Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəsmi facebook səhifəsi.

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi –Azərbaycan vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin yaşayış və olduqları yer üzrə qeydiyyatını, onların müvafiq şəxsiyyət və qeydiyyat vəsiqələri, həmçinin Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportu ilə təmin olunmasını, Azərbaycan Respublikası vətəndaşlığına bərpa olunma məsələləri ilə bağlı işləri həyata keçirir və Nazirliyin səlahiyyə

tləri çərçivəsində immiqrasiya məsələlərini tənzimləyir. Bu səhifə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin yenilikləri, fəaliyyəti, iş prinsipləri barədə vətəndaşları məlumatlandırmaq, həmçinin idarənin səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı sual, təklif və şikayətləri cavablandırmaq üçün yaradılıb. Məqsəd şəffaflıq, vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərərək daima təkmilləşməkdir.

5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa veril...
05/05/2025

5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilibƏtraflı: https://mia.gov.az
25/04/2025

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

Ətraflı: https://mia.gov.az

16/04/2025

DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir

Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.

Paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə zəruri tədbirlər görülür.

Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.

Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

Vətəndaşlara ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:vətəndaşın şəxsiyyət və...
08/04/2025

Vətəndaşlara ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

vətəndaşın şəxsiyyət vəsiqəsi;
dövlət rüsumunun ödənilməsi barədə sənəd;
18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, həmçinin müraciət edən valideynlərin və ya qanuni nümayəndələrin şəxsiyyət vəsiqələri;
18-30 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli

Bu gün erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 107 il ötür.
31/03/2025

Bu gün erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 107 il ötür.

Daxili İşlər Nazirliyinin kollektivi adından xalqımızı və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səm...
29/03/2025

Daxili İşlər Nazirliyinin kollektivi adından xalqımızı və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, suveren Azərbaycanın hər bir vətəndaşına sağlamlıq, əmin-amanlıq və xoş günlər arzulayırıq!

28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günüdür. Daxili İşlər Nazirliyi...
28/03/2025

28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günüdür.

Daxili İşlər Nazirliyi Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 106 illiyi və peşə bayramı münasibətilə Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarını, veteranlarını səmimi-qəlbdən təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır!

24/03/2025
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi olaraq baharın gəlişini, təbiətin oyanışını və yenilənməni müjdələyən ...
20/03/2025

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi olaraq baharın gəlişini, təbiətin oyanışını və yenilənməni müjdələyən Novruz bayramı münasibətilə ölkəmizə sabitlik, xalqımıza firavanlıq, sağlamlıq və bol ruzi arzulayırıq. Qəlbiniz sevgi ilə, həyatınız xoşbəxtliklə dolu olsun!

Novruz bayramınız mübarək!

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Nazirliyin əməkdaşlarını və hərbi qulluqçularını Novruz bayramı mü...
19/03/2025

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Nazirliyin əməkdaşlarını və hərbi qulluqçularını Novruz bayramı münasibətilə təbrik edib.

Bu gün  Azərbaycan Respublikasının miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür.Daxili İşlər Nazirliyi bu münasi...
19/03/2025

Bu gün Azərbaycan Respublikasının miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür.

Daxili İşlər Nazirliyi bu münasibətlə Dövlət Miqrasiya Xidmətinin bütün kollektivini təbrik edir!

Bu gün milli bayramımız olan Novruzun son çərşənbəsini qeyd edirik. Firavan və təhlükəsiz günlər diləyilə torpaq çərşənb...
18/03/2025

Bu gün milli bayramımız olan Novruzun son çərşənbəsini qeyd edirik. Firavan və təhlükəsiz günlər diləyilə torpaq çərşənbəniz mübarək!

Address

Rəşid Behbudov 130
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 11:00 - 17:00

Telephone

+994125906443

Alerts

Be the first to know and let us send you an email when Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi:

Share