Kəlbəcər rayon 92 nömrəli tam orta məktəb

Kəlbəcər rayon 92 nömrəli tam orta məktəb Kəlbəcər rayon 92 nömrəli tam orta ümumtəhsil məktəb-Azərbaycan Respublikasının Bərdə rayonunda ümumi təhsil müəssisəsi

Məktəbimizin şagirdləri beynəlxalq arenada öz biliklərini növbəti dəfə nümayiş etdiriblər!12 aprel 2026-cı il tarixində ...
20/05/2026

Məktəbimizin şagirdləri beynəlxalq arenada öz biliklərini növbəti dəfə nümayiş etdiriblər!
12 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təşkil olunmuş "Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi"ndə məktəbimizin aşağıda adları göstərilən bir neçə istedadlı şagirdi
1. Yusif Hümbətzadə -2-ci sinif
2. Zeynəb Hacıyeva – 3-cü sinif
3. Ömər Əhmdzadə - 3-cü sinif
4. Yusif Məmmədli - 4-cü sinif
5. Əsmanur Hacıyeva – 4-cü sinif
6. Rəvan Qurbanov – 5-ci sinif
7. Səma Məmmədzadə - 6-cı sinif
8. Zeynəb Səmədzadə - 7-ci sinif
9. Zəhra Məhəmmədova – 10-cu sinif
yüksək fəallıq göstərərək diplom və sertifikatlarla təltif olunublar.
Şagirdlərimizin respublika miqyasında minlərlə həmyaşıdı arasında fərqlənərək qazandıqları bu uğur həm onların, həm də üzərlərində əməyi olan müəllimlərimizin növbəti nailiyyətidir. 👏
Bu gözəl nəticə münasibətilə bütün qalib şagirdlərimizi, onların valideynlərini və fədakar müəllim heyətimizi ürəkdən təbrik edir, uşaqlarımıza elm yolunda daha böyük zirvələri fəth etməyi arzulayırıq! 🚀📚

18 may 2026-cı il tarixində Kəlbəcər rayonu 92 nömrəli tam orta ümumtəhsil məktəbində ilkin hərbi qeydiyyat prosesinin e...
18/05/2026

18 may 2026-cı il tarixində Kəlbəcər rayonu 92 nömrəli tam orta ümumtəhsil məktəbində ilkin hərbi qeydiyyat prosesinin elektron qaydada həyata keçirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
​Tədbirdə qeydiyyat prosesinin gedişatı, üstünlükləri və qaydaları ətraflı şəkildə müzakirə olunub. Görüşdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər yaxından iştirak ediblər:
​Natiq Kazımov – TTİÜ direktor müavini
​Yalçın Ağayev – Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı
​İlham Nəcəfov – Hərbi rəhbər
​👥 Valideynlər və şagirdlər
​Elektron xidmətlərin tətbiqi sayəsində hərbi qeydiyyat prosesi artıq daha rahat, şəffaf və sürətli şəkildə baş tutacaq. İştirak edən və dəstək olan hər kəsə təşəkkür edirik!

Kəlbəcər rayon 92 nömrəli tam orta məktəbinin 5-ci sinif şagirdi Qurbanov Rəvan Aqif oğlu beynəlxalq *"Kenquru Riyaziyya...
29/04/2026

Kəlbəcər rayon 92 nömrəli tam orta məktəbinin 5-ci sinif şagirdi Qurbanov Rəvan Aqif oğlu beynəlxalq *"Kenquru Riyaziyyat"* müsabiqəsində uğur qazanaraq diploma layiq görülüb. Məntiq və riyazi biliklərin sınağa çəkildiyi bu yarışmada məktəbimizi uğurla təmsil edən şagirdimizi təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq!

Məktəb rəhbərliyi tərəfindən şagirdlərə “Yaşıl kart”lar təqdim olunub. Bu təşəbbüs şagirdlərin nizam-intizamını, məsuliy...
28/04/2026

Məktəb rəhbərliyi tərəfindən şagirdlərə “Yaşıl kart”lar təqdim olunub. Bu təşəbbüs şagirdlərin nizam-intizamını, məsuliyyət hissini və fəallığını artırmaq məqsədi daşıyır.

23 aprel 2026-cı il tarixində məktəbimizdə “Hüquqlarım və vəzifələrim” mövzusunda açıq dərs keçirildi. Dərs zamanı şagir...
26/04/2026

23 aprel 2026-cı il tarixində məktəbimizdə “Hüquqlarım və vəzifələrim” mövzusunda açıq dərs keçirildi. Dərs zamanı şagirdlər öz hüquq və vəzifələri barədə məlumatlarını bölüşərək maraqlı müzakirələr apardılar, müxtəlif təqdimatlarla çıxış etdilər.
Tədbir “Təhsilalanların İntizam Qaydaları” çərçivəsində təşkil olunaraq şagirdlərdə hüquqi maarifləndirmənin artırılması, onların məsuliyyət hissinin gücləndirilməsi və məktəb daxili qaydalara düzgün əməl etmə vərdişlərinin formalaşdırılmasına xidmət etmişdir.

Kəlbəcər rayon 92 nömrəli tam orta məktəbinin 4-cü sinif şagirdi Məmmədli Yusif Toğrul oğlu beynəlxalq *"Kenquru Riyaziy...
22/04/2026

Kəlbəcər rayon 92 nömrəli tam orta məktəbinin 4-cü sinif şagirdi Məmmədli Yusif Toğrul oğlu beynəlxalq *"Kenquru Riyaziyyat"* müsabiqəsində uğur qazanaraq sertifikata layiq görülüb. Məntiq və riyazi biliklərin sınağa çəkildiyi bu yarışmada məktəbimizi uğurla təmsil edən şagirdimizi təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq!

Bu gün məktəbimizin 1-ci sinif şagirdləri sinif müəllimi Təranə Abbasova və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tə...
06/04/2026

Bu gün məktəbimizin 1-ci sinif şagirdləri sinif müəllimi Təranə Abbasova və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yalçın Ağayevin rəhbərliyi ilə Bərdə şəhərində yerləşən Heydər Əliyev Mərkəzini, Rəsm qalereyasını və Bərdə Diyarşünaslıq muzeyini ziyarət etmişlər.

Kəlbəcər rayonu 92 nömrəli tam orta ümumtəhsil məktəbində mart ayı ərzində nümunəvi davranışları, dərsə davamiyyətləri v...
05/04/2026

Kəlbəcər rayonu 92 nömrəli tam orta ümumtəhsil məktəbində mart ayı ərzində nümunəvi davranışları, dərsə davamiyyətləri və fəallıqları ilə seçilən şagirdlər “yaşıl kart”larla mükafatlandırılmışdır.

Bu təşəbbüs şagirdlərin motivasiyasının artırılmasına və müsbət davranışların təşviqinə xidmət edir. Şagirdlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Kəlbəcər rayonu 92 nömrəli tam orta ümumtəhsil məktəbində maarif...
05/04/2026

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Kəlbəcər rayonu 92 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirilmişdir. Tədbir çərçivəsində ibtidai sinif müəllimi Aygün Həsənova tərəfindən 3-cü sinif şagirdlərinə bu tarixi günün əhəmiyyəti haqqında ətraflı məlumat verilmişdir.

Məktəbimizdə Novruz bayramı münasibətilə möhtəşəm kütləvi tədbir təşkil olundu.Tədbirdə şagirdlərimiz milli adət-ənənələ...
19/03/2026

Məktəbimizdə Novruz bayramı münasibətilə möhtəşəm kütləvi tədbir təşkil olundu.

Tədbirdə şagirdlərimiz milli adət-ənənələrimizi əks etdirən maraqlı çıxışlar, səhnəciklər və rəqslərlə çıxış etdilər. Baharın gəlişini simvolizə edən Novruz atributları – səməni, tonqal və milli mətbəximizin nümunələri tədbirə xüsusi rəng qatdı.

Müəllim və şagird kollektivinin birgə hazırladığı bu bayram proqramı iştirakçılara xoş anlar yaşatdı və milli dəyərlərimizin qorunub saxlanılmasının əhəmiyyətini bir daha nümayiş etdirdi.

Hər kəsi Novruz bayramı münasibətilə təbrik edir, bolluq və firavanlıq arzulayırıq!

Address

Barda
AZ0900

Telephone

+994503485991

Website

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər rayon 92 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kəlbəcər rayon 92 nömrəli tam orta məktəb:

Share

Category