26/05/2026
28 May – Respublika Günü münasibətilə məktəbimizdə tədbir keçirilib.
Tədbirdə şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa olunub və 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti haqqında məktəbin tarix -coğrafiya müəllimi Nuranə Şükürova məlumat verib.
Şagirdlərimizin çıxışları böyük maraqla qarşılanıb. Tədbirin əsas məqsədi milli dəyərlərimizin, dövlətçilik tariximizin və müstəqillik ruhunun gənc nəsildə təbliği olub.
🇦🇿 Respublika Günümüz mübarək!