Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Devlet Kurumu

01/06/2026

Olimpiya çempionu: Keyfiyyəti təsdiqlənməmiş və sertifikatsız idman qidaları sağlamlıq üçün ciddi təhlükədir

“Qidanın nəbzi” podkast layihəsinin növbəti qonağı Olimpiya çempionu Fərid Mansurov olub. Buraxılışda dövlət qeydiyyatından keçməyən idman qidalarının yaratdığı risklər, düzgün qidalanma və peşəkar idmanda sağlam seçimlərin əhəmiyyəti barədə danışılıb. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Fərid Mansurov xüsusilə gənclərə və idmanla məşğul olan şəxslərə müraciət edərək bildirib ki, daha sürətli nəticə əldə etmək məqsədilə mənşəyi məlum olmayan, keyfiyyəti təsdiqlənməmiş və sertifikatsız məhsulların istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. O vurğulayıb ki, qazanc naminə verilən yanlış qərarlar uzun illər ərzində qurulan idman karyerasını və sağlamlığı risk altına qoya bilər. Sağlamlığın və davamlı uğurun əsasında düzgün məşq, balanslı qidalanma və məsuliyyətli seçimlər dayanır.

Podkastın tam buraxılışını AQTA-nın rəsmi platformalarından izləmək mümkündür.

Sağlam qidalanma uşaqların sağlam gələcəyinin əsas şərtlərindəndirUşaqların sağlam böyüməsi və inkişafı üçün düzgün qida...
01/06/2026

Sağlam qidalanma uşaqların sağlam gələcəyinin əsas şərtlərindəndir

Uşaqların sağlam böyüməsi və inkişafı üçün düzgün qidalanma mühüm əhəmiyyət kəsb edir. Xüsusilə 2–5 yaş dövrü uşağın körpəlikdən uşaqlığa keçid mərhələsi olmaqla yanaşı, qidalanma vərdişlərinin formalaşdığı dövrdür.

Bu yaşlarda uşaqlar yeni dadlar kəşf edir, müxtəlif qidaları sınaqdan keçirir və tədricən müstəqil seçim etmə bacarığı qazanırlar. Məhz bu mərhələdə formalaşan qidalanma davranışları gələcək illərdə də davam edərək uşağın fiziki inkişafına, zehni fəaliyyətinə və ümumi sağlamlıq vəziyyətinə birbaşa təsir göstərir.

Məktəbəqədər yaş dövründə uşaqlara düzgün və sağlam qidalanma prinsiplərinin aşılanması onların gündəlik qida ehtiyaclarının qarşılanması ilə yanaşı, gələcəkdə yarana biləcək bir sıra sağlamlıq problemlərinin qarşısının alınmasında da mühüm rol oynayır. Sağlam qidalanma anemiya, artıq çəki, eləcə də 2-ci tip şəkərli diabet, hipertoniya və ürək-damar xəstəlikləri kimi qeyri-infeksion xroniki xəstəliklərin də riskini azaldır.

Uşaqlarda sağlam qidalanma vərdişlərinin formalaşdırılmasına xüsusi diqqət yetirilməsi vacibdir. Müxtəlif və balanslaşdırılmış qida rasionunun təmin edilməsi, meyvə-tərəvəzlərin gündəlik qidalanmada yer alması, şəkər, duz və yüksək kalorili məhsulların istehlakının məhdudlaşdırılması uşaqların sağlam inkişafına müsbət təsir göstərən əsas amillərdəndir.

Sağlam qidalanma uşaqların sağlam gələcəyinin əsas şərtlərindən biridir. Uşaqlıq dövründə formalaşan düzgün vərdişlər gələcək həyatın sağlam təməlini yaradır.

Unutmayaq, sağlam gələcək sağlam vərdişlərlə başlayır.

01/06/2026
Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər keçirilibMilli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliy...
01/06/2026

Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər keçirilib

Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib.

Monitorinqlər Bərdə rayonunun Qazıqurdalı, Samuxlu, Qaraqoyunlu və Qaradəmirçilər kəndlərində, Ağcabədi rayonunun Minaxorlu kəndi və Hindarx qəsəbəsində, həmçinin Tərtər rayonunun Borsunlu, Hacıqərvənd, Xoruzlu və Kəngərli kəndlərində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib.

Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara karantin tətbiq edilən zərərli orqanizmlər, mübarizə tədbirləri, eləcə də pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.

Monitorinqlər çərçivəsində Qəhvəyi mərmər bağacığına qarşı feromon tələlər asılıb. Eyni zamanda sirayətlənmə əlamətləri müşahidə edilən təsərrüfatlardan nümunələr götürülərək müvafiq laboratoriyalara təqdim olunub.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi GünüUşaqlar cəmiyyətin gələcəyi, sabahımızın ən böyük dəyəridir. Onların sağlam ...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Uşaqlar cəmiyyətin gələcəyi, sabahımızın ən böyük dəyəridir. Onların sağlam böyüməsi, təhlükəsiz mühitdə inkişafı və düzgün qidalanması hər birimizin ortaq məsuliyyətidir. 👶

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyada uşaqların hüquqlarına diqqətin artırılması, onların rifahının və təhlükəsizliyinin təmin olunması məqsədilə qeyd edilir. ✨ Bu gün bizə bir daha xatırladır ki, hər bir uşaq sevgi, qayğı və qorunma ilə əhatə olunmalıdır.

Uşaqların sağlam gələcəyi üçün düzgün qidalanma vərdişlərinin formalaşdırılması, sağlam həyat tərzinin təşviqi xüsusi əhəmiyyət daşıyır. 💫 Bu istiqamətdə atılan addımlar onların daha güclü, daha sağlam və daha xoşbəxt böyüməsinə xidmət edir.

Gəlin, hər bir uşağın gülüşünün qorunduğu, arzularının sərhəd tanımadığı və gələcəyinin inamla qurulduğu bir dünya üçün birlikdə çalışaq. 💙

01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

🚭 31 May - Ümumdünya Tütünlə Mübarizə GünüdürBu günün məqsədi sağlam həyat tərzini təşviq etmək və tütünün zərərləri bar...
31/05/2026

🚭 31 May - Ümumdünya Tütünlə Mübarizə Günüdür

Bu günün məqsədi sağlam həyat tərzini təşviq etmək və tütünün zərərləri barədə maarifləndirməni artırmaqdır.

Tütün istifadəsi insan sağlamlığı üçün ən ciddi risk faktorlarından biridir. Hər il milyonlarla insan bu səbəbdən həyatını itirir. 🕯️

💨 Elektron siqaretlər də təhlükəsiz alternativ deyil. Onların tərkibində nikotin və digər zərərli kimyəvi maddələr mövcuddur.

🔬 Bu maddələr:
• güclü asılılıq yaradır,
• ürək-damar və tənəffüs sisteminə zərər verir,
• xüsusilə gənclərin inkişaf edən beyni üçün ciddi risk daşıyır.

Qeyd edək ki, tütünün bütün formaları – siqaret, qəlyan və elektron siqaretlər sağlamlıq üçün təhlükəlidir. 💔

🚫 Nəfəsinizi qoruyun! Sağlam gələcək üçün bu gündən düzgün seçim etməyə başlayın!

29 May – Ümumdünya Sağlam Qidalanma GünüdürBu gün sağlam qidalanmanın əhəmiyyətini vurğulamaq, düzgün qida seçimlərinin ...
29/05/2026

29 May – Ümumdünya Sağlam Qidalanma Günüdür

Bu gün sağlam qidalanmanın əhəmiyyətini vurğulamaq, düzgün qida seçimlərinin təşviqi və əhalinin bu sahədə məlumatlılığının artırılması məqsədi daşıyır. 🥗

Sağlam və balanslı qidalanma insan sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınması və həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. 🌿

Qida təhlükəsizliyinin təmin edilməsi və sağlam qidalanma vərdişlərinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər cəmiyyətin rifahına xidmət edir. 💡 Bu istiqamətdə maarifləndirmə təşəbbüsləri sağlam həyat tərzinin formalaşmasına mühüm töhfə verir.

Qidanızı sağlam seçin, sağlam yaşayın! 💚

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilibMüqəddəs Qurban bayramının növbəti ...
28/05/2026

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib

Müqəddəs Qurban bayramının növbəti günündə Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib.

Bayramın ilk günü ərzində 20 mindən çox iri və xırdabuynuzlu heyvan satışa çıxarılıb. Onlardan 4 mindən çoxu diri halda satılıb, 10 mindən artıq heyvanın isə sanitar-gigiyenik tələblərə uyğun yerində kəsimi həyata keçirilib.

Həm məntəqələrdə, həm də səyyar heyvan kəsimi çadırlarında baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb.

Kəsimdən əvvəl və sonra ərazinin dezinfeksiya edilməsi, aidiyyəti qurumlar tərəfindən tullantıların daşınması işləri həyata keçirilməkdədir.

28/05/2026

🌙 Cəbrayılda Qurban Bayramı münasibəti ilə keçirilən “Qurban Yarmarkası – Bərəkət Festivalı” bayram ab-havasına xüsusi rəng qataraq birlik, paylaşma və bərəkət ənənələrinin gözəl nümunəsinə çevrildi

Address

Heydər Əliyev Prospekti 185B
Baku
1002

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30

Telephone

+994123770077

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi:

Share