəhər və kəndlərini, məhv edilmiş mədəni-dini irsini heç vaxt unutmayacaq. Bu təbii ki, ziddiyyət deyil. Əksinə, güclü dövlət siyasətinin iki mühüm prinsipinin, sülhə sadiqliyin və milli yaddaşa bağlılığın vəhdətidir.
‎Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlərdən görünən əsas xətt budur. Türk dünyasının, Qafqazın və İslam aləminin qarşılıqlı hörmət və həmrəylik əsasında daha sıx əlaqələnməsi regional və beynəlxalq sabitliyə xidmət edə bilər. Azərbaycanın Bakını belə dialoqların məkanına çevirməsi isə ölkəmizin tarixdən gələn tolerantlıq ənənəsi ilə bugünkü dövlət siyasətinin bir nöqtədə birləşdiyini göstərir.

Ermənistanda revanşist düşüncə hələ də qalmaqdadırAzərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sent...
15/09/2026

Ermənistanda revanşist düşüncə hələ də qalmaqdadır

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11-12-də işğaldan azad olunmuş ərazilərə sayca 22-ci səfəri Azərbaycanın bölgədəki reallıqlarını beynəlxalq ictimaiyyətə birbaşa göstərmək baxımından mühüm hadisədir.
Lakin Ermənistan mediasının səfərə reaksiyası bir daha göstərdi ki, İrəvanın müəyyən dairələri hələ də yeni reallığı qəbul etmək istəmir. Konstruktiv məqsədə xidmət edən səfərin ətrafında siyasi ittihamlar, tarixi manipulyasiyalar və Qərb diplomatlarına qarşı hücumlar təşkil edilib. Səfər zamanı diplomatların burada aparılan bərpa-quruculuq işləri ilə tanış olmasına, tarixi və dini abidələri ziyarət etməsinə Ermənistanın aqressiv reaksiyası heç bir məntiqə sığmır. Bu, birbaşa Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Açıq görünür ki, Ermənistanda revanşist düşüncə hələ də qalmaqdadır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistanın bəzi dairələri xarici diplomatların Azərbaycanın ərazisinə səfərini az qala siyasi cinayət kimi təqdim etməyə çalışır və şou düzəldirlər. Halbuki xarici diplomatların Azərbaycanın suveren ərazisində hərəkətinə nəinki Ermənistan, heç bir ölkə və ya təşkilat müdaxilə edə bilməz.
Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatları zamanı Azərbaycan öz ərazisində suverenliyini tam təmin edib. Bu reallıq bütün dünya tərəfindən də qəbul olunur.
Maraqlıdır ki, 30 il işğal siyasəti həyata keçirən və buna görə heç bir beynəlxalq təzyiq və sanksiya görməyən Ermənistan indi Fransa, ABŞ və Avropa İttifaqının nümayəndələrinin obyektiv mövqeyini həzm edə bilmir. Əslində Qərb diplomatları məhz indi-azad olunmuş ərazilərə səfər etməklə, həqiqəti öz adı ilə çağırmaqla ədalət prinsipinə
riayət etmiş olurlar. Bu ölkələr Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırlar. Bu isə o deməkdir ki, diplomatların Qarabağa səfəri Ermənistanın siyasi dairələrinin istəklərindən asılı deyil.
Ermənistanın bu səfər fonunda tarixi və mədəni irslə bağlı iddiası isə sadəcə riyakarlığın növbəti təzahürüdür.
Ermənistan hələ də Gəncəsər və Xudavəngi özlərinin müstəsna irsi kimi təqdim etməyə çalışır, eyni zamanda indiki Ermənistan ərazisində azərbaycanlıların çoxəsrlik yaşayışını və onların yaratdığı zəngin tarixi-mədəni irsi inkar edirlər. Bu yanaşma erməni saxtakarlığının ən radikal formada davam etdiyini göstərir. Bütün dünya Azərbaycanı multikural ölkə, bütün dinlərin və xalqların nümayəndələrinin dinc şəraitdə yaşadığı məkan kimi tanıyır və qəbul edir.
Azərbaycan bölgədəki dini və tarixi abidələri onların mənşəyindən asılı olmayaraq qorumağa davam edir.
Yeri gəlmişkən, tarixi irslə bağlı iddialar Ermənistanın indiki ərazisindəki Azərbaycan irsinin taleyinə də diqqət yetirilməsini zəruri edir. Azərbaycan xalqı əsrlər boyu indiki Ermənistan ərazisində yaşayıb, burada özünəməxsus milli mədəni irs nümunələri yaradıb. Bu irsin əhəmiyyətli hissəsi müxtəlif dövrlərdə dağıdılıb, dəyişdirilib və ya izləri silinib. Burada söhbət bütövlükdə bir xalqın tarixi-mədəni izlərinin yaddaşdan silinməsi təhlükəsindən gedir.
Bu həm də beynəlxalq hüququn prinsiplərinin pozulması deməkdir. 1954-cü il Haaqa Konvensiyası bu baxımdan mühüm beynəlxalq hüquqi çərçivə yaradır.
Azərbaycan dövləti öz ərazisindəki müxtəlif dini və mədəni irs nümunələrinin qorunmasına məsuliyyətlə yanaşır. Bu, Azərbaycanın multikultural və tolerant dövlət kimi dəyişməyən siyasətidir.
Bir tərəfdən sülh və normallaşmadan danışılır, digər tərəfdən isə Azərbaycanla sülhün əsas şərtlərinə zidd olan revanşist narrativlər dövriyyəyə buraxılır.
Ermənistan cəmiyyəti anlamalıdır ki, müharibə bitdikdən sonra davamlı sülh qurmaq üçün reallıqları qəbul etməkdən başqa yol yoxdur. Ona görə də İrəvan sülhlə bağlı mövqeyinə korrektələr etməlidir.
Əgər Ermənistan həqiqətən sülhə hazırdırsa, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər edən diplomatları hədəfə almaq əvəzinə onların bölgədə gördükləri reallıqla tanış olmasına hörmətlə yanaşmalıdır.
Sülh istəyən tərəf gələcəyə baxmalıdır. Bunun üçün isə ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ətrafında yaradılan siyasi manipulyasiyalara son qoyulmalı, Qarabağ mövzusu revanşizm üçün alətə çevrilməməlidir.

Əbədi dostluq, sarsılmaz qardaşlıq, çoxsahəli tərəfdaşlıqAzərbaycanın müstəqil xarici siyasətində Mərkəzi Asiya regionu ...
25/08/2026

Əbədi dostluq, sarsılmaz qardaşlıq, çoxsahəli tərəfdaşlıq

Azərbaycanın müstəqil xarici siyasətində Mərkəzi Asiya regionu ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi xüsusi prioritet təşkil edir. Bu çərçivədə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olan Özbəkistan ilə əlaqələrin strateji mütəffiqlik səviyyəsinə qaldırılması xüsusi əhəmiyyət daşıyır. Köklü tarixə, mənəvi bağlara söykənən bu münasibətlər iki ölkənin milli maraqlarının üst-üstə düşməsi ilə daha da möhkəmlənir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki ölkənin münasibətlərinin strateji xarakterini və tərəflər arasında siyasi dialoqun intensivliyini bir daha nümayiş etdirdi. Bu səfər iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər çərçivəsində Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirildi və mühüm sənədlər imzalandı. Xüsusən, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" iki ölkə arasındakı münasibətləri hüquqi baxımdan ən ali mərtəbəyə, müttəfiqlik və əbədi dostluq müstəvisinə yüksəltdi. Bu tarixi sənəd tərəflərin suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini qarşılıqlı şəkildə qorumaq kimi mühüm təhlükəsizlik zəmanətlərini təsbit edir. Eyni zamanda müqavilə energetika, "yaşıl iqtisadiyyat", Cənubi Qafqaz-Mərkəzi Asiya nəqliyyat dəhlizlərinin potensialının artırılması kimi strateji sahələrlə yanaşı, parlamentlərarası, elm-təhsil və mədəniyyət istiqamətlərində də dərin inteqrasiyanın bünövrəsini qoyur. Ən əsası bu sənəd, Azərbaycan-Özbəkistan qardaşlığını rəsmiləşdirərək sarsılmaz müttəfiqliyi gələcək nəsillər üçün də hüquqi zəmanət altına alır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsini, əldə olunan mühüm nəticələri və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəfləri bir daha aydın şəkildə ortaya qoydu.
Özbəkistanın bu gün sürətli inkişaf və böyük dəyişikliklər mərhələsindən keçməsi, Daşkəndin müasir və dinamik şəhərə çevrilməsi Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatların və uzaqgörən siyasətin nəticəsidir. Cənab Prezident İlham Əliyevin Özbəkistanın inkişafını xüsusi qeyd etməsi iki dövlət başçısı arasında səmimi münasibətlərin, qarşılıqlı hörmətin və qardaşlıq bağlarının mühüm göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri və Daşkənddə keçirdiyi görüşlər iki qardaş ölkə arasında münasibətlərin son illərdə qazandığı strateji mahiyyəti bir daha nümayiş etdirdi. Prezidentin mətbuata bəyanatında səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan əlaqələrinin yalnız siyasi və diplomatik münasibətlər çərçivəsində deyil, iqtisadi, enerji, nəqliyyat, investisiya və humanitar sahələrdə də sürətlə dərinləşdiyini göstərir. Bu münasibətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onların təməlində tarixi-mədəni yaxınlıqla yanaşı, qarşılıqlı siyasi etimad və uzunmüddətli strateji maraqlar dayanır. Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq yalnız dostluq və tarixi qardaşlıq çərçivəsində deyil, konkret layihələr və qarşılıqlı faydalı əməkdaşlıq üzərində inkişaf edir. Ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması ilə bağlı qarşıya qoyulan hədəf, enerji, nəqliyyat, investisiya, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə həyata keçirilən layihələr əməkdaşlığımızın böyük potensiala malik olduğunu göstərir.
Azərbaycan-Özbəkistan münasibətlərinin gücü yalnız iqtisadi göstəricilərlə ölçülə bilməz. Bu münasibətlərin arxasında ortaq tarix, mədəniyyət, milli-mənəvi dəyərlər və xalqlarımız arasında əsrlər boyu formalaşmış qardaşlıq dayanır. Məhz bu möhkəm təməl ölkələrimizin həm ikitərəfli, həm də Türk dünyası çərçivəsində daha sıx əməkdaşlığı üçün geniş imkanlar yaradır.
Özbəkistanın Azərbaycanın Qarabağda apardığı böyük quruculuq prosesində iştirakı isə qardaşlığımızın ən gözəl nümunələrindəndir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, Xankəndidə tikiş fabrikinin yaradılmasına investisiya qoyulması və digər layihələr Özbəkistanın Azərbaycanın haqq işinə və quruculuq prosesinə verdiyi səmimi dəstəyin ifadəsidir. Bu dəstək xalqlarımız arasında dostluğun siyasi münasibətlərdən daha böyük və daha dərin mənəvi əsaslara söykəndiyini göstərir.
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi də münasibətlərimizin xüsusi xarakterini təsdiqləyir. Həmçinin iki dövlət başçısının ali dövlət təltiflərinə layiq görülməsi Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında yüksək qarşılıqlı ehtiramın, eyni zamanda Azərbaycan və Özbəkistan xalqları arasındakı sarsılmaz dostluğun rəmzidir.
Səfər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar qarşıdakı illərdə əməkdaşlığımızın daha da genişlənməsi üçün mühüm hüquqi və praktiki baza yaradır. Qarşıya qoyulan yeni hədəflər göstərir ki, Azərbaycan və Özbəkistan bundan sonra da birgə layihələrə, yeni investisiyalara və yeni təşəbbüslərə imza atacaq.
Bu gün Azərbaycan və Özbəkistan təkcə iki qardaş dövlət kimi deyil, regionun inkişafına və Türk dünyasının güclənməsinə mühüm töhfə verən strateji tərəfdaşlar kimi çıxış edirlər. Nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi əlaqələrin genişlənməsi, enerji və investisiya layihələri ölkələrimizin qarşılıqlı imkanlarını daha da artırır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan-Özbəkistan münasibətlərinin həm mənəvi, həm də maddi baxımdan çox möhkəm təməli var. Bu möhkəm təməl üzərində qurulan əməkdaşlıq bundan sonra da yeni uğurlarla zənginləşəcək, xalqlarımızın rifahına və Türk dünyasının daha da güclənməsinə xidmət edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərir. Bu mərhələnin əsas xüsusiyyəti siyasi yaxınlığın iqtisadi və geostrateji əməkdaşlıqla tamamlanmasıdır. İki ölkənin qarşılıqlı etimada əsaslanan münasibətləri artıq regional proseslərə təsir göstərən mühüm amilə çevrilir.
Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan qardaşlığının yeni inkişaf mərhələsinin mühüm göstəricisi kimi tarixə düşəcək. Qarşıdakı illərdə bu qardaşlıq daha böyük layihələr, daha geniş əməkdaşlıq və daha möhtəşəm nəticələrlə özünü göstərəcəkdir.

Address

Heydər Əliyev Prospekti
Belokan

Alerts

Be the first to know and let us send you an email when Balakən rayonu Vətən müharibəsi şəhidləri və veteranları posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share