Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi Facebook səhifəsi / Official page of the Ministry of Justice of the Republic of Azerbaijan

28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə davamlı tərəqqi arzulayırıq!Müstəqilliyimiz əbədi...
28/05/2026

28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə davamlı tərəqqi arzulayırıq!

Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!

Xalqımızı Qurban bayramı münasibətilə təbrik edirik.Bu müqəddəs bayram hər bir ocağa ruzi, sevinc və firavanlıq gətirsin...
27/05/2026

Xalqımızı Qurban bayramı münasibətilə təbrik edirik.

Bu müqəddəs bayram hər bir ocağa ruzi, sevinc və firavanlıq gətirsin.

Qurban bayramınız mübarək olsun!

Ədliyyə naziri Fərid Əhmədov 5 iyun 2026-cı il tarixində Zəngilan rayonunun Ağalı kəndində Zəngilan, Cəbrayıl və Qubadlı...
26/05/2026

Ədliyyə naziri Fərid Əhmədov 5 iyun 2026-cı il tarixində Zəngilan rayonunun Ağalı kəndində Zəngilan, Cəbrayıl və Qubadlı rayon sakinlərini qəbul edəcək.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 4 iyun tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə müraciət edərək qəbula yazıla bilərlər.

Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının və penitensiar müəssisələrin vakant ştat vahidlərinin layi...
26/05/2026

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının və penitensiar müəssisələrin vakant ştat vahidlərinin layiqli namizədlərlə komplektləşdirilməsi və şəffaflığın təmin olunması məqsədilə əvvəlcədən dərc edilmiş elanlara uyğun olaraq müraciət etmiş və seçim mərhələlərini uğurla başa vurmuş 41 nəfər yeni əməkdaşın andiçmə mərasimi keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov hərbi qulluqçu kimi gizir, həmçinin kiçik rəis heyəti vəzifələrinə təyin edilərək xüsusi rütbələr almış əməkdaşlara ədliyyə naziri Fərid Əhmədovun təbriklərini çatdırıb, onlara gələcək xidmətlərində uğurlar diləyib, ədliyyə işçisi adını şərəflə daşımağı tövsiyə edib.

Çıxış edən gənclər onlara göstərilən etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışacaqlarını, ədliyyə işçisi adını daim uca tutacaqlarını bildiriblər.

Sonda təntənəli qaydada and içən əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.

Ədliyyə Nazirliyi tərəfindən Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Azərba...
25/05/2026

Ədliyyə Nazirliyi tərəfindən Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində tələbələr üçün ədliyyə orqanlarında karyera imkanlarına həsr olunmuş infosessiyalar təşkil edilib.

Ümumilikdə 800 iştirakçının qatıldığı tədbirlərdə gənclərə ədliyyə orqanlarında qulluğa qəbul qaydaları, karyera imkanları, peşə perspektivləri və könüllülük fəaliyyəti barədə ətraflı məlumat verilib.

Görüşlərdə, həmçinin icra məmuru vəzifələri üzrə hüquq təhsili tələbinin ləğvi ilə bağlı tətbiq edilən yeniliklər diqqətə çatdırılıb.

Tədbirlərin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, ədliyyə orqanlarında karyera qurmaq istəyən gənclərə müvafiq tövsiyələr verilib.

Ətraflı: https://justice.gov.az/az/news/ali-tehsil-muessiselerinde-edliyye-orqanlarinda-karyera-imkanlari-barede-infosessiyalar-kecirilir-2

Mayın 22-də Ədliyyə Nazirliyinin inzibati binasında sahibkarlıq subyektləri ilə görüş keçirilib. Görüşdə Biznes Mühiti v...
25/05/2026

Mayın 22-də Ədliyyə Nazirliyinin inzibati binasında sahibkarlıq subyektləri ilə görüş keçirilib.

Görüşdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupunun rəhbəri, ədliyyə nazirinin müavini Toğrul Hüseynov, İşçi qrupun üzvü olan digər şəxslər və sahibkarlar iştirak ediblər. Görüşdə sahibkarların qarşılaşdıqları çətinliklər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq sahədə qanunvericiliyin müddəaları barədə məlumatlandırılıblar.

Görüş zamanı Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsi” çərçivəsində İşçi qrup tərəfindən görülmüş işlər barədə sahibkarlara məlumat təqdim edilib. Bildirilib ki, İşçi qrupun əsas məqsədi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq biznesin təşviqinə şərait yaradan bütün aspektlərin inkişaf etdirilməsi, maneələrin aradan qaldırılması, mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi və onların əlçatanlığının təmin edilməsidir.

Qeyd olunub ki, mübahisələrin həlli, məhkəmələrin və digər orqanların qərarlarının daha operativ və effektiv icrası istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu çərçivədə bildirilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesi tam rəqəmsallaşıb və artıq “Elektron Hərrac Portalı” vasitəsilə həyata keçirilir.

Görüşdə ölkəmizdə məhkəmə qərarlarının icrasının daha çevik, səmərəli və müasir standartlara uyğun təşkili məqsədilə xüsusi icra məmurları institutunun yaradılması istiqamətində görülən tədbirlərdən də bəhs olunub. Bu məqsədlə “Xüsusi icra məmurları haqqında” Qanunun və bundan irəli gələn digər zəruri hüquqi aktların qəbul edildiyi diqqətə çatdırılıb. Qanuna əsasən icra sisteminin qarışıq model üzrə fəaliyyəti nəzərdə tutulur. Yeni model çərçivəsində məhkəmə və digər orqanların qərarlarının icrasının həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçirilməsi mümkün olacaq.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” barədə məlumat verilib. Bildirilib ki, Fəaliyyət Planı cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin artırılmasına, məhkumların əmək bazarının tələblərinə uyğun peşə bacarıqları əldə etməsinə və cəza çəkməkdən azad olunmuş şəxslərin sosial adaptasiyasının daha effektiv təmin olunmasına xidmət edir.

Görüş zamanı məhkumların işə götürülməsinə sahibkarların (işəgötürənlərin) marağının artırılması, peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və məhkumların əməyə marağının təşviqi ilə bağlı sahibkarlıq subyektlərinin təklifləri dinlənilib.

Sonda sahibkarların qarşıya qoyulmuş hədəflərin icrasına göstərdikləri effektiv dəstək yüksək qiymətləndirilib və onlara təşəkkür edilib.

“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 – 2030-cu illər üçün Konsepsiya” məhkəmə...
22/05/2026

“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 – 2030-cu illər üçün Konsepsiya” məhkəmə ekspertizası sahəsində dövlət tənzimləməsinin səmərəliliyinin artırılmasını, yəni normativ hüquqi bazanın təkmilləşdirilməsini, bu sahədə fəaliyyətin rəqəmsallaşdırılmasını, keyfiyyət təminatı sisteminin yaradılmasını və vahid standartların hazırlanmasını, özəl məhkəmə ekspertlərinin səmərəli fəaliyyətinin təmin edilməsini, məhkəmə ekspertizası idarələrinin kadr potensialının və məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsini, məhkəmə ekspertizası idarələrinin infrastrukturunun, maddi-texniki təminatının yaxşılaşdırılmasını, maliyyə dayanıqlılığının təmin edilməsini ehtiva edir.

Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqədə iştirak edən namizədlər imtahan suallarının hazırlanma...
22/05/2026

Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqədə iştirak edən namizədlər imtahan suallarının hazırlanmasında istifadə olunan normativ hüquqi aktların siyahısını, test imtahanının sual nümunələrini, müsabiqənin və icbari təlimin keçirilməsi qaydalarını, eləcə də digər məlumatları QR kodu skan edərək "Yaddaş kitabçası"ndan əldə edə bilərlər.

Mayın 21-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin tə...
22/05/2026

Mayın 21-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Şəmkir, İmişli, Sumqayıt, Şəki, Gəncə və Lənkəran regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videokonfrans vasitəsilə qəbul keçirilib.

Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda Notariat, qeydiyyat və reyestr baş idarəsi və İnsan resursları idarəsinin fəaliyyət istiqamətləri ilə bağlı 9 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Ətraflı: https://justice.gov.az/az/news/edliyye-nazirinin-muavini-videoqebul-kecirib-5

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu başlayıb....
22/05/2026

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu başlayıb.

Qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq:
•Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ
•Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti

Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Qəbul komissiyası müsahibənin nəticələri və təqdim olunmuş sənədlər əsasında namizədlərin qəbul imtahanlarına (xarici dil, fəlsəfə, ixtisas fənni üzrə) buraxılması haqqında qərar qəbul edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

Ətraflı: https://justice.gov.az/az/announcements/edliyye-nazirliyinin-mehkeme-ekspertizasi-merkezinde-felsefe-doktoru-proqrami-uzre-doktoranturaya-sened-qebulu-baslayib

Address

İnşaatçılar Prospekti 1
Baku
AZ1073

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125101001

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Ədliyyə Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Ədliyyə Nazirliyi:

Share