Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi

  • Home
  • Azerbaijan
  • Baku
  • Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi Muzey sərvətləri və xatirə əşyalarının bərpa və konservasiyası Mərkəzdə 4 şöbə fəaliyyət göstərir:
1. Elmi tədqiqat şöbəsi.
2. Rəngkarlıq şöbəsi.
3.

Qrafika şöbəsi.
4. Tətbiqi sənət şöbəsi (xalça və xalça məmulatları, metal,
mebel, tikmə, farfor və s.).

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

27/05/2026

Qurban bayramınız mübarək!

27/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

10/05/2026

10 may müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və milli mədəniyyətimizin inkişafı istiqamətində misilsiz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik.

Onun müəyyən etdiyi mədəniyyət siyasəti bu gün də Azərbaycanın mədəni inkişaf strategiyasının əsas ideoloji sütunlarından biri olaraq yaşayır və ölkəmizin zəngin irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

10/05/2026
Elmi Bərpa Şurasının növbəti iclası keçirilmişdir...Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində direkto...
30/04/2026

Elmi Bərpa Şurasının növbəti iclası keçirilmişdir...

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində direktor Zərifə Məlikovanın sədrliyi ilə Elmi Bərpa Şurasının növbəti iclası keçirilib. İclasda gündəliyə uyğun olaraq Qrafika şöbəsində bərpa olunmuş C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə aid proqram nümunələrinə baxış keçirilib, onların bərpa prosesi müzakirə olunub. Qrafika şöbəsinin müdiri Xatirə Tağıyeva eksponatlar üzərində aparılan bərpa və konservasiya işləri barədə məlumat verib. Şura üzvləri təqdim olunan eksponatların bərpasının müəyyən edilmiş prinsip və tələblərə uyğun aparıldığını qeyd edərək görülən işləri qənaətbəxş qiymətləndiriblər və müvafiq qərarlar qəbul ediblər. Eyni zamanda, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istehsalat təcrübəsi keçən tələbələri də iclasda iştirak edərək bərpa olunan eksponatlarla tanış olublar.

İctimai TV kanalının “Xəbərimiz var” proqramının Elmi Bərpa Mərkəzində "TARİXİ YAŞADAN QƏHRƏMANLAR" - "Unudulan eksponat...
27/04/2026

İctimai TV kanalının “Xəbərimiz var” proqramının Elmi Bərpa Mərkəzində "TARİXİ YAŞADAN QƏHRƏMANLAR" - "Unudulan eksponatlara ikinci həyat verən məkan" adlı hazırladığı reportaj
24.04.2026

9 likes. "Unudulan eksponatlara ikinci həyat verən məkandan REPORTAJ"

“Beynəlxalq abidələr və tarixi yerlər günü”nə həsr olunmuş tədbir-mühazirə...Şimali Kipr Türk Respublikasının Arkın Yara...
24/04/2026

“Beynəlxalq abidələr və tarixi yerlər günü”nə həsr olunmuş tədbir-mühazirə...

Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin, eləcə də Münhendə yerləşən Lüdviq Maksimilian Universitetinin professoru, doktor Latife Summerer Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində mühazirə ilə çıxış etmişdir. Mühazirə “Dağıntıdan bərpaya: Tatarlı qəbrinin rəsmlərinin hekayəsi” mövzusuna həsr olunmuşdur.
Tədbirdə Mərkəzin əməkdaşları, həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin istehsalat təcrübəsi keçən IV kurs tələbələri iştirak etmişlər.
Professor Latife Summerer çıxışında Türkiyə Respublikasının Tatarlı ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş, eramızdan əvvəl V əsrə aid Tatarlı qəbri üzərindəki rəsmlərin tarixçəsi, onların bərpası prosesi, eləcə də rəqəmsallaşdırılması məsələlərini təqdim etmişdir.
Daha sonra Mərkəzin əməkdaşı Lalə Həsənzadə tarixi əhəmiyyətli binalarda fəaliyyət göstərən muzeylərin bərpa olunmuş kolleksiyalarının "İrsimizin bərpası: Keçmişdən gələcəyə" adlı təqdimatı ilə çıxış etdi.

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər GünüdürBu gün bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur. Azərb...
18/04/2026

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur.
Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz parçasıdır. Məhz elə buna görə də çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir.
Tarixi abidələr - məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarlarıdır.

**************************

April 18 - International Day of Monuments and Historical Place
This day is celebrated all over the world as well as in Azerbaijan. The cultural heritage of Azerbaijani people is inseparable part of human culture.
Therefore belonging to centuries old historical past , preservation of history and culture monuments has international significance.
Historical monuments – tombs, palaces, temples , mosques, cemeteries, bridges, reservoirs, domes, minarets and etc is material memory than the historical past .

**************************

18 апреля - Международный День Памятников и Исторических мест
Этот день, как и во всем мире, отмечают и в Азербайджане.
Культурное наследие Aзербайджанского народа является неотъемлемой частью общечеловеческой культуры. Именно поэтому охрана исторических и культурных памятников нашего многовекового исторического прошлого имеет международное значение. Исторические памятники – мавзолеи, дворцы, храмы, мечети, кладбища, резервуары, купола, минареты и др. - это материальные памятники нашего исторического прошлого.

#культурное #наследие

Elmi Bərpa Mərkəzində tələbələrə istehsalat təcrübəsi keçirilməkdə davam edir.2026-cı il fevral – may ayları ərzində Elm...
02/04/2026

Elmi Bərpa Mərkəzində tələbələrə istehsalat təcrübəsi keçirilməkdə davam edir.

2026-cı il fevral – may ayları ərzində Elmi Bərpa Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasının IV kurs tələbələrinə və Azərbaycan Turizm və Menecment Universitetinin “Sosial menecment fakultəsinin muzeyşünaslıq” və “Arxeoloji tarixi–memarlıq abidələrin mühafizəsi” ixtisasının bakalavr və magistrlarına istehsalat təcrübəsi keçirilməkdə davam edir.
Bu günki dərsdə tələbələr Tətbiqi incəsənət və Qrafika şöbəsində istehsalat təcrübəyə davam ediblər.

Address

Seid Rustemov Kucesi 3/6
Baku
AZ1001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994(12)4921791

Alerts

Be the first to know and let us send you an email when Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi:

Share